277
daxil olmaqla Əfqanıstan əhalisinin xeyli hissəsi kənd yerlərində,
təqribən 25 faizi isə şəhərlərdə yaşayır.
Əfqanıstanda 30-dan artıq millətin və xalqın nümayəndəsi
yaşayır. Antropoloji cəhətdən Əfqanıstanın əhalisi cənub
avropoidlərin hind-pamir qrupuna aid edilir. Ölkənin cənub və şimal-
şərq hissələrində İran, şimal-qərbində isə türk dilli xalqlar
məskunlaşmışlar. Şərqdə Pakistanla sərhəd boyunca hind-ari qrupuna
aid edilən xalqlar yaşayır.
Əfqanıstanda say etibarilə ən böyük xalq puştulardır. Onlar
Əfqanıstan-Pakistan sərhədi boyunca geniş ərazidə, əsasən Hindiquş
silsiləsinin cənubunda məskunlaşmışlar. Taciklər sayca Əfqanıstanın
ikinci xalqıdır. Hazırda ölkədə taciklər yaşayan üç sahə ayrılır: Herat
vadisi; Bədəxşan vilayəti; Pəncşer, Qorbənd və Salanq çaylarının
dərələri.
Sayca ölkənin üçüncü xalqı olan özbəklər Əfqanıstanda
Hindiquş silsiləsindən şimalda qədim zamanlarda yaşayırdılar.
Həzaralar əsasən Kabil – Herat-Həzəracat dağlıq rayonu arasında
olan ərazilərdə məskunlaşmışlar. Türkmənlər isə Türkmənistan
Respublikası ilə sərhədin yaxınlığında yaşayaraq köçəri və ya-
rımköçəri həyat sürürlər. Bu xalqlardan başqa Əfqanıstan ərazisində
əfşar, qızılbaş, qırğız, brahuilər və başqa xalqların nümayəndələri
yaşayır.
Əfqanıstanın dövlət dili puştu və dəri (bəzi mənbələrdə dari
yazılır) dilləridir. 1936-cı ilə qədər dövlət dili yalnız dəri dili (buna
farsi-kabuli də deyilir) olmuşdur. 1936-cı ildən puştu dili ikinci,
1964-cü ildən isə birinci dövlət dili statusu qazanmışdır. Əslində
ölkədə yaşayanlar 30-dan artıq dildə danışır. Əhalinin 90 faizi puştu
və ya dəri dilində, ya da iki dildə danışa bilir. Lüğət tərkibinə görə bu
dillər bir-birindən uzaq olsalar da, hər ikisi İran dilləri qrupuna aid
edilir.
Əfqanıstan əhalisinin, demək olar ki, hamısı müsəlmandır.
İslam dininin sünni məshəbi geniş yayılmışdır. Ölkənin ictimai və
siyasi həyatında İslam dininin rolu çox böyükdür.
Kabil ölkənin ən böyük şəhəridir. Qədim şəhər olan Kabil
mühüm nəqliyyat qovşağında yerləşir. Şəhərin əhalisi 3 mln. nəfərə
yaxındır. Puştulardan başqa şəhərdə taciklər, özbəklər, həzaralar və
digər xalqların nümayəndələri də yaşayır. 1504-cü ildən Böyük
Moğolların, 1773-1818-ci illərdə Dürrani dövlətinin paytaxtı
278
olmuşdur. İngiltərə-Əfqanıstan müharibələri zamanı şəhər ingilis
qoşunları tərəfindən işğal edilir. 1880-ci ildən Əfqanıstan dövlətinin
paytaxtıdır.
Kabil eyniadlı çayın sahilində,1800-1900 metr yüksəklikdə
yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur.
Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi
Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş
kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin
binası, parklar, iri yaşayış məhəllələri yerləşir. Kabil şəhəri cənub-
qərb istiqamətində böyüyür. Kabil ölkənin siyasi, mədəni mərkəzi
olmaqla yanaşı, həm də iqtisadi mərkəzidir. Şəhərdə avtomobil təmiri
zavodu, asfalt-beton zavodu, yeyinti və yüngül sənaye müəssisələri,
əczaçılıq fabrikləri və s. vardır. Ölkənin iqtisadi və mədəni həyatında
mühüm əhəmiyyəti olan digər şəhərlər Məzari-Şərif (rəvayətə görə
Həzrət Əlinin qəbrinin burada olması güman edilir. Məzari–Şərif
şərafətli qəbir deməkdir), Herat, Qəndahardır.
Dostları ilə paylaş: