Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə130/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   126   127   128   129   130   131   132   133   ...   229
Maliyyə sistemi. Mərkəzi bankın başçılıq etdiyi bank sisteminə 


 
179 
80 bank daxildir (2005-ci ildə). Bunlardan Milli bank, Qahirə bankı, 
İsgəndəriyyə bankı, Misir bankı (bütün bank aktivlərinin 70 faizi 
bunların payına düşür) qabaqcıl banklardır. Özəl banklardan 
«Beynəlxalq Kommersiya Bankı» və «Misir İnterneşnl» bankları 
(aktivlərin 10 faizi) gözə çarpandır. Bank sisteminin liberallaşmasında 
əsas mərhələ dövlət bankı  səhmlərinin özəl  şəxslərə satışına icazə 
verən 1998-ci il qanununun qəbul edilməsidir. Ölkədə inflyasiya 
səviyyəsi 2003-cü ildə 3,1 faiz olmuşdur. Misir özünün milli pul 
vahidinin konversiya edilməsinə nail olmuşdur. 
Ölkədə maliyyə sahəsinin özəlləşdirilməsinə imkan verəcək 
kifayət dərəcədə möhkəm iqtisadi baza mövcuddur. Bu durum 
hökumət üçün iqtisadiyyatın perspektivli sektorlarını vergidən azad 
etməyə yol açmışdır. Ödənc balansı son onillik müddətində defisitlə 
təkmilləşdirilmişdir. Xarici borclar 2004-cü ildə 24 mlrd. dollar 
(ümumi daxili məhsulun 36 faizi) səviyyəsinə çatmışdır. Paris klubu 
çərçivəsindəki danışıqlar nəticəsində Misir xarici borcların 24,5 mlrd. 
dollar məbləğinin mərhələlərlə silinməsinə  və borcların qalıq 
hissəsinin ödənişinin 25 il müddətində  həyata keçirilməsinə nail 
olmuşdur. 
Ölkə iqtisadiyyatını qaldırmaq, yoxsulluq və  işsizlikdən yaxa 
qurtarmaq üçün Misir hökuməti müxtəlif yollardan istifadə edir. 
Bunlardan biri də Azad İqtisadi Zonaların yaradılmasıdır.  İlk belə 
zona Port-Səid şəhərində yaradılmışdır.  İsgəndəriyyə şəhərinə yaxın 
Qahirə-İsgəndəriyyə avtomobil trassında  Əl-Əmriyyə adlı Azad 
Ticarət Zonası  təşkil edilmişdir. Burada topdan satış ticarəti və 
yüklərin saxlanılması  əməliyyatları  həyata keçirilir. Belə funksiyalı 
Azad Ticarət Zonası Süveyş, Naser-Siti, İsmailiyyə  və Safaq 
şəhərlərində təşkil edilmişdir. 
Azad Ticarət Zonası rejimi investorları gömrük rüsumundan, 
digər vergilərdən və ödəmələrdən azad edir. Belə  iş üsulu Misirə 
idxal olunan avadanlıq, mexanizm və  nəqliyyat vasitələrinə  şamil 
edilir. Obyektin istifadəyə verilməsindən sonra investorun həyata 
keçirdiyi gəlir bölgüsü vergi qanunvericiliyinin təsirindən azaddır. 
Misir qanunvericiliyinə görə ayrı-ayrı müəssisələrə onların harada 
yerləşməsindən asılı olmayaraq Azad Ticarət Zonası rejimində 
fəaliyyət göstərmələrinə icazə verilir. Bu, lisenziya ilə rəsmiləşdirilir. 
 
180

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin