Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə110/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   106   107   108   109   110   111   112   113   ...   229
4. İqtisadiyyatı 
 
 Aralıq dənizi sahilində, mühüm yollar kəsilişindəki  əlverişli 
coğrafi mövqeyi Livanı maliyyə bank sistemi inkişaf etmiş bir 
dövlətə çevirmişdir. 1943-cü ildən hakimiyyət başına gələn milli 
burjua nümayəndələri  şəxsi kapitalın (həm xarici, həm milli) 
inkişafına meydan açan «Azad iqtisadiyyat» və «Azad bazar
*
» 
siyasəti yürütməyə başlayır. Livan biznesmenlərinin Qərb və  Şərq 
arasında həyata keçirdiyi vasitəçilik və maliyyə əməliyyatları ölkənin 
tranzit-ticarət və turizm mərkəzlərindən birinə çevirmişdi. 1970-ci 
ilədək bu sahələr ölkənin milli gəlirinin 70 faizini verirdi. 1968-ci 
ildən sonra Livanın iqtisadiyyatı  İsrail təcavüzünə  və  vətəndaş 
müharibəsinin dağıntılarına məruz qalmışdır. 
Mütəxəsislərin fikrincə, 1996-cı ildən ölkənin ümumi daxili 
məhsulu artmağa başlamışdır. 1997-ci ildən ümumi daxili məhsulun 
dəyəri 13,5 mlrd ABŞ dollarına bərabər olmuşdur. İllik artım yüksək 
olmasa da, onun mövcudluğu mikroiqtisadi sabitlik siyasəti və bərpa 
prosesinə büdcə ayırmalarının müvəffə-qiyyətlə yerinə yetirilməsi 
                                      
*
  Azad bazar – dövlətin amiranə-bürokratik müdaxiləsindən azad 
olunmuş bazar. Azad bazar – bazar qanunlarının tam dolğunluğu ilə, 
fəaliyyətdə olması, qiymətlərin tələb və təklif arasındakı faktiki nisbətlərinin 
təsiri altında müəyyənləşdirilməsi, başqa sözlə, inhisarçılığın tam ləğvi ilə 
və s. səciyyələnir. 
 
158
ölkənin son onilliklərdəki sarsıntılardan dirçəlməsinə sübutdur. 
Dirçəlişin bariz nümunələrindən biri də budur ki, Livan iqtisadiyyatı 
1997-ci ildə  vətəndaş müharibəsinin başa çatdığı 1990-cı il ilə 
müqayisədə təqribən 70 faiz artmışdır.  
2004-cü ildə Livanda ümumi daxili məhsulun həcmi 22,5 mlrd. 
dollara çatmışdır. Adambaşına düşən rəqəm isə 5 min dollara yaxın 
olmuşdur. ÜDM orta illik artım tempi 90-cı illərin ortalarında 5,4 
faiz, 2004-cü ildə isə təqribən 2 faiz olmuşdur. 
Təbii ehtiyatlar baxımından faydalı qazıntıların qətiyyən 
olmaması və tarixən formalaşmış beynəlxalq vasitəçilik funksiyasının 
mövcudluğu ölkənin təsərrüfat həyatının istiqamətlərini 
formalaşdırmışdır. Qabaqcıl mövqelər bunlardır: tranzit, xarici 
ticarət, nəqliyyat, beynəlxalq bank əməliyyatları  və turizm. Ümum-
daxili məhsul istehsalında kənd təsərrüfatı, meşəçilik və balıqçılığın 
payı 12, sənaye sahələrinin payı 21, müxtəlif xidmətlərin payı isə 67 
faizdir. Məşğulluq strukturu baxımından iş qabiliyyətli adamların 7 
faizi kənd təsərrüfatı, 31 faizi sənaye və 62 faizi isə xidmət 
sahələrində çalışır.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin