torpaqlar xüsusi şəkildə ayrdır.
Torpaqların kəmiyyət uçotundan fərqli olaraq, onlann keyfıyyət
uçotu iri
miqyaslı torpaq, aqrokimyəvi, meliorativ və geobotaniki tədqiqatlar əsasında aparılır.
Bu məqsədlə inzibati rayonun torpaq xəirtəsi, geobotaniki xəritəsi, kartoqramlar vo
digər plan-xəritə və mətn materiallan tərtib edilir. Torpaqların
kəmiyyət uçotu bir
qədər məhdud sayda torpaq kateqoriyalannı əhatə edir. Bu tədbirlə kənd təsərrüfatına
yararlı torpaqlar, meşə fondu torpaqları və dövlət ehtiyat fondu torpaqlan əhatə
olunmuşdur.
Torpaq örtüyünün
mürəkkəbliyindən,
torpaq
yerlərindən
istifadənin
xarakterindən, rayonun sahəsindən və başqa şəraitlərdən asılı olaraq rayonun torpaq
xəritəsi 1:50000 vo ya 1:25000 miqyasında tərtib edilir.
Rayonun torpaq xəritəsi
ayrı-ayrı mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ixtiyarında olan torpaq
sahələrində aparılmış iri miqyaslı (1:5000, 1:10000) torpaq tədqiqat materialları
ə
sasında, torpaq konturlarının ümumiloşdirilməsi aparılmaqla tərtib edilir.
Torpaq xəritəsində uyğun şərti işarələrdən istitadə etməklə torpaqların
qranulometrik tərtibi, şorlaşma, şorakətləş-mə, eroziya şəraiti də öz əksini tapır.
Rayonun torpaq xəritələrinə yazılmış hesabatlarda rayon haqqında ümumi məlumat,
kənd təsərrüfatı yerlərinin (uqodiyaların) paylanması,
rayonun relyef, iqlim, bitki
örtüyünün səciyyəsi verilir, orada torpaq növmüxtəlifliklərinin morfogenetik
xüsusiyyətləri
təsvir edilir, ayrı-ayrı torpaq qatı və yarımtiplər üzrə kəsimlərin
təsvirlərindən ibarot nümunələr göstərilir, növmüxtəlifliklərin aqrokimyəvi
analizlərinin nəticələri cədvəllər şəklində hcsabata daxil edilir. Adətən, hesabatların
sonunda rayon torpaqlarının aqroistehsalat
xüsusiyyətləri təsvir edilir, bu əsasda
onların qruplaşdırılması apanlır, torpaqların münbitliyini artırmaqdan ötrü tədbirlər
sistemi təklif edilir.
Hazırda
torpaq
yerlərinin
keyfıyyət
vəziyyotini
daha
dolğun
səciyyələndirməkdən ötrü torpaqların aqroistehsal qruplaşdırılması xəritəsi,
torpaqların qida elementləri ilə təmin olunması kartoqramları və başqa qrafıki
təsvirlərdən ibarət plan-xəritə matcrialları da tərtib edilə bilər.
Təbii yem yerlərinin keyfıyyət səciyyəsini əks etdirməkdən
ötrü geobotanika
xəritəsi və digər kartoqramlardan istifadə edilir.
Dostları ilə paylaş: