Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Azərbaycan Respublikası ilə münasibətləri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə138/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   134   135   136   137   138   139   140   141   ...   229
Azərbaycan Respublikası ilə münasibətləri. Oman sultanlığı 
Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən 
biridir (30.XII.1991). İki ölkə arasında diplomatik əlaqələr 1992-ci 
ilin 13 iyulunda yaranmışdır. 
Oman sultanlığı beynəlxalq təşkilatlar (BMT, İKT və s.) 
çərçivəsində Ermənistan Respublikasının Azərbaycana qarşı  hərbi 
təcavüzü ilə bağlı  qətnamələrinin qəbul edilməsində Azərbaycanın 
mövqeyini daim müdafiə etmişdir.  İki ölkənin xarici işlər nazirləri 
arasında diplomatik yazışmalar həyata keçirilir. Azərbaycan 
Respublikasının Səudiyyə  Ərəbistanı  məlikliyindəki səfiri həm də 
Oman sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 
2003-cü ildə «Azərbaycan Hava Yolları» Dövlət Konserninin 
nümayəndə heyəti Omanda olmuş  və Oman sultanlığı hökuməti 
arasında hava əlaqələri yaratmaq barədə saziş imzalamışlar. 
2004-cü ilin martında Oman Mərkəzi Bankının nümayəndə 
heyəti Azərbaycana səfər etmiş, təcrübə mübadiləsi aparılmış  və 
əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Azərbaycan Respub-


 
187 
likasının xarici işlər naziri 2005-ci ilin aprel ayında Omana etdiyi 
rəsmi səfər çərçivəsində sultanlığın baş nazirinin müavini, xarici işlər 
naziri və başqa nazir və  rəsmi  şəxslərlə görüşmüşdür. Səfər zamanı 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Oman sultanlığı 
Xarici  İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Anlaşma 
Memorandumu imzalanmışdır. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin