Dövlət quruluşu. Livan parlament şəklində idarə olunan re-
spublika olsa da, siyasi sistemi qeyri-sabitliyi ilə fərqlənir. Sonrakı
dəyişikliklərlə 1926-cı ildə qəbul olunmuş konstitusiya qüvvədədir.
1943-cü ildə əldə olunmuş razılaşmaya əsasən dövlət və hökumət
rəhbərliyində vəzifələr konfessional (yəni dini icmalar) prinsip
əsasında bölünür. Dövlət rəhbəri olan prezident ancaq xristian – ma-
ronit ola bilər. Veto hüququna malik olan prezidentin fəaliyyət
müddəti altı ildir. Baş nazir sünnü məzhəbli, parlamentin sədri isə şiə
məzhəbli müsəlman olmalıdır.
Konstitusiyaya əsasən icraedici hakimiyyət prezidentin əlində
cəmlənmişdir. O, Baş nazirlə bərabər ayrı-ayrı nazirləri də təyin edir.
İnzibati cəhətdən Livan 5 mühəfəzə bölünür. Qanunverici hakimiyyət
bir palatalı parlamentə
məxsusdur. Parlamentə deputatlar
konfessionallıq prinsipi əsasında seçilir. Parlamentin 128 deputatı 4
illik müddətə seçilir. Parlament ölkə prezidentini seçir, onun təqdim
etdiyi hökumət üzvlərini təsdiq edir. Hüquq sistemi dini məhkəmələr
istisna olmaqla Fransa modeli əsasında qurulmuşdur. Xarici siyasətinin
formalaşmasında Suriyanın, İranın, Fransanın rolu böyükdür. Livanda
bir neçə siyasi partiya fəaliyyət göstərir. Bunların ən böyükləri
Mütərəqqi-Sosialist partiyası; Livan Kommunist partiyası; Ərəb
Sosialist Dirçəliş partiyası və başqalarıdır.
Silahlı qüvvələrin sayı 16 mindən 18 minə qədər olan müxtəlif
dini təriqətləri təmsil edən ordudan və kiçik (800 nəfərlik), əsasən
xristianlardan ibarət hərbi hava (450 nəfərlik) və hərbi dəniz
qüvvələrindən ibarətdir. Ordunun heç də hamısı mərkəzi hökumətə
sadiq deyil. Ordu əsas etibarilə ABŞ-da, Böyük Britaniyada və
Fransada istehsal olunmuş hərbi sursatla təchiz olunmuşdur. Daxili
təhlükəsizlik qüvvələrinin böyük hissəsi 1987-ci ildə ordunun
tərkibinə daxil edilmişdir. Nizami ordu ilə yanaşı, dini təriqətlərin
özlərinin milis qüvvələri də mövcuddur.