Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə120/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   116   117   118   119   120   121   122   123   ...   229
Torpaq və bitki örtüyü.  Ərazisinin çox yerində  şoran, Nil 
vadisi və deltasında, həmçinin vahələrdə allüvial torpaqlar 
yayılmışdır. Nil vadisi və deltasının torpaqları Nilin Efiopiya yayla-
                                                                                
O, Afrikanın beş ölkəsinin, o cümlədən 1,5 min km məsafədə Misirin ərazisi 
ilə axır. Nilin dərəsi Asuandan Qahirəyə  qədər olan sahədə 20-25 km-dir. 
Qahirə  şəhərindən  şimala Nilin deltası başlayır. Delta 22-24 min kv. km 
sahəni  əhatə edir. Çoxlu qollar və göllərlə parçalanır, sahilboyu ilə 
İsgəndəriyyədən Port-Səid  şəhərinədək 260 km məsafədə uzanır. Nilin 
məcrası ondan artıq qola ayrılır. Gəmiçiliyə yararlı ən mühüm qolları şərqdə 
Dilat, qərbdə isə  Pəşiddir. Nil suyunun bir hissəsi  İbrahimiyyə kanalı  və 
Yusif qolu vasitəsilə Birget-Harun gölünə axıdılır və  həmçinin Fəyyum 
vahəsinin suvarılmasına sərf edilir. 


 
165 
sından gətirdiyi dağ süxurlarının qırıntılarının çökməsi nəticəsində 
formalaşmışdır. Bu torpaqların tərkibində  dəmir, alüminium
kalsium, maqnezium elementləri çoxdur. Bunlardan başqa torpağın 
tərkibində bitkilərin inkişafı üçün böyük əhəmiyyətə malik fosfor 
turşusu, kalium kimi duzlar da vardır. Nil vadisi və deltasında 
torpağın formalaşmasına insanlar da böyük təsir göstərmişdir. Əsrlər 
boyu bu ərazilərdə  əkinçiliklə  məşğul olunduğundan torpaq təbii 
münbitliyini itirmişdir. Süni gübrələrdən geniş istifadə olunur. Bu isə 
Nil vadisi və deltasında müxtəlif – sarı-boz, səhra, karbonatlı, gilli-
boz və digər torpaq növlərinin yaranmasına səbəb olmuşdur. 
Misirdə  mədəni bitki örtüyünə Nil vadisi və deltasında və 
vahələrdə rast gəlmək olar. Aralıq dənizi sahilboyu zonasında ağot 
(ceyranotu), gəvən, dəvətikanı, itburnu geniş yayılmışdır. Qışda 
efemerlərdən süsən, lalə, qaymaqçiçəyi, nərgizgülü çiçəklənərək 
səhranın həyatsız simasını tamamilə  dəyişdirmişdir. Sahilboyu 
zonadan cənubda Liviya səhrasında kserofit kol bitkiləri yayılmışdır. 
Qırmızı dəniz sahilində şora kol bitkisi üstünlük təşkil edir. Nil vadisi 
və deltasında təbii bitki örtüyünə yalnız deltanın  şimalındakı göllər 
rayonunda rast gəlmək olar. 
Misir hökuməti təbiətin mühafizəsinə, ekoloji tarazlığın 
pozulmamasına diqqətlə yanaşmağa çalışır. Aralıq və Qırmızı dənizin 
sahil bölgələrində milli parklar salınmış, nadir fauna və flora 
nümunələrini qorumaq üçün yasaqlıqlar yaratmışdır. Səhra landşaftı 
ekoloji baxımdan tez pozulan bir landşaft olduğundan onlara da 
xüsusi fikir verilir. Amma vəsaitin və mütəxəsislərin çatışmaması 
səbəbindən bu işlər o qədər də səmərəli aparılmır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin