Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə129/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   125   126   127   128   129   130   131   132   ...   229
Xarici ticarət. Xarici ticarətində xroniki kəsirə baxmayaraq bu 
sahə Misir iqtisadiyyatında çox mühum əhəmiyyətə malikdir. 
1974-cü ildən ölkə  rəhbərliyi «açıq qapı» siyasətini yeridir. 
Məqsəd xarici investisiya və texnologiyaları ölkəyə  cəlb etmək, 
həmçinin region ölkələri ilə əməkdaşlığı nizama salmaqdır. 2003-cü 
ildə ölkədən mal ixracatının dəyəri 6,6 mlrd. dollar, idxal dəyəri 14,6 
mlrd. dollar olmuşdur. Dövlət neft və neft məhsulları, pambıq və 
düyü ixracatına inhisarı öz əlində saxlamışdır.  Ənənəvi ixracat 
malları  aşağıdakılardır: neft və neft məhsulları (bütün ixracat 
həcminin 50%-ə yaxını), alüminium, çiyidli-pambıq, iplik, parça, 
əczaçılıq malları, sintetik yuyucu malları, tütün məmulatları  və son 
dövrlərdə bu siyahıya təbii qaz da əlavə edilmişdir. 
İdxal məhsulları: taxıl,  ət və süd məhsulları, metal prokatı, 
avadanlıq, nəqliyyat vasitələri, elektrik mühərrikləri, ağac 
materialları, yanacaq və neft məhsulları.  İxracatdan  əldə olunan 
vəsait idxal məsrəflərinin 30 faizini ödəyir. Yaranmış  kəsir fərqi 
turizmdən, Süveyş kanalından istifadədən, xaricdə işləyən misirlilərin 
pul köçürülmələri hesabına ödənir. 
Misirin ixrac mallarının  ən böyük alıcısı ABŞ-dir. Misirə  ən 
çox mal göndərən isə Avropa İttifaqı ölkələridir. Misir 2001-ci ildən 
Avropa İttifaqının assosiativ üzvüdür. Bunun sayəsində Misir malları 
(ərzaq, pambıq və iplik istisna olmaqla) Avropa İttifaqı ölkələrinin 
bazarlarına gömrük rüsumu qoyulmadan çıxarılır. 
Ölkənin pul vahidi – Misir funtudur. 1 ABŞ dolları təqribən 4 
funta (2004-cü il) bərabərdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin