185
avqustunda isə paytaxtı Məsqət şəhəri olan dövlət Oman Sultanlığı
adını qəbul edir. Omanın tərkibinə islahatçı sultan kimi daxil olmuş
Kabus ben Səid Səidilər səlaləsindən 14-cü sultandır.
Sultan Kabusa atasından əslində çox kasıb, siyasi və etnik
cəhətdən çox qeyri-sabit bir ölkə miras qalmışdır.
O vaxtlar ölkə
iqtisadiyyatının əsasını təşkil edən neftçıxarma xarici şirkətlərin
əlində idi. Nəzərə alsaq ki, ölkədə mütəxəssis yox idi, əslində onların
hazırlığı üçün imkanlar da yox idi onda problemin ağırlığı, vəziyyətin
gərginliyi aydın olar. Geriliyin bir səbəbi də dövlət sərhədlərinin
demarkasiya olunmamasında idi. Bundan
başqa ölkənin müxtəlif
bölgələri arasında hərc-mərclik hökm sürürdü. Nisbətən inkişaf etmiş
sahil bölgələri ilə geri qalmış mərkəz bölgələri arasında əlaqələr,
demək olar ki, mövcud deyildi.
Hakimiyyətə başladığı ilk gündən sultan Kabus özünün daxili
siyasətinin əsas istiqamətlərini bir sözlə – «modernləşdirmə» sözü ilə
təyin etdi. Bununla yanaşı öz təbəələrinin mömünlüyünü nəzərə
alaraq sultan belə bir şüar da irəli sürdü: «Bizim qanunumuz da,
konstitusiyamız da Qurani Kərimdir». Bundan sonra o ölkədə
modernləşdirmə işlərinə başladı.
Yol tikintisi işlərini alman, tibb
işlərini isveç, arxeologiya işlərini italyan, memarlıq işlərini kiprli,
parksalma işlərini filippin mütəxəssislərinə tapşırdı. 1970-ci ildə
Oman radiosu, beş ildən sonra isə televiziyası ilk verilişlərinə
başladı. 1973-cü ildə ölkənin ilk beynəlxalq təyyarə meydanı, bir
ildən sonra isə dəniz portu fəaliyyət göstərməyə başladı.
Modernləşdirmə proqramının əsas istiqamətlərindən biri də
təhsil sahəsində baş verdi. 1972-ci ildə oğlanlar və qızlar üçün on-
larca pulsuz məktəblər açılır. 1986-cı ildə isə Sultan Kabus adına
ölkənin ilk universiteti fəaliyyətə başlayır. Ötən əsrin 70-ci
illərinin
ortalarından sultanın fərmanı ilə Milli inkişaf şurası yaradılır və
1976-80-ci illəri əhatə edən ilk beşillik plan qəbul edilir. Sonradan
iqtisadi və sosial inkişafın digər beşillik planları da qəbul edilir.
Dostları ilə paylaş: