Dövlət quruluşu. Dövlət quruluşuna görə İsrail parlament re-
spublikasıdır. Dövlətin başçısı knesset tərəfindən 7 illik müddətə
seçilən prezidentdir. Ölkə prezidentinin hüquqları o qədər də böyük
deyil. Qanunvericilik hakimiyyəti birpalatalı knessetə məxsusdur.
120 üzvü olan knesset deputatlarının fəaliyyət müddəti 4 ildir. İcrae-
dici hakimiyyət Baş nazir başda olmaqla Nazirlər Kabinetinə
məxsusdur. Baş Nazir ümumi səsvermə yolu ilə 4 il müddətinə
seçilir.
İsraildə dünyəvi qanunvericiliklə yanaşı talmudizm
(yəhudilərin əsas dini kitabı) hüququ da geniş yayılmışdır. İsrail
1957-ci ildən BMT-nin üzvüdür. İnzibati ərazi cəhətdən ölkə 6
dairəyə bölünmüşdür.
İsraildə bir neçə partiya fəaliyyət göstərir.Bunlar içərisində ən
böyükləri A.Peres lider olduğu sosialist-demokratik «İsrail Əmək