Microsoft Word Yaxin ve orta serq olkeleri doc


partiyaların və həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edilmişdir



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə137/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   133   134   135   136   137   138   139   140   ...   229

partiyaların və həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edilmişdir. 
Oman sultanlığı BMT, Ərəb Dövlətləri Liqası, İslam Konfransı 
Təşkilatlarının üzvüdür. Ölkənin milli bayramı – 18 noyabr günüdür. 
1971-ci ildən ölkə bu günü – Milli gün bayramı kimi geniş qeyd edir. 
Oman dünya birliyində öz layiqli yerini tutmaq üzrədir. 1970-
ci ilə  qədər Omanın beynəlxalq sahədəki bütün maraqlarını Böyük 
Britaniya təmsil edirdi. 1971-ci ildən Oman qısa müddətdə xarici, ilk 
növbədə ərəb, sonra İslam, daha sonra dünyanın başqa dövlətləri ilə 
münasibətlərini nizama salır. Hazırda ölkədə 70-ə  qədər xarici 
ölkənin səfirlikləri fəaliyyət göstərir. Sultanlıq da dünyanın 50-yə 
yaxın ölkəsində öz səfirliyini açmışdır. Ümumiyyətlə, Oman 
sultanlığı  Qərb təmayüllü istiqamət götürmüş ölkələrdən biridir. 
Böyük Britaniya və ABŞ ilə münasibətləri çox yaxındır. Dövlət 
idarəçiliyində Böyük Britaniya müşavirlərinin rolu hələ  də öz 
əhəmiyyətini saxlayır. ABŞ-in hərbi hava qüvvələrinə isə istənilən 
vaxt Omanın bəzi təyyarə meydanlarından istifadə etmək imkanı 
verilib. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin