Kənd təsərrüfatının aparıcı sahələri. Oman tarixən maldarlıq
və əkinçilik ölkəsi kimi tanınırdı. İndinin özündə də vahə əkinçiliyi
və köçəri maldarlıq öz əhəmiyyətini saxlaya bilmişdir. Omanın lap
qədimdən şöhrət tapdığı arıçılıq heyvandarlıqda xüsusi yer tutur.
Ərazinin cəmi 7 faizi əkinçiliyə yararlıdır. Əl-Bəttin vadisi və sahil
düzənliyi ölkənin mühüm əkinçilik rayonlarıdır. Omanda suvarma
məqsədilə yaradılmış yeraltı kanallardan – fələclərdən istifadə geniş
yayılmışdır. Əkin sahələrinin 95 faizi suvarılır.
Əkinçilikdə xurma becərilməsi üstünlük təşkil edir. Ən böyük
xurma plantasiyaları Əl-Bətindədir. Hər il orta hesabla 150-160 min
ton xurma toplanır. Xurma plantasiyalarında xurma ilə yanaşı
subtropik və tropik meyvələr – limon, manqo, banan, nar, üzüm və s.
yetişdirilir. Limon yetişdirilməsi xüsusilə əhəmiyyətlidir. Yığılan
limonun xeyli hissəsi ixrac olunur. Dənli bitkilərdən suya və münbit
torpağa çox tələbkar olmayan durra əkinləri üstunlük təşkil edir.
Buğda və arpa suvarılan torpaqlarda, tütün və şəkər qamışı isə
ölkənin cənubunda yetişdirilir. Omanda tərəvəz və bostan bitkiləri də
192
becərilir.
Heyvandarlıq ənənəvi sahə olsa da ekstensiv xarakter daşı-
dığından lazımi səviyyədə inkişaf edə bilməmişdir. Ölkənin fiziki-
coğrafi şəraiti davar və dəvə saxlamaq üçün əlverişlidir. Balıq və
mirvari ovu omanlıların ənənəvi vərdişlərindən sayılır. Sahil su-
larında ilboyu balıq ovlanır (bir ildə 100 min ton). Ovlanan balığın 80
faizi ixrac edilir. Ən böyük balıq vətəgələri Barka yaxınlığındadır.
Sahildə balığın emalı üzrə müəssisələr tikilmişdir. Omanlılar Ərəbis-
tan dənizi sahillərində dəniz bağaları da ovlayırlar. Bağanın əti
yeyilir, qunu isə satılır. İllik balıq ovu 120 min ton həddindədir.