Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə113/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   109   110   111   112   113   114   115   116   ...   229
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Livanda avto-
mobil nəqliyyatı nisbətən yaxşı  vəziyyətdədir.  Şosse yollarının 
uzunluğu təqribən 6700 km-dir. Vətəndaş müharibəsi başqa sahələrdə 
olduğu kimi yol təsərrüfatına da böyük ziyan vurmuşdur. Livandan 
avtomobil yolu ilə Suriyaya, İsrailə getmək mümkündür. Ölkədə 
dəmiryollarının uzunluğu çox deyil (cəmi 222 km). 
Qonşu  ərəb ölkələrindən çıxarılan neftin bir qismi boru 
kəmərləri vasitəsilə Livan portuna gəlib çıxır. Beyrut, Tripoli və 
Sayda ölkənin ən böyük dəniz portları və magistral neft kəmərlərinin 
son nöqtələridir. Hava nəqliyyatına «Midl end eyrlayn» şirkəti 
nəzarət edir. 
Turizm. Livan iqtisadiyyatında özünəməxsus yer tutur. 2003-
cü ildə Livana təqribən 800 min xarici turist gəlmişdir. Turizmdən 
gələn gəlir təqribən 1,0 mlrd. həcmində olmuşdur. Livan ənənəvi 
 
160
turizm ölkəsidir.  İkinci Dünya müharibəsindən sonra valyutaların 
sərbəst mübadiləsi, sadələşdirilmiş gömrük qaydaları, həmçinin 
qonşu ölkələrlə müntəzəm rabitə sayəsində turizm sahəsindən gələn 
gəlirlər 1950-1975-ci illərdə on dəfədən çox artmışdır. Sonrakı 
illərdə ölkədəki silahlı qarşıdurmalar və iri mehmanxanaların 
dağıdılması  nəticəsində turizm tənəzzülə  uğramışdır. 1990-cı illərin 
ortalarından Livan iqtisadiyyatındakı turizm sektorunun mövqeləri 
qismən bərpa olunmuşdur. 2005-ci ildə ölkəyə  gələn turistlərin sayı 
1,1 mln, turizmdən  əldə olunan gəlir isə 5,4 mlrd. dollar təşkil 
etmişdir. 
Bu göstəricilər daha yüksək ola bilərdi. Lakin ölkə ərazisindəki 
qeyri-sabitlik turizmin daimi inkişafını məhdudlaşdırır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin