tədbiridir. Hər bir inzibati rayonun sərhədləri daxilində bütün torpaq mülkiyyət
formalarından olan torpaq istifadəçiliyinin dövlət qeydiyyatı məcburi hesab edilir.
Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin inzibati rayonda qeydiyyatı «Torpağın
mülkiyyətə dair şəhadətnamələrin qeydiyyatı kitabı»nda (Azərbaycan Respub-likası
Prezidentinin 10.01.1997-ci il tarixli 534 JVs-li Fərmanı ilə təsdiq edilmiş
Ə
sasnaməyə 4JV°-li əlavə) və «Torpağa
mül-kiyyət, torpaqdan daimi istifadə
hüququna dair dövlət aktlarmm, torpağm mülkiyyətə verilməsinə dair və torpaqdan
müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin qeydiyyatı kitabı»nda
(Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534JSp
2-li Fərmanı
ilə təsdiq edilmiş Əsasnaməyə 5JV2-1İ əlavə) yazılmaqla aparılır.
Qeydiyyat
kitablarında aşağıdakı məlumatlar öz əksini tapmışdır:
1)
torpaq mülkiyyətçisinin və istifadəçisinin soyadı, adı;
2)
torpaq sahəsinin kimin tərəfındən verilməsi;
3)
qərar və sərəncamın tarixi;
4)
ümumi sahə (hektarla);
5)
o cümlədən, 4JSs-li əlavədə - əkin, dincə qoyulmuş,
çoxillik əkmələr,
tikintilər altında; 5J\
r
2
-li əlavədə - əkin, dincə qoyulmuş, çoxillik əkmələr, biçənək,
örüş, sair torpaqlar;
6)
4 J№-li əlavədə şəhadətnamənin nömrəsi, 5JS
r
s-li əla-vədə dövlət aktının və
şə
hadətnamənin nömrəsi;
7)
şəhadətnamənin (5JS
r
2
-li əlavədə dövlət aktının və şəhadətnamənin)
alınması barədə sənədin adı və ya alanın adı, soyadı, imzası və tarixi.
Ölkəmizdə torpaq sahələrinin ümumi sahəsi onların hüquqlarını təsdiq edən
dövlət aktları və şəhadətnamələr əsasında qeydiyyata alınır. Əgər torpaq
mülkiyyətçisinin və ya istifadəçisinin torpaq sahəsinin bir hissəsi inzibati rayonun
sərhəd-lərindən kənardadırsa, qeydiyyatda bu haqda məlumat verilir.
Başqa inzibati rayonun torpaq istifadəçisinin və ya
mülkiyyətçisinin qeydiyyat
aparılan rayonda torpaq sahəsi olarsa, bu fakt da həmçinin qeydiyyat sənədlərində öz
ə
ksini tapır. Hər qeydiyyata alınmış torpaq mülkiyyətçisindən və ya istifadəçisindən
sonra cari dəyişiklikləri qeyd etməkdən ötrü 5 təmiz sətir saxlanılır.
Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının plan-xəritə sənədi
rayonun torpaq istifadəçiliyi (yerqurulu-şu) xəritəsidir. İnzibati rayonun torpaq
istifadəçiliyi (yerquru-luşu) xəritəsinin hazırlanması, tərtibatı və sonradan
yerləşdirilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
Yerquruluşu Layihə
İ
nstitutu tərəfmdən həyata keçirilir. Bu ayrı-ayrı torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin torpaq sahələrində apanlmış tədqiqat materialları
ə
sasında tərtib edilir. Respublikamızda inzibati rayonlar üçün bu cür xəritələr
1:50000 miqyasmda tərtib edilir.
Torpaq istifadəçiliyinin (yerquruluşu) rayon xəritəsi su-rəti çıxarmaqla başqa
təyinatlı və məzmunlu torpaq-kadastr xəritələrinin tərtibi üçün kartoqrafık əsas kimi
də istıfadə edilə bilər. Həmin əsas üzərində
rayonun torpaq-uçot xoritəsi, tor-paq
xəritəsi, torpaqların bonitirovkası və torpaqların iqtisadi qiymətləndirilməsi xəritələri
tərtib edilir.
Rayonun torpaq istifadəçiliyi (yerquruluşu) xəritəsində aşağıdakı kartoqrafık
məlumatlar öz əksini tapır:
1)
inzibati rayonun sərhədi, torpaq mülkiyyətçilərinin və istifadəçilərinin
torpaqlarının sərhədi;
2)
yaşayış məntəqələri (ümumi konturlarla);
3)
kənd təsərrüfatı yerləri (uqodiyalar): əkin, çoxillik əkmələr, biçənək, örüş;
4)
hidroqrafıya və hidrotexniki elementlər: çaylar, göllər, gölməçələr, su
anbarları,
kanallar, kollektorlar, bulaqlar, kəhrizlər,
həmçinin otlaq sahələrində
yerləşmiş artezian quyuları, gölməçələr və s.;
5)
yollar, cığırlar, elektrik xətləri, neft-qaz və su boru kəmərləri və s.
Zəruri olan hallarda xəritə üzərinə suvarılan torpaqların sərhədi, meşə massivləri
və digər kartoqrafık elementlər də daxil edilir. Xəritədə şəhərlərin, şəhər tipli
qəsəbələrin, kurort və kənd yaşayış məntəqələrinin, meşə təsərrüfatlarmın,
qoruq-ların, hidroqrafıya elementlərinin və s. adları qeyd edilir. Ya-şayış
məntəqələrinin adları inzibati-ərazi sorğu kitabçaların-dakı
məlumatlara uyğun
gəlməli və qısaldılmadan yazılmalıdır. Çayların relyef elementlərinin adı plan-xəritə
materiallarından götürülür. Başqa inzibati rayonlann torpaq mülkiyyətlərinin və
istifadəcilərinin adı və tabeliyində olduqları rayonun adı da xəritədə qeyd edilir.
Dostları ilə paylaş: