Müasir İraqın ərazisi dünyanın ən qədim mədəniyyət
mərkəzlərindən biridir. İraqın Kürdüstan dağlıq rayonunda qədim
Daş dövründə yaşamış insan məskənlərinin izləri (Şonidar mağarası),
Mesopotamiyada isə eramızdan əvvəl beşinci minilliyə aid olan mis
76
alətlər, qab-qacaq aşkar edilmişdir. İraqın dağlıq ərazilərində
məskunlaşan tayfaların heyvandarlıq, Mesopotamiyada yaşayanların
isə əkinçiliklə qədim zamanlardan məşğul olmaları məlumdur.
Qədim İraq mədəniyyətinin ilk yaradıcıları burada yaşayan
şumer tayfaları olmuşdur. Sonradan bu yerlərdə akkad, babil, assur
və sasanilərin hökmranlığı qüvvətlənir. VII yüzilliyin 30-cu illərində
isə İraqda ərəbləşmə prosesi geniş vüsət alır, İslam dini hakim dinə
çevrilir.
Ərəb xilafətinin paytaxtı
Dəməşqdən Bağdada
köçürüldükdən sonra Bağdad İslam dünyasının mühüm siyasi və
mədəni mərkəzinə, İraq isə o dövrün ən inkişaf etmiş ölkələrindən
birinə çevrilir. XVI yüzilliyin axırlarından Birinci Dünya
müharibəsinin sonunadək İraq Osmanlı imperiyasının tərkibində
idarə olunmuşdur.
XIX əsrin axırları, XX əsrin əvvəllərində Mosul rayonunda
neft yataqlarının aşkar edilməsi və Bağdad dəmir yolunun çəkilişi ilə
əlaqədar İraq Qərb dövlətlərinin (Almaniya, Böyük Britaniya)
rəqabət obyektinə, 1920-ci ildə isə rəsmi şəkildə Böyük Britaniyanın
mandatlı ərazisinə çevrilir. Geniş xalq kütlələrinin inadkar
mübarizəsi nəticəsində 1958-ci il iyulun 14-də ölkədə monarxiya
rejimi devrilir və İraq respublika elan olunur. 1959-cu ildə o, Bağdad
paktından
*
çıxır, ərazisindəki hərbi bazaları ləğv edir və iqtisadiy-
yatın müxtəlif sahələrində demokratik dəyişikliklər həyata keçirməyə
başlayır.
Lakin 1960-cı ildən dövlət rəhbərliyində diktatura rejimi
meyli qüvvətləndiyindən demokratik təşkilatların fəaliyyəti
məhdudlaşdırılır və 1961-ci ilin sentyabrında kürdlərə qarşı müharibə
başlanır. 1968-ci ilin 17 iyulunda o vaxtdan həmin gün Milli bayram-
İnqilab günü qeyd olunur, hakimiyyətə gələn Ərəb Sosialist Dirçəliş