nazirliklərdə (Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi və s.) çalışan psixiatrları nəzərdə tutmur.
26
DİAQRAM 4.3. HƏR ÇARPAYIYA DÜŞƏN İŞÇİLƏRİN ORTA SAYI
0,18
0,03
0,28
0,1
0
0
0
0,05
0,1
0,15
0,2
0,25
0,3
ÜMUMİ TƏYİNATLI XƏSTƏXANALARIN
PSİXİATRİYA ŞÖBƏLƏRİ
PSİXİATRİYA XƏSTƏXANALARI
PSİXİATRLAR
TİBB BACILARI
PSİXOSOSİAL
İŞÇİLƏR
Psixi sağlamlıq sahəsində mütəxəssislərin hazırlanması
2006-cı ildə akademik və təhsil müəssisələrini bitirmiş mütəxəssislərin sayı hər 100
000 nəfər əhaliyə görə aşağıdakı kimi olub: həkimlər (psixiatriya sahəsində
ixtisaslaşmamış) - 7,5, tibb bacıları (psixiatriya sahəsində ixtisaslaşmamış) - 19,
psixiatrlar - 0,1. Heç bir psixoloq, tibb bacısı, sosial işçi və ya peşə həkimi psixi
sağlamlıq sahəsində heç olmasa 1 illik təlim keçməmişdir. Təhsillərini tamamladıqdan
sonrakı beş il ərzində psixiatrların 20%-ə qədəri digər ölkələrə mühacirət edirlər.
Psixi sağlamlıq xidməti işçilərindən hər hansı birinə, dərmanlardan rasional istifadə və
uşaq/yeniyetmələrdə psixi sağlamlıq məsələləri mövzusunda biliklərin təzələnməsi
məqsədilə heç olmasa iki günlük təlim keçilməmişdir. Həkimlərin bazis təhsillərində
psixi sağlamlığa aid tədris saatları məhduddur (20 saat tibbi psixologiya, 130 saat
psixiatriya). Həkim-psixiatrlar ilkin ixtisaslaşmanı 1 illik internaturanı
tamamlayandan sonra alırlar. İnternatura tədrisi sistemsiz keçirilir, subixtisaslaşma
üçün (uşaq psixiatriyası, narkologiya və s.) proqramlar yoxdur, müddət baxımından
kifayət deyil. Qanunvericiliyə əsasən psixiatrlar beş ildən gec olmayaraq
ixtisasartırma kursu keçməlidir. Dövlət tərəfindən təmin edilən ixtisasartırma kursları
aparan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ildə 5 müxtəlif mövzuda (şəxsiyyət
və davranış pozğunluqlarının diaqnostikası və müalicəsi; psixoterapiya və tibbi
psixologiyanın müasir məsələləri və s.) tematik kurslar keçirir. Tematik kursların
çeşidi ildən ilə tədricən təzələnir (ildə 20%). Kursların müddəti 1,5-2 aydır. Kursların
müdavimləri həkim-psixiatrlarla yanaşı digər ixtisaslı həkimlər olur. Ümumiyyətlə,
səhiyyə sistemində diplomdansonrakı tədris qısamüddətli kurslar (davamlı tibbi təhsil
kursları) və akkreditasiyanı nəzərdə tutmur. Onu da qeyd etmək lazımdır ki, nə bazis
və ilkin ixtisaslaşma tədrisini təmin edən Dövlət Tibb Universiteti, nə də
diplomdansonrakı ixtisasartırma kursları keçirən Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun tədrisi həyata keçirmək üçün universitet klinikası yoxdur. Tədris
27
prosesini təşkil etmək üçün onlar Bakı şəhərinin tibb müəssisələrini (1 və 2 saylı şəhər
psixiatriya xəstəxanaları) klinik baza kimi istifadə edir.
Son illər ərzində bəzi QHT-lər ölkədə psixososial müdaxilələr üzrə qısamüddətli
təlimlər təşkil etmişdir, ancaq bu təlimlər diplomdansonrakı/davamlı rəsmi təhsil
sistemi tərəfindən tanınmamışdır.
Dostları ilə paylaş: