Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə133/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   129   130   131   132   133   134   135   136   ...   229
İqlimi və hidroqrafiyası. Oman tropik enliklərdə yerləşdi-
yindən ölkədə tropik iqlim hakimdir. Sahil ərazilərin iqlimi sub-
tropik, rütubətli, daxili bölgələrdə isə quru, kəskin kontinental, 
gündüz və gecə temperaturlarının fərqli olması ilə  səciyyələnir. 
Sahildə may-iyun aylarında temperatur +40 dərəcə C-yə çatır. Daxili 
bölgələrdə yay aylarında temperatur +50 dərəcə C-yə qədər yüksəlir. 
Noyabrın axırından martın  əvvəlinədək keçən payız-qış mövsümü 
kifayət qədər yumşaq və sərin keçir. 
Ölkənin paytaxtı  Məsqət dünyanın  ən isti iqlimi olan şə-
hərlərindən biridir. Omanda yanvar ayının orta temperaturu +21 
dərəcə C, iyun ayının isə +34 dərəcə C-dir. Orta illik temperatur +27-
28 dərəcə C-dən aşağı düşmür. Yazda və yayın  əvvəllərində 
Ərəbistan yarımadasının səhralarından  əsən küləklər havanın 
hərarətini çox yüksəldir. İlin sərin keçən aylarında ərazidə şimal-şərq 
mussonları hakim olduğundan dağlara yağıntı nisbətən çox düşür 
(500 mm-ə qədər). 
Həm daxili bölgələrdə, həm də sahillərdə yağıntıların miqdarı 
dəyişkəndir (25 mm ilə 125 mm arasında). Yağıntılar əsasən qışda və 
yayın  əvvəlində düşür.  Ən yağıntılı ay fevraldır.  Əl-Əhdar yaylası 
məsaməli su keçirən süxürlardan təşkil olunduğundan buraya yağan 
yağış suları torpağın səthində durmur və tezliklə  aşağı horizontlara 
süzülür. Nəticədə onlar qrunt sularının yaranmasına səbəb olur.  
Qrunt sularından da Əl-Bəttin sahil ovalığının məhsuldar 
torpaqlarını suvarmaq üçün istifadə olunur. Fələc adlanan bu süni 
yeraltı suvarma kanalları ölkənin bir çox bölgələrində  əkinçiliyi 
 
182
inkişaf etdirmək üçün çox əlverişlidir. Bu suvarma sisteminin 
üstünlüyü ondan ibarətdir ki, buxarlanma nəticəsində suyun itməsi 
təhlükəsi aradan qalxır, hətta uzunsürən quraqlıqda su axını burada 
tamamilə  kəsilmir,  əhəng qatı altında yığılan suyun təbii çıxış 
yerlərində vahələr əmələ gəlir. 
Cənub-qərb mussonları Dofarın dağlıq hissələrinə  də rütubət 
gətirir. Yağıntılar dağların yuxarı hissələrindəki subalp və alp 
çəmənlərinə  həyat verir və  dərələrdə subtropik bitkilərin inkişafına 
səbəb olur ki, bu da Ərəbistanın təbii landşaftı üçün tamamilə qeyri-
adi haldır. Sahildəki düzənliklərin bəzi yerlərində xurma bitir. 
Omanda daimi axarı olan çaylar yoxdur. Yağış halında düşən 
atmosfer çöküntülərinin bir qismi torpağın altına keçərək vadilər 
vasitəsilə Oman körfəzinə  tərəf axır, bir qismi isə  səhralarda itib 
batır. Bu vadilərin suayırıcısı Həcər dağlarıdır. Bu dağlardan şimalda 
Əs-Səlil,  Əl-Ayn, cənubda isə  Xəlfə vadiləri uzanır. Ölkənin  ən 
böyük (uzunluğu 200 km) vadisi Xəlfədir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin