Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Nəqliyyatı  və xarici siyasəti



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə143/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   139   140   141   142   143   144   145   146   ...   229
Nəqliyyatı  və xarici siyasəti.  Omanda nəqliyyat sistemi zəif 
inkişaf etmişdir. Ölkədə  dəmir yol xətti yoxdur. Daxili bölgələr ilə 
əlaqələrdə avtomobil yolları ilə  bərabər karvan yolları da öz əhə-
miyyətini saxlamışdır. Son illərdə xarici mütəxəssislərin köməyilə 
Oman körfəzi sahilboyu Məsqət-Əs Suhar istiqamətində 790 km 
uzunluğunda müasir tələbatlara cavab verən  şosse yolu çəkilmiş
Məsqət yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı, Mina 
Kabusda isə iri dəniz portu salınmışdır. Soxar şəhərində  ən müasir 
gəmilərə xidmət edən dərinsulu port salınır. 
Xarici ticarət. Oman iqtisadiyyatı üçün xarici tacarətin  əhə-
miyyəti ölçüyəgəlməzdir. Ölkədən neft, neft məhsulları, balıq, mey-
və, tərəvəz və s. ixrac edilir. Çox işlənən mallar, maşın və avadanlıq, 
nəqliyyat vasitələri, çatışmayan  ərzaq və s. idxal olunur. Əsas 
etibarilə Böyük Britaniya, Yaponiya, Hollandiya, ABŞ, Cənubi 
Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı ilə 
ticarət edir. Milli pul vahidi Oman rialıdır. Bir rial təqribən 3 ABŞ 
dollarına bərabər tutulur. 
 Oman xarici iqtisadi əlaqələrində  İran körfəzi ölkələrinin 
əməkdaşlıq  Şurasına daxil olan ölkələrlə qarşılıqlı  sərfəli  əlaqələrin 
möhkəmləndirilməsinə üstünlük verir. Omanın telekommunikasiya 
sistemi İran körfəzi zonasında qabaqcıl sayılır. Omana hər il 400-500 
min nəfər əcnəbi turist gəlir. 
 


 
193 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin