181
dağları strukturuna və geoloji quruluşuna görə İrandakı Məklqi
dağlarına bənzəyir. Həcər dağlarının şimali-şərqində eni 45-50 km-ə
çatan Əl-Bəttin adlanan sahil ovalığı yerləşir. Həcər dağlarından
qərbə hündürlük tədricən enir və xarici görünüşcə gölə bənzər çınqıllı
düzənliyə, daha sonra isə Rəb-əl-Xali səhrasına
keçir
Rüb-əl-Xali səhrasının Omana aid olan hissəsinin uzunluğu
1100, eni 550-600 km-dir. Səhradan
cənub-qərbdə Dofar təbii-
coğrafi vilayəti yerləşir. Dofar vilayəti dəniz səviyyəsindən 1000-
1300 m hündürlükdədir.
Neft və təbii qaz istisna olmaqla ölkənin təbii sərvətləri zəif
öyrənilmişdir.
Ölkədə manqan, xromit, mis, dəmir filizləri ehtiyatları
haqqında məlumatlar vardır. Ölkənin müxtəlif bölgələrində duz, Sur
şəhəri yaxınlığında daş kömür yataqları aşkar edilmişdir.
Dostları ilə paylaş: