Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə122/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   118   119   120   121   122   123   124   125   ...   229
Dövlət quruluşu.  Dövlət quruluşuna görə Misir unitar 
respublikadır. 1971-ci il konstitusiyası (1980-ci ildə  dəyişikliklər 


 
169 
etməklə) qüvvədədir. Dövlət başçısı referendum yolu ilə 6 il 
müddətinə seçilən prezidentdir. Prezidentin yenidən seçilmə hüququ 
qeyri-məhduddur. Onun namizədliyini xalq məclisi tərəfindən irəli 
sürülür. Prezidentin səlahiyyət hüquqları genişdir. O, konstitusiya və 
qanunlara riayət olunması, milli birliyin qorunmasına nəzarət edir, 
fövqəladə vəziyyət və müharibə elan edir, milli müdafiə şurası və Ali 
hakimiyyət  şurasının sədri funksiyasını yerinə yetirir, özünün 
müavinini, baş nazir və hökumət üzvlərini təyin edir, nazirlər şurası 
ilə birlikdə dövlətin ümumi siyasət xəttini müəyyən edir və onun 
həyata keçirilməsinə  nəzarət edir. 2005-ci ildə  Məhəmməd Hüsnü 
Mübarək 5-ci dəfə prezident seçilmişdir. 
Ali qanunvericilik birpalatalı Xalq Məclisinə, Ali icraedicilik 
isə Baş nazirin rəhbərlik etdiyi Nazirlər  Şurasına məxsusdur. 
Parlamentin 10 üzvünü, Nazirlər  Şurasını prezident təyin edir. 
Ölkənin milli bayramı 23 iyul günüdür (İnqilab günü, 1952-ci ildən 
qeyd olunur). 
Misir onlarca beynəlxalq, regional, siyasi və iqtisadi 
təşkilatların üzvüdür. O, 1945-ci ildən BMT-nin, 1958-ci ildən Ərəb 
Dövlətləri Liqasının, 1963-cü ildən Afrika Ölkələri Birliyinin, 1970-
ci ildən İslam Konfransı Təşkilatının üzvüdür. Ölkə inzibati cəhətdən 
26 əyalətə (mühəffəzə) bölünür. 
Misirdə çoxpartiyalı sistem mövcuddur. 1978-ci ildə 
yaradılmış  və prezident Hüsnü Mübarəkin rəhbərlik etdiyi Xalq 
Demokratik Partiyası – hakim partiyadır. O, iri torpaq sahibləri
sənaye-ticarət nümayəndələri, dövlət aparatında yuxarı təbəqənin və 
ziyalıların mənafeini müdafiə edir. 1952-ci il inqilabadək fəaliyyətdə 
olan «Vəfd» partiyasının  əsasında 1984-cü ildə yaradılan «Yeni 
Vəfd» partiyası iri və orta sənaye-ticarət nümayəndələri və torpaq 
sahibkarlarının marağını müdafiə edir. Ölkədə Sosialist Zəhmətkeşlər 
Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin