Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə140/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   136   137   138   139   140   141   142   143   ...   229
 
4. İqtisadiyyatı 
 
Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqti-
sadiyyatı o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cı 
illərinin  əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss 
olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır. 
Lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft 
satışından  əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi me-
xanizminin yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına 
yönəldilir.  
Sənaye sahələrinin yaradılması sahəsində  əvvəlcə sement, 
ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli 
müəssisələrin tikintisinə «yaşıl işıq» yandırıldı. Yeni yaradılan 
müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi. 
Məsələn, ölkə  rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin 
biznes sahəsində  fəaliyyətinə icazə vermir. Dövlət milli 
mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu 
proses «omanlaşdırma» adlanır. 
İran körfəzinin neft çıxaran digər  ərəb ölkələrindən (Küveyt, 
Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı) fərqli olaraq 
Oman rəhbərliyi öz vətəndaşları üçün «parnik şəraiti» yaratmır, yəni 
ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman 
rəhbərliyi yaxşı başa düşür ki, 40-50 ildən sonra ölkədə neft 
ehtiyatları tükənəcək. Ona görə də bu sahədən əldə edilən vəsait ilk 
növbədə ölkənin iqtisadi inkişafına təkan verə biləcək obyektlərin 
tikintisinə qoyulur. 
2004-cü ildə ölkənin ümumdaxili məhsulunun dəyəri 22 mlrd. 
 
190
dollar olmuşdur.  Əhalinin hər nəfərinə  təqribən 8000 dollar düşür. 
Ötən  əsrin 70-ci illərinin ortalarından neft sektoru iqtisadiyyatın 
dayağı  və  əsas gəlir mənbəyinə çevrilmişdir. Ölkə iqtisadiyyatı 
beşillik planlar üzrə inkişaf edir. Hazırda 2006-2010 illəri əhatə edən 
yeddinci beşillik həyata keçirilir. Çoxsahəli iqtisadiyyatın inkişafı, 
əcnəbi işçi qüvvəsini yerli sakinlərlə əvəzləmək üçün milli kadrların 
ixtisaslarının artırılması əsas vəzifələrdir. Ölkə iqtisadiyyatına xarici 
investisiyaların cəlb edilməsi cox əhəmiyyətli sayılır.  İqtisadiyyatın 
sahələr üzrə strukturuna nəzər saldıqda ümumdaxili məhsulun 3 faizi 
kənd təsərrüfatından, 40 faizi sənayedən, 57 faizi xidmət 
sahələrindən  əldə olunur. İqtisadiyyatın orta illik artım tempi 4 
faizdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin