Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə52/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   48   49   50   51   52   53   54   55   ...   229
Kənd təsərrüfatının aparıcı sahələri. İraq tarixən böyük kənd 
təsərrüfatı ölkəsi kimi tanınmışdı.  Əvvəlki illərlə müqayisədə  kənd 
təsərrüfatı istehsalı hazırda xeyli azalmışdır. Kənd təsərrüfatına 
yararlı torpaq sahələri başlıca olaraq Aşağı Mesopotamiyada və 
Şimali 
İraqın dağətəyi rayonlarındadır. Qədim suvarma 
mədəniyyətinə malik olmuş İraqda müharibələr nəticəsində suvarma 
 
84
sistemləri sıradan çıxmışdır. Ölkənin torpaq iqlim şəraiti isə elədir ki, 
əkinlərin hamısı süni suvarmaya möhtacdır. 
Ölkənin başlıca  əkinçilik rayonları  Dəclə  və  Fərat çaylarının 
vadiləridir.  İraqın cənubunda  Şətt-ül-Ərəb çayı boyunca xurma 
plantasiyaları geniş sahələri tuturdu. Xurma ağaclarının sayına, 
xurma istehsalında, ixracatında  İraq dünyada birinci yeri tuturdu. 
İraq-İran müharibəsinə  qədər dünya bazarına çıxarılan xurmanın 30 
faizi İraqın payına düşürdü. 
Xurma iraqlıların, ümumiyyətlə  ərəblərin məişətində mühüm 
əhəmiyyətə malikdir. Ağacın yarpaqlarından, lifindən həsir, süfrə, 
səbət, tabaq, kəndir, yelpik və s. toxunur. Xurma salxımları 
təmizləndikdən sonra onun saçaqlarından içki çəkilir. Ağacın 
budaqları  və gövdəsindən tikinti materialları, tapul adlanan qalın 
qabığından isə oduncaq kimi istifadə olunur. Bunlardan əlavə  ağacı 
və onun budaqlarını  kəsərkən içindən tökülən qatı  ağ kütlə yeyilir. 
Xurma pendiri adlanan bu qatı şirənin alıcıları çox olur. 
Əkin sahələrinin 80 faizində taxıl bitkiləri, xüsusilə buğda
arpa, çəltik  əkilir. Taxıl bitkilərinin istehsalına görə ölkənin  şimal 
rayonları  fərqlənir. Ölkənin cənub hissəsində, çay vadilərinin 
bataqlaşmış hissələrində çəltik becərilir. Diala çayının vadisi boyunca 
pambıq plantasiyaları yerləşir. Mesopotamiya ovalığının su olan hər 
yerində bağçılıq, üzümçülük inkişaf etmiş, tərəvəz, bostan bitkiləri 
geniş yayılmışdır. Ölkənin  şimal hissəsində az miqdarda tütün 
yetişdirilir. 
Heyvandarlıq ekstensiv yolla inkişaf etdirilir. Ərazinin təqribən 
60 faizini əhatə edən səhra və yarımsəhralardakı  təbii otlaqlarda 
yarımköçəri heyvandarlıq mövcuddur. Yuxarı Mesopotamiyada 
ölkənin qərbi və cənubundakı səhralarda heyvandarlığın inkişafı üçün 
əlverişli təbii  şərait var. Qaramal ölkənin  şimal bölgələrində, davar 
isə  hər yerdə  bəslənilir. Böyük şəhərlərin  ətrafında quşçuluq 
təsərrüfatı yaradılmışdır. 
İraqın kənd təsərrüfatı  əhalinin  ərzaq məhsullarına (xurma 
istisna olmaqla) olan tələbatını təmin etmədiyindən ölkə hər il ərzaq 
məhsullarının idxalına 3-4 mlrd. dollar vəsait sərf edir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin