Ölkədə həm həkimlərin çalışdığı, həm də yalnız orta tibb işçilərinin çalışdığı ilkin
vəziyyətlər üçün qiymətləndirmə və müalicə protokolları yoxdur. Psixiatriya üzrə
mütəxəssisin qəbuluna hər ay orta hesabla heç olmasa bir pasiyent göndərən ilkin
23
səhiyyə həkimləri haqqında informasiyanı hesablamaq mümkün olmamışdır,
çünki bu
cür informasiya qeydiyyata alınmamışdır.
Eyni zamanda, orta tibb işçilərinin çalışdığı ilkin səhiyyə xidməti klinikalarının
təxminən 21-50%-i daha yüksək səviyyəli tibb müəssisələrinə göndərişlər edir. Son
bir il ərzində mütəxəssis-psixiatrla heç olmasa bir dəfə əlaqə yaratmış ilkin səhiyyə
həkimləri haqqında informasiyanı əldə etmək mümkün olmamışdır, çünki belə
informasiya da qeydiyyata alınmamışdır. Həkimlərin və yaxud yalnız orta tibb
işçilərinin çalışdığı İSX klinikalarının və psixiatriya müəssisələrinin işçiləri qida
əlavələri (bioloji aktiv əlavələr) təyin edən, alternativ və ya ənənəvi praktikalarla
məşğul olan şəxslərlə qeyri-rəsmi əlaqələr yaradırlar, lakin bu cür informasiya qeydə
alınmadığı üçün əldə edilməsi mümkün olmamışdır.
Psixi sağlamlıq sahəsində göstərilən xidmətlərin böyük əksəriyyəti ixtisaslaşmışdır və
təşkilatlar tərəfindən təmin edilir. Pasiyentlər birbaşa psixiatriya müəssisələrinə
müraciət etməli olurlar, çünki İSX səviyyəsində psixi sağlamlıq xidmətləri zəif inkişaf
etmişdir.
Dostları ilə paylaş: