Xarici ticarət. Ölkə iqtisadiyyatında xarici ticarət xüsusi
əhəmiyyət kəsb edir. Dövlətin xarici siyasəti tərəfdaşların diversi-
fikasiyasına və xarici investisiyaların cəlb edilməsinə yönəlmişdir.
Mal ixracatının həcmi 2005-də 1,5 mlrd. dollar, idxal həcmi 7 mlrd.
dollar olmuşdur. İxracat strukturunda əsasən meyvə və tütün (20
faiz), toxuculuq məmulatı (12 faiz), elektrik avadanlığı (10 faiz),
zərgərlik məmulatları (10 faiz), kağız (8 faiz), dərmanlar və
parfümeriya yer alır. Idxalın üçdə bir hissəsini ərzaq, dörddə bir
hissəsini maşın və avadanlıq təşkil edir. Kütləvi istehlak malları,
kimyəvi məhsullar və yanacaq idxal strukturunda üstünlük təşkil edir.
Xarici ticarətdə əsas tərəfdaşları Avropa İttifaqı ölkələri, ABŞ və
Fars körfəzi ölkələridir. Ölkənin pul vahidi - Livan funtudur.