Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi, idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə212/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   208   209   210   211   212   213   214   215   ...   229
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi  
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Əfqanıstan zəngin tarixi keçmişə malik ölkələrdən biridir. 
Arxeoloji tədqiqatlar nəticəsində  aşkar edilmişdir ki, onun şimalı 
Daş, cənubi isə Tunc dövründən etibarən məskunlaşmışdır. 
Əfqanıstan ərazisində yaşayan xalqların tarixi qonşu İran, Orta Asiya, 
Pakistan xalqlarının tarixi ilə  sıx bağlıdır. Müxtəlif dövrlərdə, 
eramızdan  əvvəl VI minillikdən eramızın XVII əsrinə  qədər müasir 
Əfqanıstanın  ərazisi yerləşdiyi regionun və dünyanın daha güclü 
dövlətlərinin, məsələn,  Əhəmənilər, Makedoniyalı  İskəndər, Yunan, 
Bəlx, Kuşan, Sasani, Əmir Teymur, Böyük Moğol, Səfəvi, Nadir şah 
Əfşarın hakimiyyəti altında olmuşdur. 
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra, Əfqanıstanın 
şərq hissəsində Dürrani adlanan müstəqil dövlət yaranır. Bu dövləti 
özlərini puştu (əslində paşto) adlandıran  əfqanların Dürravni 
qəbiləsinin başçısı  Əhməd  şah yaradır. Onun qonşu dövlətlərlə 
apardığı müharibələr nəticəsində Dürranilər dövlətinin sərhədi xeyli 
genişlənir. Lakin bir tərəfdən iri feodalların didişməsi, digər tərəfdən 
Yaxın və Orta Şərqdə  hərbi-siyasi və iqtisadi mövqeyini 
möhkəmlətməyə çalışan  İngiltərə vahid Əfqanıstan dövlətinin 
yaradılmasına hər vasitə ilə mane olurdu. 
1838-ci ilin oktyabrında  Əfqanıstanı  zəbt etmək niyyətilə 
İngiltərə (ingilislər Hindistana qısa yol əldə etməyə can atırdılar) 
onunla müharibəyə başlayır və ölkənin bəzi  əyalətlərini zəbt edir. 
1842-ci ildə ölkənin hər yerində güclənmiş xalq hərəkatı London 
rəsmilərini məcbur edir ki, qoşunlarını Əfqanıstandan çıxarsın. 1878-
ci ildə İngiltərə ikinci dəfə Əfqanıstana qarşı işğalçılıq müharibəsinə 
başlayır.  Əfqanıstanda yaşayan xalqların inadlı müqaviməti 
İngiltərəni  Əfqanısçtanı müstəmləkəyə çevirmək arzusundan əl 
çəkməyə məcbur edir. 
 
274
1919-cu ilin əvvəllərində Hindistandan Əfqanıstan  ərazisinə 
qoşun çıxaran İngiltərə Türküstana hücum etmək istəyirdi. 1919-cu il 
fevralın 20-də ölkə əmiri Həbibulla xan öldürülür, fevralın 21-də isə 
onun oğlu  Əmənulla xan Əfqanıstanın  əmiri olur. Həmin ilin 28 
fevralında o, ölkənin müstəqilliyini elan edir. Lakin İngiltərə 
Əfqanıstanın müstəqilliyini tanımaqdan imtina edirdi. Üçüncü 
İngiltərə – Əfqanıstan müharibəsi 1919-cu il mayın 3-də başladı. 
Əvvəlki iki müharibədə olduğu kimi canlı qüvvə  və  hərbi texnika 
cəhətdən üstünlük ingilislər tərəfində idi. Lakin sərhəd rayonlarında 
yaşayan puştu tayfalarının ingilislərin  əleyhinə üsyanları, habelə 
Hindistanın özündə azadlıq hərəkatının genişlənməsi təcavüzkarın 
vəziyyətini çətinləşdirdi. 1919-cu il iyunun 3-də  İngiltərə – 
Əfqanıstan arasında müvəqqəti barışıq, avqustun 8-də isə Pakistanın 
Ravalpindi  şəhərində ilk sülh müqaviləsi imzalandı  və ölkə krallıq 
üsul-idarəsilə müstəqil dövlət kimi idarə olunmağa başlandı. 
1973-cü il iyulun 18-də  Məhəmməd Davudun rəhbərliyi 
altında baş vermiş çevriliş  Məhəmməd Zahirşah hakimiyyətini 
devirir, ölkənin adı dəyişdirilib Əfqanıstan Respublikası elan olunur. 
Yeni hökumət əsaslı dəyişikliklər həyata keçirəcəyini xalqa vəd etsə 
də,  əslində heç bir sosial, iqtisadi və ictimai-siyasi problemlər həll 
olunmur. 1978-ci il aprelin 27-də (hicri tarixilə 1357-ci ilin saur 
ayının 7-də) Əfqanıstan Xalq Demokratik Partiyasının və Əfqanıstan 
İnqilab  Şurasının rəhbərliyi altında ölkədə daha bir inqilab (bəzi 
mənbələrə görə çevriliş) baş verir. 
Üç gündən sonra ölkənin adı yenidən dəyişdirilir və Əfqanıstan 
Demokratik Respublikası adlanan dövlətin yaradılması elan olunur. 
Həmin ilin sonlarına yaxın sabiq sovet qoşunları  Əfqanıstana 
yeridilir. Bu, ölkənin daxili problemlərini daha da çətinləşdirir. Geniş 
kütlələr tərəfindən çox pis qarşılanan sovet ordusu daxili problemləri 
daha da kəskinləşdirdi.  Əfqanıstan ilə  əlaqədar qarşısına qoyduğu 
məqsədə nail olmayan sovet hökuməti 1989-cu ilin 15 fevralınadək 
qoşunlarını oradan çıxarır. 
1992-ci ildə Əfqanıstanda yeni çevriliş baş verir və hakimiyyət 
talibançılar (mədrəsələrdə oxuyan tələbələr) hərəkatının  əlinə keçir. 
Onlar dövlətin adını yenidən dəyişir və ölkə  Əfqanıstan  İslam 
Respublikası adlandırılır. Talibançılar ölkə konstitusiyasının 
fəaliyyətini dayandırır və  vətəndaş müharibəsinə başlayırlar. Ölkə 
paytaxtını ələ keçirdikdən sonra, onlar nəzarət etdikləri ərazilərdə öz 


 
275 
idarəçilik qurumlarını yaradırlar. 
2001-ci il noyabr ayının 17-də ölkədə baş vermiş antiterror 
çevriliş  nəticəsində talibançıların hakimiyyəti devrilir və dekabrın 
21-dən hakimiyyət yeni təşkil olunmuş keçid hökumətinin  əlinə 
keçir. 
2001-ci ilin payızında Nyu-Yorkda baş vermiş terror 
hadisələrindən sonra ABŞ hökuməti  Əfqanıstana sülh məqamlı 
qüvvələrini göndərir, dünyanın bir sıra dövlətləri, o cümlədən, 
Azərbaycan Respublikası sülhü təmin etmək məqsədilə  Əfqanıstana 
kiçik hərbi kontingentini göndərmişdi. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin