163
Ölkənin şimalından cənubuna getdicə havanın temperaturu
artır, yağıntıların miqdarı azalır. Aralıq dənizi
bölgəsində orta illik
temperatur müsbət 20 dərəcə olduğu halda, Nilin orta axarında bu
rəqəm 22-yə, cənubunda isə 26 dərəcəyə bərabərdir. Paytaxtda yay
aylarında hava 30-35 dərəcə qızdığı halda, gecələr 0 dərəcəyədək
çatır.
Ümumiyyətlə, Misirdə sutkalıq temperatur amplitudu
yüksəkdir. Səhrada gündüz temperatur 50 dərəcəyədək yüksəlir, gecə
isə 0 dərəcəyə enir. İnsan səhhəti üçün əlverişli
olmayan belə iqlim
şəraiti səth örtüyünün dəyişməsinə də təsir göstərir. Belə ki,
temperaturun kəskin dəyişməsi ilə səhralarda olan qayalarda çatlar
əmələ gəlir. Küləklərin təsiri ilə qayalardan qopan qırıntılar ətraf
sahələrə yayılır. Güclü küləklər səhranı yumşaq qum örtüyündən
məhrum edir və çökəkliklərin yaranmasına səbəb olur.
Misirdə ilin ən
isti ayları avqust, sentyabrdır. Bu aylarda əraziyə, demək olar ki,
yağış yağmır.
Misirdə iqlimin formalaşmasında daimi əsən
küləklərin də rolu
böyükdür. Yaz aylarında burada 50 gün sərasər xəmsin küləkləri əsir.
Bu küləklər başlamamışdan əvvəl üzücü istilər başlayır, sonra isə
güclü külək qum fırtınaları yaradır və toz buludu əmələ gəlir. Gündüz
çox vaxt hava qaralır, yollarda gediş-gəliş çətinləşir,
mütləq rütubət
aşağı düşdüyündən nəfəs almaq belə ağırlaşır. Əkin sahələri qum və
tozla örtülür, ağacların yarpaqları büzüşür və quruyur. Bəzi bitkilər
isə tamamilə məhv olur.
Misirdə yağışlar əsasən dekabr və yanvar aylarında düşür. Ən
çox yağıntı Nil deltasının qərb tərəfinə düşür.
Ölkəyə orta hesabla bir
ildə 180 mm yağıntı düşür. Məsələn, Qahirə şəhərinə il ərzində 30-35
mm, cənubda yerləşmiş Asuan şəhərinə isə cəmi 3-5 mm yağış düşür.
Ölkənin daxili rayonlarında isə yağmursuz keçən illər tez-tez
müşahidə edilir.
Yağışlar əsasən leysan şəklində düşdüyündən Nil deltasında
bərk örtüyü olmayan yolların müvvəqqəti sıradan çıxmasına səbəb
olur. Dağlıq ərazilərdə, xüsusilə Sina yarımadasdındakı dağlara qar
yağsa da qar örtüyü çox davamsız olur.
Dostları ilə paylaş: