Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Misirdə
nəqliyyatın bütün növləri vardır. Daxili yükdaşımanın 85 faizi
avtomobil nəqliyyatının payına düşür. Şosse yollarının ümumi uzunluğu
48 min km-dir. Qahirə-İsgəndəriyyə, İsgəndəriyyə-Mərsə-Mətruh-Əs-
Səlmum, Qahirə-Süveyş, Süveyş-Port-Səid, Qahirə-Qürdəqa, Qahirə-
Əsyut mühüm avtomobil magistrallarıdır. Dəmir yollarının uzunluğu
– 7,7 min km-dir. Qahirə-Asuan, Qahirə-İsgəndəriyyə, Qahirə-
Süveyş, Port-Səid-İsmailliyyə mühüm dəmir yollarıdır. Misir
iqtisadiyyatında çay nəqliyyatının da rolu böyükdür. Nil çayı
deltasındakı kanalların əksəriyyəti gəmiçilik üçün yararlıdır. Daxili
su yollarının uzunluğu 3,4 min km-dən artıqdır. Misirin ərazisindən
beynəlxalq dəniz və hava yolları keçir. Süveyş kanalının əhəmiyyəti
xüsusilə böyükdür. Yük dövriyyəsinə görə o, dünyanın iri gəmiçilik
kanallarındandır. Hər il kanaldan orta hesabla 350 mln. ton yük
daşınır (dünya dəniz yüklərinin 14 faizi). Misir hökuməti kanaldan
hər il orta hesabla 2 mlrd. dollar gəlir götürür.
Ölkənin xarici ticarəti dəniz nəqliyyatı ilə həyata keçirilir.
Mühüm limanları İsgəndəriyyə, Süveyş, Port-Səid, Ras-Qərib, Ras-
Şükeyr və Səfaqadır. Port-Səidin yaxınlığındakı Şərq limanında iri
gəmilərin yan almasını təmin etmək üçün dərinsulu kanal inşa
edilmişdir. Həm də həmin ərazi azad ticarət zonası elan olunmuşdur.
Misirin özünün milli dəniz donanması vardır. Süveyş körfəzi
rayonundan İsgəndəriyyə şəhərinə neft kəməri çəkilmişdir.
Misir ərazisindən 30-dan artıq beynəlxalq hava xətti keçir.
Ölkənin bütün şəhərlərinin yaxınlığında beynəlxalq dərəcəli təyyarə
meydanları var. Qahirədə yerləşən təyyarə limanı ən iri beynəlxalq
178
hava yolları qovşağıdır.
Turizm ölkə iqtisadiyyatının gəlirli sahələrindəndir. Misirin
turist cəlb edən təkrarolunmaz təbii şəraiti, diqqətəlayiq tarixi-mədəni
abidələri vardır. Ölkədə turizmin müxtəlif növləri (ekskursiya, ku-
rort-məzuniyyət və s.) inkişaf etdirilir. 1970-ci ildən 1990-ci ilədək
ölkəyə gələn turistlərin sayı 2 dəfə artaraq ildə 2 mln. nəfərə çatmış-
dır. 2005-ci ildə isə ölkəyə təqribən 8,2 mln. əcnəbi turist gəlmişdir.
Misirə turist axını Qərbi Avropa ölkələri (40 faiz), ərəb ölkələri (38
faiz), ABŞ (14 faiz) və digər bölgələrdəndir (8 faizdir). Ölkəyə gələn
turistlləri ilk növbədə Qahirə, Luksor və Asuandakı mühüm tarixi
abidələr və muzeylər maraqlandırır. Turizmdən gəlir 7,0 mlrd.
dollardan artıqdır.