Daxili sular.Ölkənin daimi axara malik çayı və əsas su
mənbəyi Nildir. Nil
*
çayı Misirin iqtisadi həyatında xüsusilə
*
Nil çayını misirlilər Əl-Bəhr adlandırır. Nilin uzunluğu 6671 km-dir.
164
əhəmiyyətlidir. O, suvarmada, əhalinin içməli su ilə təminatında əsas
mənbə olmaqla yanaşı, həm də mühüm nəqliyyat yoludur. Nil vadisi
və deltası hələ qədim dövrlərdən əhalinin məskunlaşdığı ərazilər
olmuşdur. Ölkənin bütün əhalisi və təsərrüfat yolları burada
cəmlənmişdir. Nildə daşqınlar yay-payız mövsümünə təsadüf edir.
Axımı nizama salmaq məqsədilə Nil və onun qolları üzərində iri
bəndlər (Köhnə Asuan, Yüksək Asuan), SES-lər (Asuan, Əl-Fəyyum)
tikilmişdir.
Yüksək Asuan bəndi tikildikdən sonra ölkənin cənubunda
nəhəng su anbarı yaradılmışdır. Bəndlərlə yanaşı suvarma kanalları
çəkilmişdir. İsmailiyyə, Əl-Mahmudiyyə, Yusif, İbrahimiyyə və
digər kanalların ümumi uzunluğu 35 min km-dən çoxdur. Yerüstü
sulardan müvəqqəti axınların-vadilərin əhəmiyyəti böyükdür.
Dağlara düşən yağıntılardan sonra bu vadilər su ilə dolur. Köçərilər
bu suları süni hovuzlara toplayır, ondan həm məişətdə, həm də kiçik
sahələrin suvarılmasında istifadə edirlər. Yağmursuz illərdə vadilər
tamamilə quruyur.
Ölkənin səhra rayonlarında qrunt sularının əhəmiyyəti misilsiz
dərəcədədir. Misir zəngin yeraltı su ehtiyyatlarına malikdir. Nildən
qərbdə Liviya səhrasında «yeraltı Nil»in olması ehtimalı təsadüfi
deyildir. Lakin yeraltı sulardan hələ lazımi səviyyədə istifadə
olunmur. Bu sular həm təbii, həm süni yolla səthə çıxır. Yeraltı
sulardan Hərqa, Dəhlə, Fərəfra, Bəhariyyə, Siva və digər sa- hələrdə
geniş istifadə olunur. Nil vadisi, Ərəbistan səhrası və Sina yarımada-
sının bəzi quraq rayonlarında da yeraltı suların əhəmiyyəti böyükdür.