Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə112/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   108   109   110   111   112   113   114   115   ...   229
Kənd təsərrüfatının aparıcı sahələri. Livanda işləmək qa-
biliyyəti olanların təqribən 7 faizi iri torpaq sahibkarlığı üstünlük 
təşkil edən kənd təsərrüfatı sahələrində çalışır. Ölkədə  təqribən 400 
min ha sahə becərilir. Bunun dörddə biri suvarılır. Sitrus meyvələri, 
alma, zeytun və  tərəvəz yetişdirilməsi nisbətən yaxşı inkişaf 
etdirilmişdir. Üzümçülük və tütünçülüyün də rolu az deyil. Hər il orta 
hesabla 330-360 min ton sitrus meyvələri (əsasən portağal və limon), 
200 min ton alma, 40 min ton zeytun yığılır. 
Əldə olunan məhsulun xeyli hissəsi qonşu  Ərəb və Avropa 
ölkələrinə ixrac olunur. Dənli bitkilərdən arpa, buğda, texniki 
bitkilərdən  şəkər çuğunduru və tütün əkinləri üstünlük təşkil edir. 
Heyvandarlıq kənd təsərrüfatının geri qalmış sahəsidir. Quşçuluq və 
balıqçılıq nisbətən inkişaf etmişdir. 
Yerli əhalinin qida rasionunun əsasını buğda, paxlalı bitkilər və 
tərəvəz təşkil edir. Ərzaqla özünü təminat təqribən 30 faiz 
həddindədir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin