Psixi pozğunluqları olan şəxslər üçün qanunvericilik və maliyyə şərtləri
İşlə təminat haqqında və iş yerində ayrı-seçkiliyə qarşı qanunvericilik normaları
mövcuddur. Yaşayış yeri ilə təminat haqqında belə norma var, ancaq məcburi qaydada
yerinə yetirilmir.
Digər sektorlarla əlaqələr
Qanunvericilik və maliyyə dəstəyindən başqa, PS xidmətləri üçün məsuliyyət daşıyan
dövlət qurumları ilə İİV/QİÇS, reproduktiv sağlamlıq, narkotik vasitələrdən sui-
istifadə məsələləri ilə məşğul olan idarə/təşkilatlar, hərbi və kriminal ədliyyə orqanları
arasında rəsmi əlaqələr mövcuddur.
Uşaq və yeniyetmələrin sağlamlığına yardım etmək üçün, bütün ibtidai və orta
məktəblərdə (100%) ya hissəvi, ya da tam iş saatlarında çalışan psixoloqlar olmalıdır.
Bu psixoloqlar Bakı Dövlət Universitetinin sosial psixologiya fakültəsini bitiriblər və
klinik bilik və bacarıqlara malik deyillər. İbtidai və orta məktəblərin təxminən 20%-də
psixi sağlamlığın təşviq edilməsi və psixi pozğunluqların qarşısının alınması ilə bağlı
məktəb tərəfindən tədbirlər həyata keçirilir.
İslahetmə və həbsxana müəssisələri sisteminə gəldikdə isə, məhbuslar arasında
psixozları olanlar 2%-dən azdır, lakin əqli inkişafdan geri qalanlar üçün uyğun faiz
məlum deyil. Orta və ağır dərəcədə əqli inkişafdan geri qalmış şəxslər cinayət
törətdikləri halda həbs edilmirlər, çünki belə hesab edilir ki, onların hüquqi
məsuliyyəti məhduddur və ya tamamilə yoxdur. Məhkəmə-ədliyyə sistemində psixi
sağlamlıqla bağlı tədbirlər haqqında olan məlumatlara görə, 80%-ə qədər
həbsxanalarda hər ay heç olmasa bir məhbus müalicə məqsədilə psixiatriya üzrə
mütəxəssisə müraciət edir. Təlimlərə gəldikdə isə, heç bir polis işçisi, hakim və vəkil
son beş ildə psixi sağlamlıq məsələləri üzrə təlim və məşğələlərdə iştirak etməmişdir.
Onu da qeyd etmək lazımdır ki, penitensiar sistemdə fəaliyyət göstərən həkimlər
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda psixi sağlamlıq üzrə müxtəlif tematik
ixtisasartırma kursları keçir.
Pasiyentlər üçün maddi dəstəklə bağlı heç bir psixiatriya müəssisəsi həmin
müəssisədən kənarda həyata keçirilən və ağır psixi pozğunluqları olan şəxslərin digər
yerdə işlə təmin olunmasını təşkil edən proqramlardan istifadə imkanına malik deyil.
Nəticədə, insanların 1%-i psixi əlilliklə əlaqədar sosial təminat və yardım alır.
Digər sektorlarla əlaqələr zəif təşkil edilmişdir və əlaqələndirilməmişdir.
|