Microsoft Word who-aims final report azerb 04 2008. doc


Psixi pozğunluqları olan şəxslər üçün qanunvericilik və maliyyə şərtləri



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix30.12.2021
ölçüsü0,82 Mb.
#21202
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
Psixi pozğunluqları olan şəxslər üçün qanunvericilik və maliyyə şərtləri 

 

İşlə  təminat haqqında və  iş yerində ayrı-seçkiliyə qarşı qanunvericilik normaları 

mövcuddur. Yaşayış yeri ilə təminat haqqında belə norma var, ancaq məcburi qaydada 

yerinə yetirilmir. 

 

Digər sektorlarla əlaqələr 

 

Qanunvericilik və maliyyə dəstəyindən başqa, PS xidmətləri üçün məsuliyyət daşıyan 



dövlət qurumları ilə  İİV/QİÇS, reproduktiv sağlamlıq, narkotik vasitələrdən sui-

istifadə məsələləri ilə məşğul olan idarə/təşkilatlar, hərbi və kriminal ədliyyə orqanları 

arasında rəsmi əlaqələr mövcuddur. 

 

Uşaq və yeniyetmələrin sağlamlığına yardım etmək üçün, bütün ibtidai və orta 



məktəblərdə (100%) ya hissəvi, ya da tam iş saatlarında çalışan psixoloqlar olmalıdır. 

Bu psixoloqlar Bakı Dövlət Universitetinin sosial psixologiya fakültəsini bitiriblər və 

klinik bilik və bacarıqlara malik deyillər. İbtidai və orta məktəblərin təxminən 20%-də 

psixi sağlamlığın təşviq edilməsi və psixi pozğunluqların qarşısının alınması ilə bağlı 

məktəb tərəfindən tədbirlər həyata keçirilir. 

 

İslahetmə  və  həbsxana müəssisələri sisteminə  gəldikdə isə, məhbuslar arasında 



psixozları olanlar 2%-dən azdır, lakin əqli inkişafdan geri qalanlar üçün uyğun faiz 

məlum deyil. Orta və  ağır dərəcədə  əqli inkişafdan geri qalmış  şəxslər cinayət 

törətdikləri halda həbs edilmirlər, çünki belə hesab edilir ki, onların hüquqi 

məsuliyyəti məhduddur və ya tamamilə yoxdur. Məhkəmə-ədliyyə sistemində psixi 

sağlamlıqla bağlı  tədbirlər haqqında olan məlumatlara görə, 80%-ə  qədər 

həbsxanalarda hər ay heç olmasa bir məhbus müalicə  məqsədilə psixiatriya üzrə 

mütəxəssisə müraciət edir. Təlimlərə gəldikdə isə, heç bir polis işçisi, hakim və vəkil 

son beş ildə psixi sağlamlıq məsələləri üzrə təlim və məşğələlərdə iştirak etməmişdir. 

Onu da qeyd etmək lazımdır ki, penitensiar sistemdə  fəaliyyət göstərən həkimlər 

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda psixi sağlamlıq üzrə müxtəlif tematik 

ixtisasartırma kursları keçir.    

Pasiyentlər üçün maddi dəstəklə bağlı heç bir psixiatriya müəssisəsi həmin 

müəssisədən kənarda həyata keçirilən və ağır psixi pozğunluqları olan şəxslərin digər 

yerdə işlə təmin olunmasını təşkil edən proqramlardan istifadə imkanına malik deyil. 

Nəticədə, insanların 1%-i psixi əlilliklə əlaqədar sosial təminat və yardım alır. 

 

Digər sektorlarla əlaqələr zəif təşkil edilmişdir və əlaqələndirilməmişdir.  



 


 

 

29



 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin