Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə127/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   123   124   125   126   127   128   129   130   ...   229
Kənd təsərrüfatının aparıcı sahələri.  Vaxtilə ölkə 
iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatı 
əvvəlki mövqeyini bir qədər itirmişdir. Misirdə «torpaq qıtlığı» və 
ərzaq çatışmamazlığı hələ XX yüzilliyin əvvəllərində ölkə əhalisinin 
80 faizinin kənd rayonlarında yaşadığı vaxtda kəskin problemlərdən 
idi. Həmin dövrdə  əhalinin cəmi 1 faizini təşkil edən «torpaq aris-
tokratları» becərilən torpaqların 40 faizini mənimsəmişdi.  İngiltərə 
müstəmləkəçilərinin nəzarətində becərilən  əmtəəlik pambıq  əsas 
kənd təsərrüfatı bitkisi sayılırdı. 1952-ci ildən ölkədə aqrar islahatlar 
keçirilir.  İslahatlar nəticəsində monokultur təsərrüfat forması elmi 
cəhətdən əsaslandırılmış növbəli əkinlərlə (məsələn, yonca, qarğıdalı, 
pambıq, buğda, çəltik) əvəz olunur. Becərilən torpaqların bir hissəsi 
kəndlilərə paylanılır.  
1952-ci il inqilabından sonra bir neçə mərhələdə aparılan aqrar 
 
176
islahatlar 70-ci illərə  qədər Misir kəndlərində mühüm sosial 
dəyişikliklərə səbəb olsa da, sonrakı illərdə iri torpaq sahibkarlarının 
mənafeyi yenidən qorunmağa başlanılır. Becərilən torpaqların 95,3 
faizini və eləcə  də mühüm kənd təsərrüfatı texnikası sahibkarların 
əlində  cəmlənmişdir. Torpaqsız kəndli-fəllahlar muzdla işləyir, bəzi 
kəndlilər torpağı icarə götürərək icarə haqqını məhsul ilə ödəyir. Xam 
torpaqların mənimsənilməsi və meliorasiyası, gübrə, toxum əldə 
edilməsi, kreditlər verilməsində dövlət bölməsinin rolu böyükdür. Nil 
vadisi və deltası rayonunda mövcud olan məhsuldar torpaqlar və bol 
su hələ  qədim zamanlardan burada məskunlaşan  əhalini  əkinçiliklə 
məşğul olmağa sövq etmişdir. 
Bu məqsədlə Nil çayı üzərində su qurğuları yaradılır və 
suvarma kanalları  çəkilir. Misirin getdikcə artmaqda olan əhalisini 
kənd təsərrüfatı məhsulları ilə təmin etmək, dünya bazarına uzunlifli 
pambıq ixracını yüksəltmək məqsədilə suvarma əkinçiliyinin 
genişləndirilməsi Nildən daha səmərəli istifadə olunmasını tələb edir. 
Nilin axınını  tənzimləmək üçün suvarma sistemi yaradılır
*
. Hazırda 
əkin üçün yararlı ümumi sahə ölkə  ərazisinin 1 faizdən bir qədər 
çoxunu təşkil edir. Kənd təsərrüfat məhsuldarlığının artım tempi 
əhalinin artım sürəti ilə üst-üstə düşür.  Ərzaq problemi əhəmiyyətli 
dərəcədə idxal hesabına həll edilir (hər il 3 mlrd. dollarlıq həcmdə). 
Kənd təsərrüfatında başlıca sahə suvarılan  əkinçilikdir. Suvarma 
əkinçiliyi kənd təsərrüfatı  məhsulunun 70 faizdən çoxunu verir. 
Heyvandarlığın 22 faiz, balıqçılığın payı isə  təqribən 7 faiz təşkil 
edir. 
Ölkədə yetişdirilən  əsas kənd təsərrüfatı bitkiləri bunlardır: 
pambıq (hər il orta hesabla 400 min ton), buğda (təqribən 6 mln. ton), 
qarğıdalı (təqribən 6 mln. ton), çəltik (5 mln. ton), müxtəlif tərəvəzlər 
(təqribən 17,5 mln. ton). Bunlarla yanaşı  şəkər çuğunduru, paxla, 
sitrus bitkiləri, üzüm, alma yetişdirilir. Hər il 2-3 dəfə məhsul yığılır. 
Pambıq istehsalının həcminə görə Misir dünyada qabaqcıl yerlərdən 
birini tutur. Misir pambığı yüksəkkeyfiyyətli – uzunliflidir. 
                                      
*
 1898-1902-ci illərdə Asuan şəhəri yaxınlığında bənd tikilir. Bəndin 
uzunluğu təqribən 2 km, eni 8 m, hündürlüyü 54 m-dir. Su anbarının tutumu 
5,5 mlrd. kub metrdən çoxdur. 1960-1971-ci illərdən köhnə Asuan 
bəndindən 6 km cənubda uzunluğu 4 km, hündürlüyü 110 m, su anbarının 
tutumu 160 mlrd. kub metr olan bənd tikilmişdir. 


 
177 
Təbii otlaqlar məhdud olduğundan heyvandarlıq lazımi 
səviyyədə inkişaf edə bilməmişdir. Oturaq əhali iribuynuzlu qaramal
ev quşları saxlamağa üstünlük verir. Əkinçilik rayonlarında 
heyvandarlıq südlük istiqamətindədir. Köçərilər dəvə, qoyun, keçi 
bəsləməyə üstünlük verirlər. Mal-qara az məhsuldardır və daima yem 
çatışmazlığı ilə üzləşir. Ölkəyə böyük həcmdə  ət məhsulları idxal 
olunur. 
Balıqçılıq daxili tələbatı ödəmək məqsədi ilə inkişaf etdirilir. 
Balıq və digər dəniz məhsulları misirlilərin qidasında mühüm yer 
tutur.  İqlim  şəraiti və  əhalinin peşəkarlığı balıqçılığın inkişafı üçün 
əlverişlidir. Nil çayında, göllərdə, Aralıq və  Qırmızı  dənizin 
sularında müxtəlif balıq növləri ovlanır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin