Azərbaycan Respublikası ilə münasibətləri. Azərbaycan Res-
publikası ilə Yəmən Respublikası arasında diplomatik münasibətlər
1992-ci ilin fevralın 25-də yaradılmışdır. İkitərəfli əlaqələr, əsasən dip-
lomatik yazışmalar səviyyəsində olsa da, beynəlxalq təşkilatlarda iki
ölkə arasında məhsuldar əməkdaşlıq həyata keçirilir.
Yəmən Respublikası Birləşmiş Millətlər Təşkilatı və İslam kon-
266
fransı Təşkilatı çərçivəsində Ermənistan Respublikasının Azərbaycana
qarşı təcavüzü ilə bağlı qərarların qəbul edilməsində Azərbaycanı
birmənalı olaraq dəstəkləyir. Yuxarıda adı çəkilən təşkilatların həyata
keçirdiyi bir sıra siyasi tədbirlərdə iki ölkənin nümayəndələri arasında
müxtəlif səviyyələrdə görüşlər keçirilmişdir.