Sudan istifadə hüququ
Su obyektlərinin və onların su ehtiyatlarınm istifadə edilməsi və mühafızəsi ilə
bağlı münasibətlər (su münasibətləri) Azərbaycan Respublikasının su qanunvericiliyi
ilə tənzimlənir ki, bura da Su Məcəlləsi və ona uyğun qəbul edilmiş digər normativ
hüquqi aktlar daxildir. Su münasibətlərinin obyektləri Azərbaycan Respublikasımn su
fondu və su fondunun torpaqlarıdır. Ölkəmizin daxili suları və Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (su obyektlə-ri)
Azərbaycan Respublikasının su fondunu təşkil edir.
Su Məcəlləsinə əsasən, təbiətdə yerləşməsinə, fıziki-coğrafı, inzibati-ərazi
xüsusiyyətlərinə və digər əiamətlərinə görə Azərbaycan Respublikasının su fondu
yerüstü (yerin səthində yerləşən yerüstü su axınları, yerüstü su tutarları, buzlaqlar və
qar örtükləri, yeraltı (sulu) horizont - yerin təkində geoloji struktur daxilində
yerləşən, məsamələrində, çatlarında və boşluqlarında hidravlik əlaqəli sular toplanmış
süxurlar təbəqəsi (lay), yeraltı su hövzəsi - yerin təkində müəyyən geoloji struktur
daxilində yerləşən sulu horizontların, sulu çatların məcmusu, yeraltı su yatağı - sulu
horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi), sərhəd su
obyekt-lərindən (dövlətlərarası sərhədi müəyyən edən, sərhədi kəsib keçən, yaxud
üzərindən Azərbaycan Respublikasının dövlət sərhədi keçən yerüstü və yeraltı su
obyektlori) və Xəzər dənizinin (gölünün) Azorbaycan Respublikasına ınonsııb olaıı
böl-məsindən ibarətdir.
Qanunvericiliyə görə su obyektləri üzərində dövlət mülkiyyəti (Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, sərhəd su obyektləri,
dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri, xüsusi qorunan su
obyektləri), bələdiyyə mülkiyyəti (bələdiyyə mülkiyyətində olan torpaq sahələrində
yerləşən yerli əhəmiyyətli su obyektləri) və xüsusi mülkiyyət (xüsusi mülkiyyətdə
olan torpaq sa-hələrində yerləşən, başqa su obyektləri ilə hidravlik əlaqəsi və axarı
olmayan kiçik su tutarlar) formaları ola bilər.
Relyef formasma uyğun olaraq, yerin üstündə və ya təkində sulann toplandığı
sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft və
ya geoloji struktur su obyekti hesab olunur. Su obyektlərində yerləşən, istifadə edilən
və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmi dedikdə su ehtiyatları başa
düşülür. Su ehtiyatlarının istfıadəsi, bərpası və mühafizosi ilə əlaqodar yaradılmış
sistemlər və qurğular su təsərrüfatı obyektləridir. Su təsərrüfatı obyektləri üzərində
qanunvericiliyə görə dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalan müəyyən
edilmişdir.
Su obyektlərinin istifadəsi və mühafızəsi sahəsində idarəetmə aşağıdakı
prinsiplərə əsaslanır:
-
iqtisadiyyatın inkişafı və ətraf mühitin qorunması;
-
əhalinin keyfiyyətli su ilə təchizatı;
-
inzibati ərazi prinsipi ilə hövzə prinsipinin uzlaşduılması;
-
su obyektlərinin mühafizəsi üzrə idarəetmə funksiyaları ilə su obyektlərindən
istifadə və su təsərrüfatı funksiyalarının ayrılması.
Su obyektlərinin istifadəsi və mühafızəsi sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
-
su obyektlərinin istifadəsi və mühafızəsi sahəsində dövlət siyasətini müəyyən
etmək;
-
su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində investisiya siyasətini həyata
keçirmək;
-
su obyektlərinin istifadəsi, mühafızəsi və suların zərərli təsirinin qarşısmın
ahnması üzro dövlot proqramlarmı tosdiq etmək və həyata keçirmək, onların yerinə
yetirilməsinə nəzarəti təşkil etmək;
-
su obyektlərinin istifadəsi və mühafızəsi sahəsində elmi-texniki siyasəti həyata
keçirmək;
-
su obyektlərinin dövlət monitorinqinin, dövlət su kadastrının aparılması, habelə
yerüstü və yeraltı suların üçotunun həyata keçirilməsi qaydalarını müəyyən etmək;
-
su obyektlərindən istifadə qaydalarını müəyyən etmək və həyata keçirilməsini
təmin etmək;
-
su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair xüsusi razıhq
verilməsi qaydalarını müəyyən etmək;
-
su obyektlərinin suqoruyucu zonalarmm, sahilboyu mühafızə zolaqlarının
müəyyən edilməsi qaydalarını, onların ərazilərindən istifadə rejimini müəyyən etmək;
-
su obyektlərinin istifadəsi, bərpası və mühafizəsinin iqtisadi tənzimlənməsi
prinsiplərini, su obyektlərindən və sudan istifadəyə görə haqqı vo onlarm ödəmə
qaydalarını müəyyən etmək;
-
su obyektlərinin istifadəsi və mühafızəsi üzərində dövlət nəzarətinin təşkili və
həyata kecirilməsi qaydalarını müəyyən etmək;
-
su obyektlərinin istifadəsi və mühafızəsi sahəsində standartlan, normaları və
qaydalan təsdiq etmək;
-
su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin tikintisi,
yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasını təmin etmək;
-
suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlıqların,
müəssisələrin və digər obyektlərin istismara buraxılmasını qadağan etmək, habelə
onların istismannı məhdudlaşdırmaq, dayandırmaq və fəaliyyətini qadağan etmək;
-
xüsusi qorunan su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin,
onların sanitariya mühafizəsi zonaları və dairələrinin rejimini təyin etmək;
-
sel sularına qarşı, habelə suların zərərli təsirinin qarşısının alınması və
nəticələrinin ləğv edilməsi üçün tədbirlər hazırlamaq və həyata keçirmək;
-
fəlakət və qəzaların, ekoloji böhranlann qarşısınm alınması və nəticələrinin
ləğv edilməsi üçün tədbirlər müəyyən etmək, onların həyata keçirilməsini təşkil
etmək;
-
su obyektlərinin istifadə və mühafızəsi sahəsində Azərbaycan Respublikasının
su qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək (Su
Məcəlləsi, maddə 18).
Müvafiq ərazidə su ehtiyatları ilə suya tələbatm müqayisəli hesabat
materiallarından ibarət olan su təsərrüfatı balansları tərtib edilir. Belə balanslar həmin
ə
razilərin su obyektlərində su ehtiyatlarının mövcudluğunu və onlardan istifadə
dərəcəsini qiymətləndirmək məqsədi ilə tərtib edilir və su obyektlərinin istifadəsi,
mühafizəsi məsələlərində planlaşdırmanın aparılması və qərarların qəbul edilməsi
üçün istifadə olunur. Eyni zamanda su ehtiyatlarının vəziyyəti, su obyektlərinin
istifadəsi və mühafızəsi perspektivləri barədə sistemli tədqiqat və layihə
materiallarını özündə birləşdirən su ehtiyatlarının kompleks istifadəsi və mühafızəsi
sxemləri tərtib olunur. Bu sxemlər su təsərrüfatı tədbirlərini və ölkənin su
ehtiyatlarına olan perspektiv tələbatını müəyyən etmək, su obyektlərinin səmərəli
istifadəsi və mühafızəsini təmin etmək, habelə sulann zərərli təsirinin qarşısını almaq
və onun nəticəsini aradan qaldırmaq məqsədi ilə işlənib hazırlanır.
Su obyektlərinin istifadəsini, mühafızəsini vo suların zərərli təsirinin qarşısının
alınması tədbirlərini hazırlamaq, onları həyata keçirmək üçün su təsərrüfatları, su
ehtiyatlarının kompleks istifadəsi və mühafızəsi sxemləri, dövlət su kadastn
mə-lumatları osasında dövlət proqramları işlənib hazırlanır.
Dövlət su kadastrı su obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə və su
obyektləri istifadəçiləri barədə məlumatların məcmusudur. Su obyektinin istifadəçisi
dedikdə su obyektlərindən istifadə hüququ verilmiş fıziki və ya hüquqi şəxslər başa
düşülür.
Suların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması,
qiymətləndirilməsi, həmin proseslərin inkişa-fının proqnozlaşdırması və zərərli
təsirinin qarşısının alınması, həyata keçirilən su mühafızəsi tədbirlərinin
səmərəliliyinin təmin edilmosi məqsədi ilə su obyektlərinin hidroloji və hidrogeoloji
göstəricilərinə müntəzəm müşahidə sistemindən ibarət olan su obyektlərinin dövlət
monitorinqi ətraf mühitin dövlət Monitoıinqi sisteminin tərkib hissəsi olaraq həyata
keçirilir.
Suların
səmərəli
istifadəsi
və
mühafizəsinin
cari
və
perspektiv
planlaşdınlmasının təmin edilməsi məqsədi ilə müəyyən olunmuş qaydada müvafıq
ə
razidə mövcud olan su ehtiyatlarının miqdarı və keyfıyyətinin müntəzəm olaraq
müəyyən edilməsindən ibarət olan suların dövlət uçotu aparılır. Belə dövlət uçot
məlumatları sularm kəmiyyət və keyfiyyət göstəricilərinə, onların öyrənilməsi və
istifadə dərəcəsinə görə yerüstü və yeraltı su obyektlərinin vəziyyətini xarakterizə
edir.
Su obyektlərinin istifadəsi və mühafızəsi sahəsində qanunvericilikdə nəzərdə
tutulmuş normalaşdırma - sudan istifadə limitlərinin müəyyən edilməsi və su
obyektlərinin istifadəsi və mühafızəsi sahəsində sanitariya-gigiyena, ekoloji,
hidroloji, hidrogeloji, texnoloji, metroloji standartlarm, normalann və qaydaların
işlənib hazırlanması və qəbul edilməsindən ibarətdir.
Qanunvericiliyə görə su obyektlərinin istifadəsi və mühafızəsi üzərində dövlət
nəzarəti əsasən aşağıdakılara:
-
su obyektlərinin istifadəsi və mühafizəsi qaydalanna;
-
sudan istifadə limitlərinə;
-
su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigeyena,
ekoloji, hidroloji, hidrogeoloji, texnoloji, metroloji standartlara, normalara və
qaydalara;
-
su mühafizəsi zonalarının ərazısindən istifadə rejiminə və ölkomizin su
qanunvericiliyinin digor toloblorino riayət olunmasını təmin edir (Su Məcəlləsi,
maddə 28).
Mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr təşkilatlar və digər
hüquqi şəxslər, həmçinin Azərbaycan Respublikasımn vətəndaşları, əcnəbiləri,
vətəndaşhğı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada su
obyektlərinin istifadəçisi ola bilərlər. Onlar isə qanunvericiliklə müəyyən olunmuş
qaydada suyu huquqi və fiziki şəxslərin (istehlakçılann) istifadəsinə verə bilərlər. Bu
zaman sudan istifadənin qaydaları və şərtləri, tərəfiərin qarşılıqlı hüquq və vəzifələri
müqavilələr əsasında tənzimlənir.
Su obyektlərinin mülkiyyətçisi olmayan hüquqi və fiziki şəxslər su obyektləri
üzərində aşağıdakı hüquqlara malik ola bilərlər:
-
su obyektlərindən uzunmüddətli istifado hüququ;
-
su obyektlərindən qısamüddətli istifadə hüququ;
-
su obyektlərindən məhdud istifadə hüququ (su servitutlan). Qanunvericiliyə
görə su obyektlərindən qısamüddətli istifadə hüququ 3 ilə qədər, uzunmüddətli
istifadə hüququ 25 ilə qədər müəyyən edilmişdir.
Su obyektləri üzərində istifadə və ya mülkiyyət hüququ verilmiş hüquqi və fıziki
şə
xslərin hüquqları mülki qanunvericilikdə servitutlar haqqında nəzərdə tutulmuş
qaydada ümumi və xüsusi su servitutları formasında başqa şəxslərin xeyrinə
məhdudlaşdınla bilər. Belə ki, ümumi su servitutu formasında hər bir şəxs ümumi
istifadədə olan su obyektindən və digər su obyektlərindən istifadə edə bilər. Başqa
şə
xslərin xü-susi istifadəsində olan su obyektlərindən maraqlı şəxslər xüsusi su
servitutu formasında istifadə edə bilər. Belə servitut məhkəmə qərarı əsasmda da
müəyyən edilə bilər.
Həm ümumi, həm də xüsusi su servitutları aşağıdakı məqsədlər üçün müəyyən
edilə bilər:
-
texniki vasitələr və qurğular tədbiq etmədən su götürmək;
-
mal-qaranı suvarmaq və su obyektindon keçirmək;
-
su obyektlərindən bərələr, qayıqlar vo digər kiçikhəcmli üzən vasitələr üçün su
yolları kimi istifadə etmək.
Su qanunvericiliyinə görə digər su servitutlan da müəyyən edilə bilər və onların
həyata keçirilməsi üçün xüsusi razılıq tələb edilmir.
Su obyektlərindən istifadə hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada
ə
ldə edilə bilər və bu istifadənin xüsu-si razıhq tələb edən növləri müvafıq icra
hakimiyyəti orqanları tərəfındən müəyyən edilir.
Su obyektləri istifadəçisi olan fıziki şəxs öldükdə və ya su obyektləri istifadəçisi
olan hüquqi şəxs yenidən təşkil edildikdə su obyektlərindən istifadə hüququ onların
varislərinə keçir, lakin bu zaman su obyektlərinin istifadə məqsədlərini dəyişmək
olmaz.
Azərbaycan Respublikasının Su Məcəlləsinin 35-ci maddəsində su
obyektlərindən istifadənin növləri göstərilmişdir:
-
içməli su və məişət təchizatı;
-
müalicə, kurort və sağlamlaşdırma;
-
istirahət və idman;
-
sonaye, tikinti və energetika;
-
kənd təsərrüfatı;
-
meşə təsərrüfatı;
-
hidroenergetika;
-
nəqliyyat;
-
bahqçılıq;
-
ovçuluq;
-
tullantı sularının axıdılması;
-
yanğmdan mühafızə və digər məqsədlər üçün.
Su obyekti və ya onun bir hissəsi eyni zamanda bir və ya bir neçə məqsəd üçün
istifadəyə verilə bilər.
Ümumi istifadədə olan su obyektləri - istifadəsi hamı üçün mümkün və açıq olan
su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək
məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın
suvanılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə
edirlər.
Su obyektlərindən ümumi məqsədlər üçün istifadə edilərkən təbiəti mühafizə və
döviət sanitariya nəzarətini həyata keçirən, bahq ehtiyatlarını mühafizə edən, gəmi
hərəkətini tənzim edən orqanların tələblərinə, habelə suda insanların həyatının
qorunması, suların səmərəli istifadəsi və mühafızə olunması qaydalarına riayət
olunmalıdır. Müvafıq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri
daxilində əhalinin həyatını və sağlamlığını qorumaq, lazımi sanitariya şəraiti
yaratmaq məqsədiiə çimərliklərin, qayıqlarla gəzintinin, balıq ovunun, içməli su və
məişət ehtiyaclannı ödəmək üçün su götürülməsinin, mal-qaranın suvarılmasının və
sudan digər istifadənin qadağan olduğu yerləri müəyyənləşdirə, habelə şəhərin,
rayonun, qəsəbənin, kənd yaşayış məntəqəsinin ərazisində yerləşən su obyektlərində
sudan ümumi məqsədlər üçün istifadə olunmasının başqa şərtlərini təyin edə bilərlər.
Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan, icarəyə və ayrıca istifadəyə verilmiş
su obyektlərində sudan ümumi məqsədlər üçün istifadə edilməsinə razılıq
mülkiyyətçilərin və su obyekti istifadəçilərinin müəyyən etdikləri şərtlərlə və ya
müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə verilə bilər.
Umumi istifadədə olan su obyektlərini sahilboyu quru zolaqlar ayrıhr. Hər bir
şə
xsin bu zolaqda hərəkət etmək, balıq tutmaq üçün istifadə etmək, qayıqların sahilə
yan almasını tə-min etmək hüququ vardır.
Qanunvericiliyə görə məhdud sayda şəxslər tərəfındən istifadə olunan su
obyektləri ayrıca istifadədə olan su obyektləridir. Müvafıq icra hakimiyyəti orqanının
qərarı ilə müdafıə, energetika, nəqliyyat, habelə digər dövlət və bələdiyyə ehtiyacları
üçün dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə müəyyən edilmiş
qaydada bütövlükdə və ya qismən ayrıca isti-fadəyə verilə bilər. Su obyektləri aynca
istifadəyə verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarıhr.
Xüsusi razılıq əsasmda texniki qurğular və avadanhqlar tədbiq etməklə əhalinin
içməli su, məişət, miialicə, sağlamlaşdırma və başqa ehtiyaclarmı, habelə kənd və
meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai
ehtiyacları ödəmək məqsədi ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadə
həyata keçirilir. Su obyektləri istifa-dəyə xüsusi razılıq və sudan istifadə müqaviləsi
ə
sasında verilir.
Yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı
sularımn axıdılması yerlərinin aynlması şərti ilə su qanunvericiliyi əsasında, yeraltı
suların istifadəyə verilməsi, su verilməsi, su qanunvericiliyi və yerin təki
qanunvericiliyi əsasında həyata keçirilir.
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin,
sərhəd su obyektlərinin istifadəyə verilməsi ölkəmizin hazırda qüvvədə olan
qanunvericiliyinə və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
həyata keçirilir.
Ölkəmizdə su obyektləri istifadəçilərinin inhisarçı və haqsız rəqabətə yönəlmiş,
digər istifadəçilərin, habelə fıziki və hüquqi şəxslərin hüquqlarının və qanuni
maraqlarmın məhdudlaşdırılması ilə nəticələnən və ya nəticələnməsi gözlənilən
fəaliyyəti qanunla qadağan edilmişdir. Belə hallann baş verməsi qanunvericilikdə
nəzərdə tutulmuş sanksiyaların tədbiq edilməsinə səbəb olur.
Ölkəmizin müdafıəsinin və təhlükəsizliyinin təmin edilməsi, əhalinin
sağlamlığının, ətraf mühütin və tarixi-mədəni irsin, habelə başqa şəxslərin qanuni
hüquqlarmm və maraqlarının qorunması məqsədi ilə su obyektlərindən və ya onlarm
bir hissəsindən istifadə məhdudlaşdırıla, dayandırıla və qadağan edilə bilər.
Qanunvericiliyə görə sudan istifadə edənlərin aşağıdakı hüquqları vardır:
-
sudan təkrar istifadə etmək;
-
su obycktlərindən xüsusi məqsədlərlə istifadoni həyata keçirmək üçün müvafıq
qurğular və tikiiilər inşa etmək;
-
istifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfıyyətini
yoxlamaq;
-
qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilədə nəzərdə
tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək;
- Azərbaycan Respublikanın su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fıziki şəxslərin sudan istifadə
hüququna aşağıdakı hallarda xitam vcrilir:
-
sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadodon imtina edildikdə;
-
su obyektlərindən istifadə müddəti qurtardıqda;
-
hüquqi şəxslər ləğv olunduqda;
-
su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə;
-
su obyektləri ayrıca istifadədən geri alındıqda;
-
sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə;
-
su obyektindən nəzərdə tutulan məqsədlə (içməli su və məişət ehtiyaclannı
ödəmək üçün istifadə hüququndan başqa) istifadə edilmədikdə və qanunvericilikdə
nəzərdə tutulmuş di-gər hallarda (Su Məcəlləsi, maddə 44).
Qanunvericiliyə görə sudan istifadə edənlərin vəzifələri aşağıdakılardır:
-
su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və
sulaım keyfiyyətinin yaxşılaşdınlmasını təmin etmək;
-
sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə
riayət etmək;
-
tərkibində çirkləndirici maddələrin mıqdarı normadan artıq olan tullantı
sularınm su obyektlərinə axıdılmasına yol verməmək;
-
su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların
pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi,
faydah qazıntılar və s.) zərər vurulmasına yol verməmək;
-
su obyektlərindən təyinatına görə istifadə etmək;
-
su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq,
onların iş keyfıyyətini yaxşılaşdırmaq;
-
sudan istfıadənin uçotunu aparmaq;
-
sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sulanna
görə ödəmələri və cəriməlori vaxtında vermək;
-
Azərbaycan Respublikasının su qanunvericiliyı ilə nəzərdə tutulmuş digər
vəzifələri həyata keçirmək.
Qeyd etmək lazımdır ki, su təsərrüfatı tədbirləri görülməsi, su obyektlərindən
istifadə hüququna xitam verilməsi və ya sudan istifadə şərtlərinin dəyişdirilməsi
nəticəsində fıziki və hüquqi şəxslərə dəymiş zərər qanunvericilikdə müəyyən edilmiş
qaydada ödənilir.
Xüsusi elmi, tarixi, mədəni, estetik və təbiətqoruyucu əhəmiyyətli su obyektləri
xüsusi qorunan su obyektləridir. Onlar ölkə qanunvericiliyi ilə toxunulmaz elan
olunaraq aşağıdakı kateqoriyalara bölünür:
-
Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsinin sularının sahələri;
-
su bataqlıq yerləri;
-
nadir təbiət landşaftına aid edilmiş axar sular və sututarlar;
-
su obyektlərinin mənbəyinin və mənsəbinin mühafızə zonaları;
-
qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri;
-
meşələrlə, bitki, heyvanlar aləmi və digər xüsusi mühafızə olunan təbii
ehtiyatlarla qırılmaz əlaqəsi olan su obyektləri.
Xüsusi qorunan su obyektlərindən balıq tutmaq, ov etmək, su bitkıləri yığmaq
və onlann təbii vəziyyətini dəyişən başqa işlər görmək qanunla qadağan edilmişdir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla respublikamızda sudan
istifadə pulludur. Burada məqsəd su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək,
su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə
prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və
qənaətlə istifadə olunmasına və suların mühafızəsinin yaxşılaşdırılmasına maddi
maraq yarat-maq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya
qoyuluşunu stimullaşdırmaqdan ibarətdir.
Ə
halinin, müəssisə, idarə və təşkilatların dövlət stan-dartlannın tələblərinə cavab
verən keyfıyyətli və lazımi miqdarda su ilə tomin cdilmosi, tullantı sularının
axıdılması sahəsində münasibətlərin tənzimlənməsi məqsədi ilə «Su təchizatı və
tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (28
oktyabr 1999-cu il).
Qanuna görə fıziki və hüquqi şəxslər müəyyən olunmuş qaydada və şərtlərlə su
ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya
qurğulannı tikmək və istismar etmək, tullantı sulan və tullantıları atmaq hüquqlanna
malikdirlər.
Su təchizatı və tullantı sulannın axıdılması xidmətlərinin göstərilməsi prinsipləri
qanunvericilikdə belə əks edilmişdir:
a)
su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin
göstərilməsində öz xərcinin çıxarılması;
b)
istehlakçıların müvafıq keyfıyyətli və lazımi miqdarda su ilə, ilk növbədə,
içməli su ilə təmin olunması;
c)
su ehtiyatlarından səmərəli istifadə olunması;
ç) tullantı sulan və tullantıların təmizlənməsi vo atılmasının etibarh sisteminin
yaradılması.
Qanunda içməli su təchizatının ciddi qıtlığı yarandıqda, su təchizatı müəssisəsi
tərəfındən aşağıdakı məqsədlər üçün verilən suyun dayandırıla və ya ondan
istifadənin məhdudlaşdırıla bilməsi də göstərilmişdir:
a)
fərdi bağların suvarılmasına verilən suyu;
b)
ictimai məqsədlər üçün verilən suyu.
Qeyd etmək lazımdır ki, su təchizatı müəssisələri su təchizatının
məhdudlaşdınlması və ya dayandırılmasının nəzərdə tutulan müddəti, ərazi və tarix
haqqında əvvəlcədən kütləvi informasiya vasitələri ilə məlumat verir və bu maddənin
müddəalarını pozan şəxslər qanunvericilikdə nəzordə tutulmuş qaydada məsuliyyətə
cəlb edilirlər (maddə 29).
Su qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar aşağıdakı hallarda
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar:
-
su qanunvericiliyini pozmaqla əqdlər bağladıqda;
-
su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə;
-
su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə;
-
su obyektlərindən istifadə üzrə xüsusi razılıq ilə müəyyən edilmiş şərtləri
pozduqda;
-
sudan istifadə limitlərinə əməl etmədikdə;
-
su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin
etmədikdə;
-
su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə;
-
su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin
qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri
istismar etdikdə;
-
su ehtiyatlarından israfçıhqla istifadə etdikdə;
-
sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla sulan
çirkləndirdikdə, torpaqlann su eroziya-sına və başqa zərərli hallara səbəb olduqda;
-
hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə;
-
su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istisman
qaydalarına riayət etmədikdə;
-
su təsərrüfatı qurğularının və avadanlıqlannın istismarı qaydalarını pozduqda;
-
içməli sudan yaşıllıqların suvarılmasında və nəqliyyat vasitələrinin
yuyulmasında, habelə təyinatsız istifadə etdikdə;
-
su kəmərlərindən, kanallarından və digər su sistemlərindən özbaşına su
götürdükdə, habelə içməli, məişət, texniki və tullantı sularını kənara (çöllərə,
küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda;
-
kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqlaırn meliorasiya vəziyyətini
pisləşdirdikdə;
-
sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə
cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə
ödənişləri vaxtında ödəmədikdə;
-
su çıxarmaq üçün quyuların qazılması qaydalarım və texnologiyasını
pozduqda;
-
su mühafizəsi zonalanna və sahil mühafizu zonalanna riayət etmədikdə;
-
su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su
kadastrının aparılması qaydalarına riayət etmədikdə;
-
xüsusi qorunan su obyektlərinin rejimini pozduqda;
-
su obyektlərinin istifadəsinə və mühafızəsinə nəzarət edən orqanların
göstərişlərini yerinə yetirmədikdə;
-
içməli su mənbələrinin, sutəmizləyici qurğulann, su kəmərlərinin sanitariya
mühafızəsi zonalarının tələblərini pozduqda;
-
içməli suyun keyfıyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun
gəlmədikdə və Azərbaycan Respublika-sının qanunvericiliyi ilə nəzərdə tutulmuş
digər hallarda.
Beləliklə, sudan istifadə zamanı mövcud qanuna uyğun olaraq ekoloji tələblərin
pozulmasında hüquq normalarına müvafıq iddialar irəli sürülür.
МЮВЗУ 10.
МЕШЯДЯН ИСТИФАЯДНИН ЕКОЛОЪИ-ЩЦГУГИ АСПЕКТЛЯРИ.
PLAN:
1. Азярбайжан Республикасынын мешя юртцйц, тябиятин формалашмасында
онун ролу.
2. Азярбайжан Республикасынын мешя юртцйцнцн мювжуд дуруму вя онун
мцщафизяси проблемляри.
3. Азярбайжан Республикасында мешялярин тяснифаты.
4. Мешялярдян истифадя вя онларын мцщафизясинин щцгуги ясаслары. Азярбайжан
Республикасынын Мешя Мяжялляси, мешялярдян истифадянин тянзимлянмясиндя
онун ролу.
5. Мешя фондундан истифадянин истигамятляри. Мешя фондунун
мцлкиййятчисинин щцгуги тяйини.
6. Мешя фонду сащясиндян истифадя щцгугу, онун фяалиййят механизми.
7. Мешя ганунверижилийинин позулмасына эюря мясулиййят.
Dostları ilə paylaş: |