Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə66/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   62   63   64   65   66   67   68   69   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Torpaq balansı 
Hər bir inzibati rayonda dövlət torpaq kadastrının torpaq uçot sənədləri ilə 
yanaşı, rayonun torpaq hesabat sənədlərinin də hazırlanması nəzərdə tutulmuşdur. Bu 
sənədlər ümumi, «Torpaq balansı» adı altında birləşdirilmişdir. İnzibati rayonun 
hesabat sənədləri (Torpaq balansı) rayonun torpaq və xəritə-çəkmə şöbəsində 
hazırlandıqdan, rayon icra hakimiyyətinin başçısının, rayon torpaq və xəritəçəkmə 
ş
öbəsinin müdirinin təsdiqindən sonra hər il yanvar ayının 1-dən gec olmayaraq 
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilir. 
İ
nzibati rayonun torpaq balansı bütün torpaq fondunu, o cümlədən rayon 
ə
həmiyyətli şəhər və şəhər tipli qəsəbələrin torpaqlarını da əhatə edir. İllik torpaq 
balansında kənd təsər-rüfatı yerlərinin torpaq kateqoriyaları vo mülkiyyət formaları 
üzrə paylanmasma dair məlumatlar verilir. Hər beş ildən bir torpağın tam torpaq 
balansı hazırlanır ki, bu zaman torpaq fon-dunun kateqoriya və mülkiyyət formaları 


üzrə paylanması ilə yanaşı, torpağın keyfıyyət vəziyyəti və torpaqların bonitirov-
kasına dair məlumatlar da verilir. 
Torpaq 
balansının 
hazırlanması 
zamanı 
hesabat 
dövründə 
torpaq 
istifadəçiliyində baş vermiş bütün dəyişikliklər nəzərə alınır. Bu zaman torpaq 
istifadəçiliyindəki həm ümumi ölçü-lərdə, həm də kənd təsərrüfatı yerlərinin 
tərkibində və onlarm keyfıyyət vəziyyətindəki dəyişikliklər əsaslandırılmalı və 
sə-nədlərdə öz əİcsini tapmalıdır. Torpaq balansının hazırlanma-sından ötrü torpaq 
mülkiyyətçilərinin, istifadəçilərinin və ica-rəçilərinin torpaqdan istifadənin 
vəziyyətinə dair hesabatla-rından, əvvəlki işlərin torpaq balansmdan və digər 
sənədlərdən istifadə olunur. 
Torpaq balansma aşağıdakı sənədlər daxildir: 
1) torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ümumi torpaq saholori və 
növləri üzrə 01 yanvar 2000-ci ilə istifadə vəziyyətinin hesabatı (forma 22); 
2) torpaq mülkiyyətçilərinin və istifadəçilərinin suvarılan torpaq sahələri və 
növləri üzrə 01 yanvar 2000-ci ilə istifadə vəziyyətinin hesabatı (forma 22a); 
3)
rayonun ümumi torpaqlarından istifadə olunmasının 01 yanvar 2000-ci il 
vəziyyəti haqqında arayış; 
4)
rayonun suvarılan torpaqlarından istifadə olunmasının 01 yanvar 2000-ci il 
vəziyyəti haqqmda arayış; 
5)
rayonun 01 yanvar 200 
0-ci il üçün torpaq növlərinin mülkiyyətçilər və 
istifadəçilər üzrə ümumi və suvarılan torpaqlarının müqayisə cədvəli. 
Torpaq balansmm bu sənədləri bütün inzibati rayonlar üçün vahid formada tərtib 
edilir, rayon icra hakimiyyətinin başçısı, rayon torpaq və xəritəçəkmə şöbəsinin 
müdiri tərəfın-dən imzalandıqdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və 
Xəritəçəkmə Komitəsinin kollegiyasının iclasında təsdiq edilir. 
Torpaq balansının əsas sənədlərindən biri «Torpaq mülkiyyətçilərinin və 
istifadəçilərinin ümumi torpaq sahələri və növləri üzrə 01 yanvar 2000-ci ilə istifadə 
vəziyyətinin hesabatı» (forma 22) sənədidir. Bu sənəddə inzibati rayonun sərhədləri 
daxilində bütün torpaqlar, o cümlədən suvarılan torpaqların vəziyyəti haqqında 
hesabat veriiir. 
Bu hesabatda inzibati rayonun torpaqları bütün mülkiyyətçiləir və istifadəçiləri 
ə
hatə etməklə torpağın 3 mülkiyyot forması üzrə üç qrupa - dövlət mülkiyyətində 
saxlanılan torpaqlar (I), bələdiyyə mülkiyyətinə verilən torpaqlar (II) və xüsusi 
mülkiyyətə verilən torpaqlara (III) bölünür. 
Tərtib edilmiş bu sənəddə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin adı 
(təyinatına görə) şaquli cədvəldə yerləşdirilir. 
Birinci qrup (I) dövlət mülkiyyətində saxlanılan torpaq-lardan ibarətdir. Bura 
daxildir: 
-
dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, 


maşın-sınaq stansiyalannın, dövlət sort sınaq xidmətinin torpaqları; 
-
toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 
-
dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan torpaqlar; 
-
yay və qış otlaqlarının mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 
-
meşə fondu torpaqları; 
-
su fondu torpaqları; 
-
təbiəti mühafızə, təbii qoruq, sağlamlaşdırma, istirahət, tarix-mədəniyyət 
təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş torpaqlar; 
-
dövlət ehtiyat fondu torpaqları; 
-
dövlət obyektlərinin, dağ-mədən sənayesinin, təsdiq edilmiş faydah qazıntı 
yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, 
rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, meliorasiya və su 
təsərrüfatı obyektlərinin torpaqlan; 
-
dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 
-
fıziki və hüquqi şəxslərin istifadəsino və icarəsinə verilən torpaqlar; 
-
işğal altında qalan torpaqlar. 
İ
kinci qrup (II) bələdiyyə mülkiyyətinə verilon torpaqlardan ibarətdir. Bura 
daxildir: 
-
şəhər, qəsəbə, kənd və digər yaşayış məntəqələrinin torpaqları; 
-
ümumi istifadədə olan torpaqlar; 
-
bələdiyyə ehtiyat fondu torpaqları, o cümlədən, ya-şayış məntəqələrinin 
perspektiv inkişafı üçün ayrılmış torpaqlar və ehtiyat fonduna ayrılan torpaqlar; 
-
fıziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilən torpaqlar. 
Üçüncü qrup (III) xüsusi mülkiyyətə verilən torpaqlardan ibarətdir. Bura 
aşağıdakılar daxildir: 
-
vətəndaşların mülkiyyətinə verilən torpaqlar; 
-
vətəndaşların qanuni istifadəsindəki həyətyanı sahələr; 
-
fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının 
bağlarının torpaqları. 
Ş
aquli cədvəldə, həmçinin rayon üzrə istifadə olunan torpaqların cəmi, bundan 
kənar rayonlann ərazilərindən istifadə olunan torpaqlar, kənar rayonlann bu rayon 
ə
razisində istifadə etdikləri torpaqlar, rayonun inzibati sərhədi daxilində istifadə 
olunan torpaqların cəmi və kənd təsərrüfatı dövriyyəsində olan torpaqların cəmi 
haqqında ayrıca qrafalar olur. 
Bu sənəddə üfıqi cədvəldə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin sayı, 
onlann sərəncamında olan torpaqların ümumi sahəsi və bu torpaqların ümumi qəbul 
olunmuş təsnifata uyğun olaraq kənd təsərrüfatı yerləri (uqodiyaları) və növləri üzrə 
paylanması verilir. Bura kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən əkin, 
çoxillik əkmələr (bundan meyvə bağları, üzümlüklər, çay plantasiyaları, sair çoxillik 


ə
kmələr), dincə qoyulmuş torpaqlar, biçənəklər, örüş otlaq sahələri (o cümlədən, 
bundan çoxillik əkmələr, biçənəklər, tikinti altında olan torpaqlar), bağlar, bostanlar, 
meşə sahələri, ümumi qış otlaq sahələri, ümumi yay otlaq sahələri, kolluqlar, 
bataqlıqlar, sualtında qalan torpaqlar (o cümlədən, çaylar və arxlar, dəniz və göllər, 
su anbarları və nohurlar, kanallar və kollektorlar) yollar və küçələr, tikinti altında 
qalan torpaqlar, qumluq, daşlıq, lilliklər, qobu, yarğan və dərələr, kənar istifadəçilər 
(o cümlədən, məktəblər, qəbiristanlıqlar, nəqliyyat, rabitə və digər obyektlərin 
torpaqjarı) daxildir. 
Bu cədvəldə həyətyanı torpaqlar və digor təsərrüfat dövriyyəsində olan sahələr 
də daxil olmaqla kənd təsərrüfatına yararh torpaqların cəmi və kənd təsərrüfatında 
istifadə olun-mayan torpaqlarm cəmi üçün xüsusi qrafalar ayrılmışdır. 
Torpaq balansında ikinci əhəmiyyətli sənəd, «Torpaq mülkiyyətçilərinin və 
istifadəçilərinin suvarılan torpaq sahələri və növləri üzrə 01 yanvar 2000-ci ilə 
istifadə vəziyyətinin hesabatı»dır (forma 22a). Bu sənəddə əvvəlki sənəddəki (for-ma 
22) torpaq mülkiyyətçiləri və istifadəçilərinin sərəncamında olan suvarılan 
torpaqların vəziyyəti haqqında geniş hesabat təqdim edilir. 
Torpaq balansının əsas sənədləri ilə yanaşı, bu sənədlərə (forma 22 və 22a) 
ə
lavə olaraq, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xoritəçokmo Komitəsi 
tərəfindən təsdiq olunmuş xüsusi hesabat formaları - arayışlar tətbiq olunur: 
«Rayonun ümumi torpaqlarından istifadə olunmasınm 01 yanvar 2000-ci il vəziyyəti 
haqqında arayış» və «Rayonun suvarılan torpaqlarından istifadə olunmasının 01 
yanvar 2000-ci il vəziyyəti haqqında arayış», inzibati rayonda torpaq 
mülkiyyətçilərinin və istifadəçilərinin istifadəsində olan müxtəlif təyinath torpaqlar, o 
cümlədən suvarılan torpaqlardan istifadənin vəziyyəti haqqında geniş hesabat 
formaları. 
Torpaq balansında kənd təsərrüfatı yerlərində sahə dəyişikliklərinin 
izlənilməsinin böyük əhəmiyyəti vardır. Bu torpaq fondundan istifadənin vəziyyəti 
haqqında məlumat əldə etməyə imkan verir. Bunu nəzərə alaraq inzibati rayonlarda 
«Rayonun 01 yanvar 2000-ci il üçün torpaq növlərinin 
mülkiyyətçilər və istifadəçilər üzrə ümumi və suvarılan torpaqlarının müqayisə 
cədvəli» tərtib edilir. Cədvəldə rayonun əkin, çoxillik əkmələr, dinc, biçənək, örüş 
sahələrindəki dəyi-şikliklər təhlil edilir, keçən ilin 1 yanvar tarixi ilə müqayisədə cari 
ilin 1 yanvar tarixi üçün kənd təsərrüfatı yerlərinin (uqodiyaların) artımı (+) və ya 
azalması (-) göstərilir. 
 


МЮВЗУ 9. 
СУДАН ИСТИФАДЯНИН ЕКОЛОЪИ-ЩЦГУГИ АСПЕКТЛЯРИ. 
PLAN: 
1. Азярбайжан Республикасынын су ещтийатлары анлайышы, онун мязмуну вя 
мащиййяти. 
2. Су ещтийатларындан истифадянин щцгуги тянзимлянмясинин ролу вя 
ящямиййяти.
3. Азярбайжан Республикасынын су балансы, онун структур елементляри. 
4. Судан истифадянин щугуги тянзимлянмяси механизми.
5. Судан истифадя щцгугу, онун мянбяляри. Азярбайжан Республикасынын Су 
Мяжялляси, су ещтийатларындан истифадянин тянзимлянмясиндя онун ролу вя 
ящямиййяти. 
6. Су обйектляри цзяриндя мцлкиййят формасы. Су обйектляриндян истифадянин 
тянзимлянмя принсипляри. Су обйектляринин истифадяси вя мцщафизяси 
сащясиндя дювлятин вязифя вя функсийалары.
7. Су обйектляриндян истифадячиляр, онларын щцгуг вя вязифяляри. Су 
обйектляриндян истифадя щцгугу вя онун ялдя едилмяси. 
8. Су ганунверижилийинин позулмасына эюря мясулиййят. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin