191
Təbii qazdan kibrə istehsalına başlanmışdır. 2000-ci ildən
istehsal gücü 6,2 mln ton olan maye qaz zavodu fəaliyyət göstərir.
Dünya bazarında neftin qiymətinin dəyişməsindən asılı olaraq ölkə
neftdən bir ildə 8-10 mlrd. ABŞ dolları həcmində gəlir əldə edir. Neft
və təbii qazdan başqa Omanda mis, xromit daş kömür, qızıl,
qurğuşun və s. çıxarılır. Çıxarılan mis filizi Səudiyyə Ərəbistanı
kapitalının köməyilə tikilmiş mis əritmə zavodunda emal olunur.
Emaledici sənaye inkişaf etdirilir.
Bu sahənin müəssisələrində
sement, plastik kütlə məmulatları, soyuducu, un istehsal edilir, meyvə
konservləri, Şərq şirniyyatı hazırlanır, xurma qablaşdırılır, balıq
qurudulur. İqtisadiyyatın daha sürətli inkişafına
maneçilik törədən
amil energetika bazasının zəifliyidir. Ölkədə mazut və qazla işləyən
bir neçə istilik elektrik stansiyası fəaliyyət göstərir.
Region ölkələrinin hamısında olduğu kimi Omanda da kustar
sənətkarlıq bizim günlərədək öz əhəmiyyətini itirməmişdir. Kustar
müəssisələrdə yeyinti məhsulları (xurma, qəhvə, Şərq şirniyyatı və s.)
istehsal olunur, gümüş, qızıl və misdən müxtəlif zinət məmulatları
hazırlanır, omanlıların çox sevdikləri soyuq silah (xəncər, bıcaq),
həmçinin dəri,
müxtəlif parçalar, xalça-palaz istehsal edilir. Dəniz
sahillərində yaşayan sənətkarlar qayıq hazırlamaq üzrə
ixtisaslaşmışlar.
Dostları ilə paylaş: