Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi, idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə56/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   ...   229
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi 
 
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Hələ keçmişdə  Fələstin adlanan ərazidə  yəhudilər yaşamışlar. 
Onlar burada müxtəlif zamanlarda yəhudi padşahlıqları da yaratmış-
lar.  İsrail müstəqil dövlət kimi 1948-ci ilin 14 mayında (o vaxtdan 
həmin gün Milli bayram kimi geniş qeyd olunur) Fələstin  ərazisində 
müstəqil yəhudi və  ərəb dövlətlərinin yaradılmasına dair BMT Baş 
Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarına əsasən yaradılmışdır. 
Qərarda göstərildiyi kimi hər iki dövlət öz ölkəsində sayca azlıqda 
qalan millətlərin hüququnu təmin edəcək demokratik konstitusiya 
qəbul etməli idi. 
Yəhudi dövləti üçün qarışıq  əhalisi (497 min ərəb və 498 
yəhudi) olan 14,1 kv. km ərazi (Fələstinin ümumi ərazisinin təqribən 
56 faizi) ayrılmışdı. Qüds şəhərinə isə BMT idarəsi altında xüsusi 
beynəlxalq rejimli inzibati vahid statusu verildi. 
1948-ci ilin may ayında təşkil edilmiş  İsrailin müvəqqəti 
hökumətinə yalnız sionist (qatı millətçi) partiyaların nümayəndələri 
daxil oldu.Yeni yaradılmış hökumətin ilk aktı olan «İstiqlaliyyət 
bəyannaməsində» sionizm doktrinası İsrail dövlətinin rəsmi ideologi-
yası və siyasəti elan edildi. 
İsrail dövləti yarandığı gündən imperialist dövlətləri (əsasən 
ABŞ və Böyük Britaniya) və beynəlxalq sionizmin köməyi ilə qonşu 
 
90
ərəb ölkələrinə qarşı  işğalçılıq müharibəsinə başladı.Bu müharibədə 
İsrail BMT-nin qərarı ilə Fələstin ərəb dövləti üçün ayrılmış ərazinin 
əksər hissəsini (6,7 min kv. km ) və Qüdsün qərb hissəsini işğal 
edərək 1,2 mln-dan çox fələstinli  ərəbi torpaqlarından qovdu və o 
vaxtdan Fələstin qaçqınları anlamı meydana gəldi. 
Qərb dövlətləri, ilk növbədə, ABŞ və onlarla bağlı olan sionist 
dairələri İsrailin ərəb dövlətlərinə qarşı mübarizədə alət və imperial-
izmin Yaxın Şərqdəki dayaq məntəqəsi kimi istifadə etməyə başladı-
lar. 
1956-cı ildə  İsrail Böyük Britaniya və Fransa ilə birlikdə 
Misirə qarşı təcavüz etmiş, 1958-ci ildə ABŞ və Böyük Britaniyanın 
Livan və Ürdünə qarşı müdaxiləsinə yardım göstərmişdi. 1967-ci ilin 
iyunun 5-də İsrail Misir,Suriya və Ürdünə planlı basqın edərək ərəb 
ərazilərini (təqribən 70 min kv km) zəbt etdi.BMT-nin təhlükəsizlik 
şurasının işğal olunmuş  ərazilərdən  İsrail qoşunlarının çıxarılması 
barədə 292 saylı qətnaməsinə (1967-ci il, 22 noyabr) məhəl qoyma-
yaraq ərəb torpaqlarını işğal altında saxlamaqda davam etdi. 
1973-cü il oktyabrın 6-da İsrail  ərəb ölkələrinə qarşı yeni 
təcavüzkar müharibəyə başlasa da dünya ictimaiyyəti bu müharibənin 
daha geniş miqyas almasına imkan vermədi. Sonradan Misir-İsrail 
(1974) və Suriya-İsrail (1974) sazişlərinə  əsasən  İsrail, Süveyş 
kanalının qərb sahilini və 1973-cü ildə  işğal olunmuş  Əl-Qüneytra 
bölgəsini Suriyaya geri qaytardı. 
1978-ci ilin yazında Livan ərazisinə soxularaq yeni təcavüzə 
başladı və ölkənin İsraillə həmsərhəd olan cənub bölgələrini bir neçə 
ay işğal altında saxladı.ABŞ-ın vasitəçiliyi ilə Kemp-Deviddə davam 
etdirilən (1978-ci il, 5-17 sentyabr) seperat danışıqlar və sonrakı 
Misir-İsrail sövdələşmələri Yaxın  Şərqdə  vəziyyətin nizama salın-
masında əsaslı dəyişikliklər yaratmadı. 
2005-ci ilin martında knessetin (parlament) Kemp-Deviddə 
bağlanmış sazişlərə əsasən Fələstinin Qəzza bölgəsindən qoşunlarını 
çıxarmalı idi. Lakin nə parlament nə  də hökumət bu işi yerinə 
yetirməyə  tələsmirdi. Çünki İsrail işğal etdiyi bütün ərazilərdə, o 
cümlədən Qəzza bölgəsində  yəhudi məskənləri salmışdı.  Ərəb tor-
paqlarında məskən salmış ev-eşik qurmuş  yəhudilər isə  nə o yerləri 
tərk etmək istəmirdilər və hökumətə qarşı etiraz aksiyaları 
keçirirdilər. Nəhayət, yəhudi məskənlərinin Qəzza bölgəsindən köçü-
rülmə  əməlyyatlarına 2005-ci ilin 15 avqustundan başlanıldı  və 


 
91 
Qəzza bölgəsi yəhudilərdən təmizləndi. 
2006-cı ilin iyulun ortalarında  İsrail Livana qarşı yeni hərbi 
əməliyyatlara başladı. Ölkənin cənubunu zəbt etməklə yanaşı 
Beyrutu və digər böyük şəhərləri raket atəşinə tutdu. İsrail rəsmiləri 
bu hərəkətlərini onunla əsaslandırırlar ki, Livanda Fələstinin Hizbul-
lah və  Həmas terorçu təşkilatları  fəaliyyət göstərir və bu isə  İsrail 
üçün ciddi təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyətin və dünyanın 
aparıcı dövlətlərinin İsrailin Livana müdaxiləsinin mənfi reaksiyasına 
baxmayaraq  İsrail terrorçu saydığı  təşkilatları  və onların üzvlərini 
tamamilə  məhv etdikdən sonra cənubi Livandan çıxacağını bildir-
mişdi. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin