Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi, idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə121/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   117   118   119   120   121   122   123   124   ...   229
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi. 
Azərbaycan Respublikası ilə münasibətləri 
 
Misir dünyada bəşəri sivilizasiya ilə bağlı  ən qədim 
dövlətlərdən biridir. E.ə Yuxarı  və  Aşağı Misir şahlıqları yaranmış-
dır. Bu şahlıqlar dövründə irriqasiya sistemləri yaradılmış, daş  və 
misdən hazırlanmış alətlər bir qədər də  təkmilləşdirilmişdir. E.ə III 
minillikdə Nil vadisinin ilk quldar dövlətləri fironların (Faraon) 
hakimiyyəti altında mərkəzləşmiş vahid dövlətdə birləşmişdir. 
Şahlıqları idarə edən fironlar özləri üçün nəhəng ehramlar (pi-
ramidalar) tikdirir. Müharibələrdə  əsir alınmış qullar tərəfindən ti-
kilmiş Heops, Hefren ehramları, daşdan yonulmuş şir heykəlləri və b. 
 
166
abidələrin qalıqları indiyə  qədər qalmaqdadır. Hər il dünyanın 
müxtəlif yerlərindən on minlərlə turist bu qədim abidələri görmək 
üçün Misirə  səyahət edir. Misirin əlverişli coğrafi mövqeyi və 
sərvətləri onun müxtəlif dövrlərdə  işğalçı dövlətlər tərəfindən zəbt 
olunmasına səbəb olmuşdur.  
Bizim erayadək Misir assuriya, fars, yunan və b. işğalçı 
dövlətlərin təsiri altında olmuşdur. VII yüzilliyin əvvəllərinə yaxın 
Misirdə yaşayan
 
qibtilər
 
xristianlığı qəbul edirlər. 639-cu ildə Misirə 
Ərəbistan yarımadasından ərəblər gəlməyə başlayır. 640-641-ci illərdə 
ərəb qoşunları Misirdəki Bizans ordusunu darmadağın edir və ölkədə 
onların hakimiyyətinin möhkəmlənməsinə mane olur. 
Sonradan Misir ərəb xilafətinin tərkibinə qatılır və paytaxt 
İskəndəriyyə  şəhərindən Fustata köçürülür. Bu da öklədə  ərəbləşmə 
və islamlaşma prosesinin sürətlə getməsinə şərait yaradır. 969-cu ildə 
Misir Fatimilər sülaləsindən olan xilafətinin başçılıq etdiyi İsmaillilər 
tərəfindən zəbt edilir. Misir o vaxt geniş əraziləri zəbt etmiş Fatimilər 
xilafətin mərkəzinə çevrilir. Fatimilər xilafəti dövründə Misirin 
iqtisadi və siyasi qüdrəti xüsusilə artır. 
XI yüzilliyin ortalarında Fatimilər xilafəti dağılmağa başlayır. 
Əvvəlcə  Məğrib (Qərb) ölkələri Misirdən ayrılır. Həmin vaxtda 
Yaxın və Orta Şərqdə Səlcuqlar sülaləsinin hakimiyyəti qüvvətlənir. 
Onlar qısa müddətdə Suriya, Fələstin, Dəməşqi zəbt edirlər. XI yüzil-
liyin sonu XII yüzilliyin əvvəllərində səlibçilər (xaçpərəstlər) Suriya 
və  Fələstinin sahil rayonlarını, Yerusəlimi zəbt edir. Misirə ardıcıl 
hücum edərək Tinnis, İsgəndəriyyə  şəhərlərini dağıdır, Qahirəni 
mühasirəyə alırlar. 1171-ci ildə Fatimilər xilafəti Misirdə hakimiyyəti 
ələ keçirmiş Əyyubilər tərəfindən dağıdılır, xilafətin sosial-iqtisadi və 
siyasi strukturunu ləğv edir. 
1250-ci ildə Misirdə hakimiyyəti məmlüklər ələ keçirir. 1517-
ci ildə türk sultanı I Səlim Misiri işğal edərək məmlüklərin
*
 
hakimiyyətinə son qoyur və ərazini Osmanlı imperiyasının tərkibinə 
qatır. Bundan sonra Misirdə torpaqların bir hissəsi Qahirədəki türk 
padşahına xərac vermək  şərti ilə  məmlük feodallarının  əlində qalır. 
                                      
*
  Məmlüklər – Əyyubilər sülaləsinin (1171-1250) seçmə qoşun dəs-
tələrini təşkil etmiş döyüşçü qullar. Məmlüklər Misirdə yaşayan türk, gürcü, 
çərkəz və Qafqaz xalqlarının digər nümayəndələri olmuşdur. 


 
167 
1798-ci ildə fransız ordusu Misiri işğal edir. Lakin 1801-ci ildə fran-
sızlar İngiltərə – Türkiyə qoşunlarına təslim olur və Misirdə Osmanlı 
imperiyasının hökmranlığı bərpa olunur. 
XVII yüzilliyin sonu Osmanlı imperiyası  zəiflədikdən sonra 
məmlüklər Misirdə öz hökmranlığını  bərpa edir və  məmlük hakimi 
Əli bəyin başçılığı ilə müstəqil dövlət yaradılır. 1808-ci ildə Misir 
hakimi Məhəmmədəli paşa islahatlar həyat keçirməklə Misiri 
qüvvətli dövlətə çevirmək məqsədini qarşıya qoyaraq ixracat 
əhəmiyyətli kənd təsərrüfatı  və eləcə  də  sənayenin bəzi sahələrini 
inkişaf etdirir. 
XIX yüzilliyin 30-cu illərində Misirə xarici kapital axını 
güclənir. Fransa və  İngiltərə Misirin milli bazarlarını  tədricən  ələ 
keçirməyə başlayır və ölkədə xaricilərə məxsus müəsisələr yaradılır. 
Qərbi Avropa şirkətlərinin fəaliyyəti ilə  nəqliyyat-rabitə  şəbəkəsi, 
dəniz limanları, Süveyş kanalı inşa edilir. 1882-ci ildə  İngiltərə öz 
ordularını Misirə yeridir, ingilis ordusu ölkəni zəbt edərək onu öz 
müstəmləkəsinə çevirir. Lakin Misir formal olaraq Osmanlı 
imperiyasının tərkibində qalır. Uzun illər ölkə  İngiltərənin hərbi-
siyasi nəzarəti altında olur. Lakin xalqın müstəmləkəçiliyə qarşı 
getdikcə güclənən mübarizəsi rəsmi Londonu 1922-ci ildə Misirin 
müstəqilliyini formal olaraq tanımağa məcbur edir. Əslində isə XX 
yüzilliyin ortalarına qədər Böyük Britaniya Misir üzərində özünün 
hərbi-siyasi və iqtisadi nəzarətini saxlayırdı. 
II Dünya müharibəsində Böyük Britaniya Misirin ərazisindən
təbii ehtiyatlarından və ordusundan Liviyada İtaliya-Almaniya 
qoşunlarına qarşı  hərbi  əməliyyatlar üçün istifadə edir. Müharibə 
illərində ölkədə inqilabi və demokratik meylli qüvvələr artır. Misir 
burjuaziyası qüvvətlənir, milli şirkətlər yaranır. Müharibədən sonrakı 
illərdə milli-azadlıq hərəkatı tamamilə yeni xarakter aldığından 1948-
ci ilin mayında ölkədə hərbi vəziyyət elan olunur. Kommunistlər və 
demokratik qüvvələr təqib olunur və həbsə alınır. 
Daxili siyasi vəziyyətin kəskinləşməsi şəraitində hərbçi Camal 
Əbdül Nasirin rəhbərliyi ilə «Azad zabitlər» gizli təşkilatı 1952-ci il 
iyulun 23-də ölkə-də inqilabi çevriliş edir, kral taxt-tacdan əl çəkərək 
ölkəni tərk edir. 1953-cü il iyulun 18-də Misir respublika elan olunur. 
Üç ildən sonra isə respublikanın ilk konstitusiyası  qəbul edilir və 
C.Ə.Nasir ölkənin prezidenti seçilir. Ölkədə mütərəqqi sosial-iqtisadi 
dəyişikliklərin həyata keçirilməsinə başlanılır. 
 
168
1956-cı ilin iyulunda ingilis ordusu Misirdən çıxarılır və 
Süveyş kanalı milliləşdirilir. Kanal milliləşdirildikdən sonra Böyük 
Britaniya, Fransa və  İsrail Misirə qarşı  hərbi təcavüzə başlayır. Bir 
sıra sülhsevər dövlətlərin köməyi ilə Misir xalqı tezliklə bu təcavüzü 
dəf edir. 
1958-ci ildə Misir və Suriya birləşir və Birləşmiş  Ərəb 
Respublikası adlanan dövləti təsis edirlər. 1961-ci il sentyabrın 1-də 
onlar yenidən müstəqil dövlətlərə ayrılırlar. 1967-ci ildə qonşu ərəb 
ölkələri və Misir yenidən İsrailin təcavüzünə məruz qalır. 
C.Ə.Nasirin vəfatından sonra (sentyabr, 1970) onun müavini 
Ənvər Sədat prezident seçilir. Başda Ə.Sədat olmaqla Misir hökuməti 
rəhbərləri 1974-cü ildə ölkədə siyasi və iqtisadi böhranın 
yaranmasına səbəb olan «İqtisadiyyatın liberallaşdırılması», «açıq 
qapılar» və s. adlar altında imperialist dövlətlərə yaxınlaşmaq siyasəti 
yürütməyə başlayır. 1978-ci ildə Misir ABŞ-ın vasitəçiliyi ilə İsraillə 
Kemp-Devid sövdələşməsini, 1979-cu ildə isə seperat sülh 
müqaviləsini imzalayır. Bu hadisədən sonra Ərəb ölkələri (Sudan və 
Omandan başqa) Misirlə diplomatik münasibətlərini pozur, onunla 
siyasi və iqtisadi əlaqələrdə uzaqlaşmağa səy göstərirlər. Misirin 
Afrika Birliyi Təşkilatı  və digər regional təşkilatlarda iştirakı 
qadağan olunur. 
Ə.Sədat sabiq SSRİ  və digər dövlətlərlə münasibətlərini 
məhdudlaşdırmağa başlayır. Hakimiyyətdə olduğu son dövrdə  həm 
sol, həm də sağ müxalifətçi qüvvələrə qarşı  cəzanı qüvvətləndirir, 
nəticədə müsəlman ekstre-mist təşkilatlarının üzvləri tərəfindən 
1981-ci il oktyabrın 6-da öldürülür. 
 
Prezident Hüsnü Mübarək hakimiyyətə  gəldikdən sonra 
(1981-ci il, oktyabr) xarici və daxili siyasətdə  bəzi dəyişikliklər 
edilir. Müxalifətçi partiyaların (kommunist partiyası istisna olmaqla) 
fəaliyyətinə icazə verilir, müxalifətçilərin  əksəriyyəti həbsdən azad 
edilir. Bununla belə Misirin yeni rəhbərləri Kemp-Devid 
sövdələşməsinə sadiq qaldıqlarını bildirirlər. Sina yarımadasından 
İsrail qoşunları çıxarılır (1982, aprel). 
Misirin  Ərəb ölkələri və digər dövlətlərlə pozulmuş 
münasibətləri H.Mübarəkin prezidentliyi dövründə yenidən bərpa 
olunur. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin