resurslarının ümumi sayı hər 100 000 nəfər əhali üçün 22,2-yə bərabərdir. Onların
peşəyə uyğun bölgüsü aşağıdakı kimidir: 5,2 psixiatr, 0,8 digər ixtisaslardan olan
həkimlər (psixiatriya üzrə ixtisaslaşmamış), 8,4 tibb bacısı, 0,2 psixoloq, 0,3 sosial
personal və tibbi köməkçilər. Peşə həkimləri, həkim və ya tibb bacısı olmayan İSX
işçiləri, səhiyyə köməkçiləri, peşəkar və ya yarımpeşəkar psixososial məsləhətçilər
kimi psixi sağlamlıqla əlaqəli digər ixtisasların sahibləri ölkədə mövcud deyildir.
24
psixiatrlar yoxdur, lakin onların 8%-i eyni zamanda hər iki sektorda çalışır. Tibb
bacılarının 99%-i yalnız dövlət psixiatriya müəssisələrində işləyir, 1%-i isə yalnız
QHT-lərdə, özəl psixiatriya müəssisələrində və ya xüsusi praktika ilə məşğul olan
psixiatrların yanında çalışır. Psixoloqlar və sosial işçilər (Sİ) səhiyyə sistemi
strukturunda işləmirlər. Sİ-lər (50%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
sistemində çalışırlar, klinik psixoloqların böyük əksəriyyəti isə (94%) QHT-lərdə
çalışır.
İş yerinə görə, psixiatrların 158-i ambulator psixiatriya müəssisələrində, 11-i ümumi
təyinatlı xəstəxanaların psixiatriya şöbələrində, 133-ü isə psixiatriya xəstəxanalarında
çalışır. Psixiatriya üzrə ixtisaslaşmamış, digər sahələrin həkimlərindən 18-i ambulator
müəssisələrdə, 47-i isə psixiatriya xəstəxanalarında çalışır. Tibb bacılarına gəldikdə
isə, onların 313-ü ambulator psixiatriya müəssisələrində, 17-i ümumi təyinatlı
xəstəxanaların psixiatriya şöbələrində, 393-ü isə psixiatriya xəstəxanalarında çalışır.
Ambulator psixiatriya müəssisələrində, yaxud ümumi təyinatlı xəstəxanaların
psixiatriya şöbələrində çalışan heç bir psixososial işçi (klinik psixoloq, sosial işçi və
peşə həkimləri) yoxdur, yalnız Respublika Psixiatriya Xəstəxanasında bir psixoloq
çalışır. Digər səhiyyə və ya psixi sağlamlıq sistemi işçilərindən 273-ü ambulator
psixiatriya müəssisələrində, 16-ı ümumi təyinatlı xəstəxanaların psixiatriya
şöbələrində, 334-ü isə psixiatriya xəstəxanalarında çalışır.
Psixiatriya müəssisələrinin kadrlarla təminatı baxımından, ümumi təyinatlı
xəstəxanaların psixiatriya şöbələrində hər çarpayıya 0,18 psixiatr, müqayisə üçün
psixiatriya xəstəxanalarında isə hər çarpayıya 0,03 psixiatr düşür. Tibb bacılarına
gəldikdə isə, ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrində hər çarpayıya 0,3
tibb bacısı, müqayisə üçün psixiatriya xəstəxanalarında isə hər çarpayıya 0,1 tibb
bacısı düşür.
Kadr resurslarının şəhər və kənd bölgələri arasında paylanması qeyri-mütənasibdir.
Ən böyük şəhər və ya onun ətrafında psixiatrların sıxlığı, bütün ölkə üzrə olduğundan
1,6 dəfə artıqdır. Tibb bacılarının sıxlığı isə, ən böyük şəhərdə bütün ölkə üzrə
olduğundan 2 dəfə çoxdur. Ölkədə klinik psixoloqların və klinik sosial işçilərin sayı
məhduddur və onlar kənd əhalisinə xidmət göstərmirlər.