Səth quruluşu və faydalı qazıntıları. Relyefinə görə Əfqanıs-
tan dağlıq ölkədir. Ərazisinin təqribən 80 faizini dağlar və yaylalar
təşkil edir. Düzənliklər ölkənin kənarlarındadır. Ölkənin şimal-
şərqində Hindiquş dağlıq qurşağı yerləşmişdir. Əncuman aşırımı ilə
şərq və qərb hissələrə ayrılmış Hindiquşda ən hündür zirvələr onun
şərq bölgələrindədir. Ölkənin ən hündür nöqtəsi Novşah zirvəsidir
272
(7455 m.).
Hindiquş dağ sistemi mürəkkəb oroqrafik vahid olan orta
hündürlüklü silsilələrlə əhatələnmişdir. Şimalda bu dağlar Baktriiya
düzənliyinə keçir. Ölkənin mərkəzi hissəsi mürəkkəb səth quruluşu
olan Həzəracat yaylasından ibarətdir.
Cənubi Əfqanıstan axarsız düzənliklərdən ibarətdir. Burada
«dəşt» adlanan səthi daşla örtülü səhralarla yanaşı, «kəvir» adlanan
səthi gillə örtülü səhralara da rast gəlmək olar. Dəşte-Namib, Dəşte-
Mərq və digər səhralar Şimali Afrika və Ərəbistan yarımadasındakı
susuz əraziləri xatırladır. Ölkənin ən böyük kəvirləri isə Həməksar və
Qaudi Zirradır. Pakistan sərhədi boyu Gərmsər və Reqistan adlanan
qumlu səhralar yerləşmişdir.
Ölkənin geoloji quruluşunun mürəkkəbliyi faydalı qazıntıların
da müxtəlifliyinə səbəb olmuşdur. Ərazidə təbii qaz, neft, mis,
qurğuşun, dəmir filizi, sink, qızıl, kömür, duz və s. yataqlarının
olması məlumdur. Bu yataqların əksəriyyəti hündür dağlıq rayonlarda
yerləşdiyindən onlardan səmərəli istifadə müəyyən çətinliklərlə
bağlıdır. Əfqanıstan hələ qədimdən qiymətli daşlar sayılan lazurit və
zümrüdlə zəngin olub. Bu yataqlar əsasən Bədəxşan vilayətindədir.