1. Coğrafi mövqeyi və təbiəti Coğrafi mövqeyi. Yaxın Şərq ölkələrindən biri olan Suriya
Asiya qitəsinin qərbində yerləşir. Beş ölkə – Türkiyə, İraq, Ürdün,
Livan və İsraillə həmsərhəddir. Şimal-şərqdə 183 km məsafədə
Aralıq dənizinə çıxışı var. Sahəsi 185,2 min kv. km-dir. 1967-ci ildə
baş vermiş İsrail-Ərəb müharibəsi nəticəsində Suriya torpaqlarının
Colan təpəlikləri adlanan kiçik bir hissəsi (təqribən 1,0 min kv. km)
İsrail tərəfindən zəbt olunub. Sahəsinə görə dünya ölkələri içərisində
86-cı yeri tutur.
Ölkənin coğrafi və hərbi-strateji mövqeyi çox əlverişlidir.
Qərbi Asiyanı Afrika və Aralıq dənizi ölkələri ilə birləşdirən mühüm
hava, avtomobil yollarının bəziləri Suriya ərazisindən keçir. Digər
tərəfdən Aralıq dənizinə birbaşa çıxışı olmayan İraq və Ürdün Suriya
torpaqlarından keçməklə Avropa və Şimali Afrika ölkələri ilə əlaqə
saxlayır.