Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhali və şəhərlər. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə49/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   45   46   47   48   49   50   51   52   ...   229
3. Əhali və şəhərlər. Paytaxtın qısa səciyyəsi 
 
İraqda yaşayanların sayı 28,0 mln. nəfəri keçmişdir. Bu gös-
təriciyə görə dünyanın 40-cı dövlətidir. Ölkədə 1920-ci ildən əhalinin 
siyahıyaalınması işləri aparılır. 1965-95-ci illərdə ölkə əhalisinin sayı 
təqribən iki dəfə artmışdır. Orta illik artım 3 faizdən aşağı düşmür. 
Etnik tərkibinə görə əhalinin 70 faizini İraq ərəbləri, təqribən 15 faiz-
ini isə kürdlər təşkil edir. Onlardan başqa yerli ərəblərin «turkman» 
adlandırdıqları türkdilli əhali (Ağqoyunlular və  Səfəvilər dövründə 
Azərbaycandan  İraqa köçənlər), həmçinin farslar, aysorlar və digər 
xalqların nümayəndələri yaşayır.  Ərəblər  şimal  əyalətləri istisna ol-
maqla ölkənin hər yerində  məskunlaşmışlar. Oturaq həyat tərzi 
keçirən  ərəblərin  əsas kütləsi Dəclə-Fərat çayları arasında yaşayır. 
Kürdlər əsasən İraq Kürdüstanı adlanan bölgədə yaşayır. 
İraqda kürd problemi uzun illərdir mövcuddur. 1974-cü ildə 
kürd xalqının muxtariyyəti barədə qanun qəbul edilmişdir.  İlk dəfə 
olaraq kürdlər ölkənin başqa vətəndaşları ilə  bərabər hüquqa malik 
oldular. Onların milli-mədəni dil xüsusiyyətlərinin müdafiə olunması 
təmin olundu. Kürd dili ölkənin ikinci rəsmi dili elan edildi. 
 
80
İraq-İran müharibəsi  ərəfəsində  İraq hökuməti kürdlərə qarşı 
münasibətini birdən-birə dəyişərək Kürdüstanın muxtariyyətinin tan-
ınması barədə yenidən danışıqlara başlamağı qərara alır. Beynəlxalq 
təşkilatların yenidən kürd probleminə qarışması  İraq hökumətini 
əksəriyyəti xaricə qaçmış kürdlərə  əfv barədə dekret qəbul etməyə 
məcbur etdi və BMT qoşunlarının nəzarəti altında kürdlər öz daimi 
yaşayış yerlərinə qayıtdılar. 
Süleymaniyədə yaşayanların 90, Kərkük,  Ərbil, Neynəvə 
əyalətlərində yaşayanların isə 50-60 faizi kürdlərdir. Kürdlərin oturaq 
həyata keçməsinə baxmayaraq bəzi iri nəsillər tayfa bölgüsünü sax-
lamışlar.  Ərbil  şəhəri Kürdüstan muxtar rayonunun inzibati 
mərkəzidir. 
İraqda rəsmi dövlət dili ərəb və kürd, hakim din İslamdır. 
Müsəlmanların yarıdan çoxu şiələrdir.  İraqda  şiələrin 2 müqəddəs 
şəhəri Kərbəla və  Ən Nəcəf yerləşir. Fərat çayı vadisində yerləşən 
Kərbəla  şəhəri  imam  Hüseynin  tərəfdarları ilə  xəlifə  Yəzidin qo-
şunları arasında vuruşma yerində salınmışdır. Həmin döyüşdə öl-
dürülmüş imam Hüseynin qəbri Kərbəlada yerləşir. Qəbrin üstündə 
türbə,  ətrafında isə  məscid və  mədrəsə tikilmişdir. Həzrəti Abbasın 
məscid türbəsi də Kərbəladadır. İmam Hüseynin qəbrini ziyarət edən 
müsəlmanlara kərbəlayi titulu verilir. Məhəmməd Füzuli bu 
müqəddəs şəhərdə doğulmuşdur. 
Ən Nəcəf Kərbəla  əyalətində  Fərat çayının sağ sahilində 
yerləşir. Ən Nəcəf VIII yüzilliyin ikinci yarısında İmam Əlinin Kufə 
ətrafında dəfn edildiyi yerdə salınmışdır.  Şəhərdə imam Əlinin 
məscid məqbərəsi (hünd. 32 m) yerləşir. 
 İraqda əhalinin orta sıxlığı hər kv. km-ə 60 nəfərdən artıqdır. 
Dəclə, Fərat və  Şətt-ül-Ərəb çayları vadisində,  şimaldakı dağətəyi 
bölgələrdə  əhali sıx, ölkənin qərb və  cənub bölgələrində isə 
seyrəkdir. Daxili miqrasiya kənd yerlərindən şəhərlərə istiqamətlənir. 
İşləmə qabiliyyəti olanların təqribən 40 faizi kənd təsərrüfatı, 
qalanları isə xidmət və  sənaye sahələrində çalışır.  İraq  İslam 
dövlətləri içərisində urbanizasiya səviyyəsi yüksək olan ölkələrdən 
biridir. Ölkə əhalisinin 70 faizindən çoxu şəhərlərdə yaşayır. Bağdad, 
Mosul, Bəsrə, Kərkük, Ən Nəcəf ölkənin böyük şəhərləridir. 
Bütün göstəricilərə görə ölkənin  ən böyük şəhəri – əhalisinin 
sayı 4,0 mln. nəfəri ötmüş paytaxtı Bağdaddır. Dəclə çayının hər iki 
sahilində yerləşmiş  şəhərin  əsasını 762-ci ildə Abbasilər dövlətinin 


 
81 
paytaxtı kimi xəlifə  Cəfər  əl-Mənsur qoymuş  və ona Mədinət  əs-
Səlam (sülh şəhəri) adı vermişdir. Sürətlə inkişaf edən  şəhər IX 
yüzillikdə ən yüksək mərhələyə çataraq ticarət, sənətkarlıq və orta əsr 
ərəb-islam mədəniyyət mərkəzinə çevrilmişdir. 
Bağdad ölkənin sənaye, ticarət, maliyyə  və  mədəniyyət 
mərkəzidir. O, Aralıq dənizi ölkələrini Orta Şərq və Cənubi Asiya ilə 
əlaqələndirən yollar kəsiyində mühüm nəqliyyat qovşağıdır. Bağdad 
həm də  əlverişli çay portudur. Ölkədə mövcud olan sənaye 
müəssisələrinin üçdə biri Bağdad və onun ətrafında cəmlənmişdir. 
Bağdadda iki Elmlər Akademiyası  (İraq və Kürd), universitet və 
digər təhsil ocaqları  fəaliyyət göstərir. Bağdad Milli Muzeyi nəinki 
ölkənin eləcə də Ərəb Şərqinin ən böyük muzeylərindən biridir. Orta 
əsrlərdə  İraq-Azərbaycan mədəni  əlaqələrində Bağdad mühüm rol 
oynayıb. Azərbaycanın bir çox şairləri, o cümlədən, Xətib Təbrizi, 
Məhəmməd Füzuli Bağdadda yaşayıb yaratmışlar. Müharibə və terror 
aktları Bağdadın əvvəlki görkəminə xeyli ziyan vurmuşdur. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin