Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Sənayenin aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə126/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   122   123   124   125   126   127   128   129   ...   229
Sənayenin aparıcı sahələri. Misirin sənaye sahələri içərisində 
hasilat sənayesinin xüsusi mövqeyi var. Ölkə  təbii ehtiyatların 
müxtəlifliyi ilə  fərqlənir. Ölkədə daş kömür, volfram, qızıl, mis, 
dəmir və manqan filizləri, fosforlar, müxtəlif inşaat materialları, neft, 
təbii qaz yataqları var. 
Neft yataqları Süveyş kanalının hər iki sahili boyunda yerləşir. 
Afrikada sənaye üsulu ilə ilk dəfə neft çıxarılmasına (1896-cı il) və 
emalına (1913-cü il) Misirdə başlanılmışdır. Ölkədə neft ehtiyatı o 
qədər çox deyil (500 mln ton). İllik hasilat isə 40 milyon tondan 
çoxdur. Misirdə neft ehtiyatı işləri ilə onlarca şirkət məşğul olur. Ən 
böyükləri Misir-Amerika qarışıq  şirkəti (Qalf oil Petroleum 
Company) Süveyş körfəzindəki Morqan yatağında, Petrobel şirkəti 
Belayim yatağında neft çıxarır. Təbii qaz çıxarılmasına ötən əsrin 70-
ci illərindən başlanılmışdır, təbii qaz ehtiyatları 55 mln. m
3
 
həddindədir. Ölkədə  həm neftin, həm də  təbii qazın ehtiyatları az 
olduğundan tükənmək üzrədir. Ona görə ölkəyə xammal və yanacaq 
idxalı tədricən artır. 
Dəmir filizi ehtiyatı isə müstəsnalıq təşkil edir, çünki Asuan 
şəhərinin cənub-şərqində yeni yataqlar aşkar edilmişdir. Dəmir 
filizinin ehtiyatı 400 mln. ton həddindədir. Sina yarımadasında kəşf 
olunmuş Mağara daş kömür yatağının ehtiyatı 30 mln. tona yaxındır. 
Kömürün çıxarılmasına Böyük Britaniya şirkətləri nəzarət edir. 
Xörək duzu Sina yarımadasının  şimalında yerləşmiş göllərdən 
çıxarılır. 
Energetika sənayesi yüksək Asuan hidroenerji kompleksi 
istifadəyə verildikdən sonra inkişaf etməyə başlamışdır. Hidrotexniki 
kompleksdə olan su elektrik stansiyası ildə 10 mlrd. kvt/saatdan artıq 
elektrik enerjisi istehsal edir. Ölkədə mövcud olan su və istilik 
elektrik stansiyalarında 65,0 mlrd. kvt/saat (2004) elektrik enerjisi 
istehsal olunur. İstilik elektrik stansiyaları Asuan, İsgəndəriyyə, 
Qahirə, Port-Səid rayonlarındadır. Enerjiyə artan tələbatı  nəzərə 
alaraq Günəş enerjisindən səmərəli istifadə olunması nəzərdə tutulur. 
Ölkədə Günəş enerjisi ilə  işləyən suqızdırıcı qurğular az da olsa 
mövcuddur. 
Emaledici sənaye 300-dən artıq iri müəssisələrdə 
cəmlənmişdir. Ölkədə toxuculuq, tikiş, metallurgiya, metalemalı, 


 
175 
maşınqayırma sənaye sahələri inkişaf etdirilir. 
Metallurgiya müəssisələrində polad, çuqun, alüminium istehsal 
olunur. Ölkənin mühüm qara metallurgiya kombinatı Heluanda, 
əlvan metallurgiya müəssisələri isə Hər-həmmadi və İsmailliyədədir. 
Misirdə ildə 2,5 mln. ton polad, 170 min ton alüminium, 7,0 mln. ton 
azot gübrələri, 1,6 mln. ton superfosfat, 22 mln. ton sement istehsal 
olunur. 
Neft emalı sənayesi inkişaf etdirilir. Dövlət və xüsusi şirkətlərə 
məxsus neftayırma müəssisələri  İsgəndəriyyə, Süveyş, Qahirə  və 
Tantadadır. Neft emalı müəssisələri 1 ildə 45 mln. ton neft emal edə 
bilirlər. Kimya sənayesi azot və fosfor gübrələri, boyaq maddələri və 
digər kimyəvi məhsullar istehsalı üzrə ixtisaslaşmışdır.  Əsas 
mərkəzləri Asuan, Süveyş, Heluan və digər şəhərlərdir. Tikinti mate-
rialları sənayesi zəif inkişaf etmişdir. Sement istehsalı tələbatın cəmi 
50 faizini ödəyir. 
Maşınqayırma minik və yük avtomobillərinin, müxtəlif elek-
tromexaniki məmulatların (məişət təyinatlılar üstünlük təşkil edir) 
yığılması ilə  məşğuldur. Maşınqayırmanın mühüm mərkəzləri 
Qahirə,  İsgəndəriyyə, Heluan, Port-Səiddir.  İsgəndəriyyədə  gəmi 
təmiri müəssisələri fəaliyyət göstərir. 
Ən müasir avadanlıqlar ilə yaxşı  təchiz olunmuş sahə 
parfumeriya-kosmetika istehsalı sayılır. Bu sahə üçün zəruri nadir 
xammal xüsusi ilə müxtəlif efir yağları mövcuddur. İstehsal olunan 
salon mebeli öz keyfiyyəti ilə məşhurlaşmışdır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin