267
təriqətli şiələr, qalan yerlərdə yaşayanlar isə sünni müsəlmanlardır.
Ölkə əhalisinin 2/3 hissəsi kənd yerlərində yaşayır. Daxili miq-
rasiya kəndlərdən şəhərlərə, həmçinin dağlıq
rayonlardan intensiv
əkinçiliyin inkişaf etdiyi Tihamə, Hədramaut bölgələrinədir. Uzun tarixi
dövr ərzində Yəmənin dünyanın başqa ölkələri ilə iqtisadi, mədəni
əlaqələrinin zəif olması, şəhərlərin özünəməxsus orta əsr görkəminin
saxlanılmasına səbəb olmuşdur. Yalnız ölkənin paytaxtı Sənanın,Taizin
və dəniz sahillərində yerləşmiş bəzi şəhərlərinin
görkəmində türk milli
memarlıq üslubunun əlamətləri aydın seçilir. Yəmənin böyük şəhərlərinə
Səna, Ədən, Taiz, Hodeyda aid edilir. Səna ölkənin siyasi, Ədən isə
iqtisadi mərkəzidir.
Bütün göstəricilərə görə
Səna ölkənin ən böyük şəhəridir.
Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən
2150
metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan
geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna
ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir.
Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas
sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında
metal
emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir.
Səna müasir tələblərə cavab verən şosse yolları vasitəsilə Taiz,
Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında
beynəlxalq dərəcəli təyyarə meydanı var. Paytaxtda milli ənənələrə,
incəsənətə çox böyük qayğı ilə yanaşırlar. Sənanın ən milli koloritli
yeri-köhnə şəhərdir. Köhnə şəhər YUNESKO-nun qərarına əsasən
memarlıq abidəsi kimi qorunur.
Əhəmiyyətinə görə ölkənin ikinci şəhəri əvvəllər Cənubi
Yəmənin paytaxtı olmuş
Ədəndir. Əhalisinin sayı 500 min nəfəri
ötmüş şəhərin çox əlverişli mövqeyi var. Süveyş kanalı istifadəyə
verildikdən sonra (1869-cu il) Ədənin bir
port kimi əhəmiyyəti çox
artmışdır. Ədəndə ən inkişaf etmiş məhəllə Krater adlanır. İri dövlət
müəssisələri, banklar, sığorta idarələri bu məhəllədədir. Ədən ölkədə
həm də ikinci böyük mədəni-maarif mərkəzidir. Şəhərdə bələdiyyə
kitabxanası, arxeoloji muzey, radioteleviziya mərkəzi,
idxal olunan
nefti emal edən iri müəssisə, gəmi təmiri zavodu, yüngül və yeyinti
sənaye müəssisələri fəaliyyət göstərir.
Dostları ilə paylaş: