3)
Sağlamlaşdırma təyinatlı torpaqlar.
Bu torpaqlara xəstəliklərin profılaktikasının və müalicə işinin təşkili üçün
istifadə edilən və ya edilə bilən, əlverişli təbii müalicə amillərinə malik olan
müalicə-sağlamlaşdırma yerlərinin və kurortların (çimərliklər, mineral su mənbələri,
müalicəvi neft və palçıq yataqları və s.) torpaq sahələri aiddir.
4)
İstirahət (rekreasiya) təyinatlı torpaqlar. Əhalinin istirahətini, turizm,
bədən tərbiyəsi və idman
fəaliyyətinin təşkili üçün nəzərdə tutulan və istifadə edilən torpaqlar istirahət
(rekreasiya) təyinatlı torpaqlar sayılır. Bu torpaqlara ərazisində istirahət evlərinin,
pansionatların, kempinqlərin, turist bazalarının, uşaq turist stansiyalarının,
meşə-parkların, şəhərətrafı yaşılhq zonalannın, tədris-məşq, turist cığırlarının,
nişanlanmış yollann, uşaq və idman düşərgələrinin və bu kimi digər obyektlərin
yerləşdiyi torpaq sahələri aiddir.
5)
Tarixi-mədəniyyət təyinatlı torpaqlar.
Bu
torpaqlara
tarix-mədəniyyət
qoruqlarının,
xatirə
park-larının,
qəbiristanlıqların, məzarlann, arxeoloji abidələrin və nadir geoloji törəmələrin
torpaqlan aiddir (TM, Vİ fəsil, mad-də 24-29).
Meşə fondu torpaqları meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü
olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və
qeyri-meşə torpaqları hesab edilir (TM, maddə 31).
Su fondu torpaqlanna aşağıdakı torpaq sahələri daxildir:
-
Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar;
-
su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar,
adalar və bataqlıqlar;
-
hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında
olan torpaqlar (TM, maddə 32).
Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir.
Dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi
şə
xslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqlan daxildir.
Dövlət ehtiyat fondu torpaqlarma istifadə hüququna xitam verilən, habelə
konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri də aid
edilir (TM, maddə 33).
Torpaq fondunun istifadəsi və mühafızəsinin dövlət tənzimlənməsinə,
torpaqlardan istifadəyə və onların mühafızəsinə, dövlət nəzarətinə (8-10-cu fəsillər),
torpaq sahələrinin dövriyyəsinə, torpağın qiymətləndirilməsi və torpaq haqqının
müəyyən edilməsinə, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə
dəymiş zərərin və kənd təsərrüfatı, meşə təsərrüfatı istehsalı itkilərinin ödənilməsinə
hüquqi təminat verilir (18-20-cifəsillər).
Torpaqların mühafızəsi onlardan səmərəli istifadə edil-məsi, daha qiymətli
torpaqlann kənd təsərrüfatı və meşə təsər-rüfatı dövriyyəsindən əsassız çıxarılmasına
yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə
torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata
keçirilən hüquqi, təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir.
Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi
sahəsində aşağıdakı istiqamətdə tədbirləri həyata keçirməlidirlər:
-
torpağın münbitliyinin və digər faydalı xassolərinin qorunması, bərpa
edilməsi və yüksəldilməsi;
-
torpaqlarm su və külək eroziyasından, sellərdən, su basmaqdan,
bataqlaşmaqdan, təkrar şoranlaşma, kipləşmə və quraqlıqdan, istehsalat və məişət
tullantılanndan, kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, səhralaşma,
sürüşmələr, abraziya və digər dağıdıcı proseslərdən qorunması;
-
kənd təsərrüfatı torpaqlarını kol-kos basmaqdan, torpaqların mədəni-texniki
vəziyyətini, habelə meliorasiya və irriqasiya sistemlərinin vəziyyətini pisləşdirən
digər proseslərdən qorunması;
-
keyfıyyəti pisləşmiş kənd təsərrüfatı torpaqlarmm münbitliyinin bərpa
edilməsi üçün onlarm konservasiya edilməsi;
-
korlanmış torpaqların yenidən yararlı hala salınması (rekultivasiyası), onların
münbitliyinin və torpağın digər faydalı xassələrinin yüksəldilməsi;
-
təsərrüfat fəaliyyəti nəticəsində torpaqların korlanması ehtimalı labüd olan
hallarda onların münbit qatmm götürülməsi və təkrar istifadə edilməsi (TM, maddə
34).
Qanunvericiliyə görə hüquqi və fıziki şəxslərin torpaq üzərində xüsusi
mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən
məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam
hüququdur.
Torpaq sahəsi üzərində istifadə hüququ müvafıq qərar (müqavilə) əsasında
torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə
görə torpaq vergisindən başqa haqq alınmır.
Ə
vvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan
daimi istifadə hesab olunur.
Torpaqdan müvəqqəti istifadə qısamüddətli - 15 ilədək və uzunmüddətli - 15
ildən 99 ilədək müəyyən oluna bilər.
Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti
istifadəyə müvafıq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfındən verilir.
Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş
or-qanlar tərəfındən uzadıla bilər.
Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin
mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada
bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Bu zaman müvəqqəti istifadə
müddətinin uzadılması həmin sahələrin mülkiyyətçiləri ilə yeni müqavilənin
bağlanması əsasında həyata keçirilə bilər (TM, maddə 50).
Torpaq sahəsi üzərində icazə hüququ müqavilə əsasında əvəzi ödənilməklə
torpaqda müddətli istifadə deməkdir.
Qanunvericiliyə görə icazə hüququ ilə torpaq sahələri Azərbaycan
Respublikasının vətəndaşlarına və hüquqi şəxslə-rinə, əcnəbilərə və vətəndaşlığı
olmayan şəxsloro, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə
xa-rici dövlətlərə verilir.
İ
carəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafıq icra
hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr,
xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqlarn mülkiyyətçiləri çıxış edirlər.
İ
carənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və
onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanüan müqavilədə
təsbit olunur.
İ
carəyəverənin icazəsi ilə icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına
subicarəyə (ikinci əldən icarəyə) verə bilər.
İ
carə müddəti tamam olanadək icarəçı öldükdə torpaq sahəsi üzərində icarə
hüququ onun vərəsələrinə keçir (TM, maddə 51).
Qanunvericiliyə görə torpaq istifadəçilərinin və icarəçi-lərinin hüquqları
aşağıdakılardır:
-
torpaqdan təyinatı üzrə istifadə etmək;
-
qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsər-rüfatı bitkilərinin əkinləri
və istehsal edilmış mohsul üzorindo mülkiyyət hüququnu həyata keçirmək;
-
torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz
təsərrüfat ehtiyacları üçün müvafıq qanunvericiliklə müəyyən edilmiş qaydada
istifadə etmək;
-
torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti
yardımçı tikililər və qurğular ucaltmaq;
-
torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına
aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini
qanunvericiliklə müəyyən olunmuş qaydada almaq;
-
qanunvericiliklə müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir
hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəyə) vermək;
-
qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək (TM,
maddə 81).
Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakılan yerinə
yetirməyə borcludurlar:
-
torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun
istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat
fəaliyyətində ərazi-nin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək;
-
torpaqlarda Torpaq Məcəlləsində nəzərdə tutulmuş kompleks mühafızə
tədbirlərini həyata keçirmək;
-
torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan
planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğmdan mühafızə və müəyyən
edilmiş digər tələblərə (nor-malara, qaydalara, normativlərə) uyğun olaraq həyata
keçirmək;
-
torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində
qoyulmuş servitutlara əməl etmək;
-
torpaq vergisini və ya icarə haqqmı vaxtmda ödəmək;
-
başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını
pozmamaq;
-
torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri,
geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü
vasitələrini, habelə meliorasiya vo irriqasiya sistemlərini qoruyub saxlamaq;
-
torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq
orqanlara vaxtmda vermək;
-
qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək (TM,
maddə 82).
Hüquqi və fıziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər
qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun və qanun
çərçivəsində həyata keçirə bilərlər.
«Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qa-nununun (11 dekabr
1998-ci ildə qəbul edilib) 5-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan aşağıdakı
torpaqlar icarəyə verilə bilər:
-
dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının,
magistral boru kəmərlərinin, sə-naye, nəqliyyat, rabitə, energetika, mühüm
melıorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;
-
meşə fondu torpaqları;
-
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası-na mənsub olan
bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları;
-
yay və qış otlaqlarının torpaqları;
-
dövlət elmi-tədqiqat və tədris müəssisoforinin, onların təcrübə bazalarının,
maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq, baytarlıq, fıtosanitar xidmətlərinin,
toxumçuluq və damazlıq müəssisələrinin torpaqları;
-
sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar;
-
dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi və ya dövlət obyektlərinin
tikintisi layihələşdirilmiş torpaqlar;
Dövlət torpaqları icarəyə verilərkən, onların hüququ statusu, rejimi, məqsədli
təyinatı nəzərə alınır, onların istifadəsi və mühafızəsi, torpaq qanunvericiliyi və digər
qanunvericilik aktları ilə tənzimlənir.
Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun
tətbiq olunmalı, icarə müqaviləsində aşağıdakılar nəzərə alınmalıdır:
-
icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların
hüquq və vəzifələri;
-
torpaq sahəsinin ölçüsü, keyfıyyət kateqoriyası, sərhədləri və təyinatı barədə
məlumatlar;
-
icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə
qaydaları;
-
torpaqların istifadəsi, mühafızəsi və keyfıyyətinin yaxşılaşdırılması şərtləri;
-
müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və
xitamı qaydası;
-
fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri;
-
müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və
mübahisəli məsələlərin həlli qaydası.
Bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla
mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və
mühafızəsi sahəsində hüquq münasibətlərini tənzimləmək üçün 29 iyun 2001-ci ildə
«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının
Qanunu qəbul edilmişdir.
Qanuna görə bələdiyyə torpaqlarınm tərkibinə bütün kateqoriyalardan olan
torpaqlar daxil edilə bilər. tstifadə xüsusiyyətlərinə görə bu torpaqlar qanunvericiliklə
müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fıziki şəxslərin qanuni
istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlanna bölünür.
Hər hansı inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılmış və xüsusi
mülkiyyətə verilmiş torpaqlardan başqa bütün qalan torpaqlar bələdiyyə torpaqlarıdır.
Bu və ya digər kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər
üçün istifadəsi onun məqsədli təyinatının dəyişdirilməsindən sonra mümkündür.
Bələdiyyə torpaqlarmın idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır:
-
torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız
çıxarılmasına yol verilməməsi;
-
torpaqlann münbit qatının bərpası, artırılması, mühafızəsi, təbii vo
antropogen təsirlərdən qorunması;
-
torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində
qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi;
-
torpaqdan haqqı ödənilməklə istifadə edilməsi;
-
müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə
ə
halinin məlumatlandırılması (maddə 3).
Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati
ə
raziləri daxilində aşağıdakı səlahiyyətləri vardır:
-
müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik,
onlardan istifadə və onlar barədə sərəncam vermək;
-
bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin
istifadəsinə, icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi
şə
xslərinin mülkiyyətinə vermək;
-
yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer
quruluşu və təsərrüfat planlarının hazırlanmasım və həyata keçirilməsini öz
səlahiyyətləri daxilində təşkil etmək;
-
bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını
almaq;
-
ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfındən hüquqi və fıziki şəxslərə
ə
vəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə
məhkəmədə iddia qaldırmaq;
-
bələdiyyə torpaqlarınm mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar
hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək;
-
hüquqi və fıziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən
torpaq sahələrinin minimum həddini müəyyən etmək;
-
bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq
hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət
mülkiyyətindən alınması barədə müvafıq icra hakimiyyəti orqanları qarşısında vəsatət
qaldırmaq;
-
bələdiyyə torpaqlanndan səmərəli istifadə olunmasına və onların
mühafızəsinə nəzarət etmək;
-
bələdiyyət torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmah
mübahisələri həll etmək;
-
öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin
hüquqlanm müdafıə etmək;
-
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər
səlahiyyətləri həyata keçirmək (maddə 4).
Bələdıyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafıq icra
hakimiyyəti orqanları arasındakı münasibətlərin tənzimlənməsi də bu Qanunla həyata
keçirilir. Belə ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin
torpaqlann istifadəsi və mühafızəsi sahəsində idarəetməni həyata keçirmək qanuna
görə bələdiyyələrin müstəsna hüququdur (maddə 5). Həmin maddənin 3-cü bəndində
göstərilir ki, müvafıq icra hakimiyyəti orqanları tərəfındən bələdiyyə mülkiyyətində
olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək
sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol
verilmir.
Qanunvericiliyə görə müvafıq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri,
icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə
yalnız qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər.
Bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə
bilər:
-
yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;
-
kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;
-
hüquqi ıə fıziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına
az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd
təsərrüfatı təyinatlı torpaqlar;
-
qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş
torpaqlar.
Qeyd etmok lazımdır ki, ümumi istifadədə olan, habelə hüquqi və fıziki
şə
xslərin istifadəsində və icarəsində oian bələdiyyələrin kənd təsərrüfatı təyinatlı,
eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq, haqqı
ödənilməklə bələdiyyə torpaqlan xüsusi mülkiyyətə aşağıdakılara verilir:
- fərdi yaşayış və bağ evlərinin tikintisi üçün ölkə vətəndaşlarına;
-
fərdi və kooperativ qarajların tikintisi üçün ölkə vətəndaşlarına və onların
kooperativlərinə;
-
sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasmın
fıziki və hüquqi şəxslərinə.
Qanunvericiliyə görə bələdiyyələr tərəfındən xüsusi mülkiyyətə verilən torpaq
sahələrinin normaları müvafıq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta
torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu
məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində
müəyyən edilir: fərdi yaşayış evlərinin tikinti-si üçün Bakı şəhərində tətbiq edilən 1-4
zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zo-nalar
üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan,
Xankəndi, Yevlax və Şəki şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində
- 0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; fərdi bağ evlərtinin tikintisi
üçün - 0,12 hektaradək; kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə
adambaşına düşən orta torpaq normasmın kənd təsərrüfatma az yararlı torpaqlardan -
500 mislinədək, yararsız torpaqlardan - 600 mislinədək; sənaye, nəqliyyat, rabitə və
digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və
kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün -
layihə sənədləri ilə tələb olunan ölçüdə; respublikanın hüquqi və fıziki şəxslərinin
istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatma az yararlı və yararsız torpaqların
yararlı hala salınmış hissəsi; qeyri-kənd təsərrüfatı məqsədləri üçün res-publikanın
hüquqi və fıziki şəxslərinin istifadəsinə və icarəsinə verilmiş torpaq sahəsinin ayrılma
məqsədi üzrə faktiki istifadə olunan hissəsi.
Azərbaycan Respublikasında qanunvericiliyə görə bələdiyyə torpaqları üzərində
mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq
hərracları və ya müsabiqələri vasitəsi ilə satıla, ümumi, daimi və ya müvəqqəti
istifadəyə, icarəyə verilə bilər. Lakin ümumi istifadodo olan bələdiyyə torpaqlarının
bütövlükdə icarəyə verilməsinə icazə verilmir. Eyni zamanda icarəçi icarəyə
götürdüyü torpaq sahəsini yalnız bələdiyyələrin razıhğı ilə subicarəyə verə bilər.
Qanunvericiliyə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üsün
bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması
qaydaları «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və
razılaşdırılması qaydaları haqqında» Əsasnamə ilə müəyyən edilir (15 mart 2002-ci
il).
Aşağıdakı hərəkətlərin törədilməsinə görə təqsiri olan şəxslər qanunvericiliyə
görə məsuliyyət daşıyırlar:
-
torpaq sahələrini özbaşına tutanda;
-
torpaq sahələrində qanunsuz tikinti aparanda;
-
torpaqların
kateqoriyalarının
qanunvericiliyə
riayət
edilmədən
dəyişdirilməsində;
-
torpaqların zibilləndirilməsi, istehsalat və məişət tullantıları ilə, kimyəvi və
radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, bakterial-parazitik və
zərərli karan-tin orqanizmlərlə yoluxdurulmasmda;
-
torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların
münbitliyini pisləşdirən digər proseslərdən mühafızə etmək üçün məcburi tədbirlərin
görülməsində;
-
torpaqların (o cümlədən meşə torpaqlarının) münbit qatının korlanmasında;
-
torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi,
tikilməsi və istismara verilməsində;
-
müvəqqəti istifadəyə və icarəyə verilən torpaqların vaxtında qaytarılmaması
və ya onları təyinatı üzrə istifadə etmək üçün yararlı hala salmaq barədəki
öhdəliklərin yerinə yetirilməməsində;
-
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası-na mənsub olan
bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin hasara
almması yolu ilə və ya digər üsullarla bağlanılması və dənizin sahilinə gediş-gəlişin
məhdudlaşdırılmasında;
- mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının mərz nişanlarının
məhv edilməsində;
-
torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və
keyfıyyətinə dair məlumatlann təhrif edilməsində;
-
torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçü vasitələrinin,
geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların, habelə meliorasiya və
irriqasiya sistemlərinin sıradan çıxarüması;
-
torpaq istifadəçiləri və icarəçiləri tərəfındən özgənin mülkiyyətində olan
torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşma dəyişdirilməsi
barədə əqdlər bağladıqda.
Dostları ilə paylaş: |