85
Köhnə yol şəbəkəsi ölkənin sürətlə inkişaf edən milli iqtisadiyyatının
tələbatını
təmin etmədiyindən onun yenidənqurmaya və
genişləndirməyə böyük ehtiyacı var idi.
Müstəmləkəçilik illərində bu işləri müəyyən dərəcədə həyata
keçirmiş İraq hökuməti ötən əsrin axırları və yeni əsrin əvvəllərində
baş vermiş daxili münaqişələr və xarici müdaxilələr
nəticəsində
bütün nəqliyyat sisteminin dağılmasının və qismən sıradan
çıxmasının şahidi oldu.
Ölkədaxili yük və sərnişin daşımalarında avtomobil
nəqliyyatının rolu böyükdür. Ölkədaxili bütün daşımaların təqribən
80-85 faizi avtomobil nəqliyyatının payına düşür.
Avtomobil
yollarının ümumi uzunluğu 40 min km-dən bir qədər artıqdır. Bu
yolların üçdə iki hissəsi bərk örtüklü yollardır. Kərbəla və Ən Nəcəf
dini mərkəzlərini Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri
ilə birləşdirən «Zəvvar yolu» xüsusilə əhəmiyyətlidir.
Əksəriyyəti dağılmış vəziyyətdə olan dəmir yollarının
ümumi
uzunluğu 2032 km-dir. İlk dəmir yolunun (Bağdad dəmir yolu)
çəkilişinə 1858-ci ildə almanlar tərəfindən başlanılmış, 1934-1941-ci
illərdə isə həmin yolun inşası Fransa və Böyük Britaniya şirkətləri
tərəfindən tamamlanmışdır. Ötən əsrin ikinci yarısında Bağdad-Əl
Qasım, Bağdad-Bəsrə istiqamətində yeni yollar çəkilmişdir.
İraqda böyük əhəmiyyətli boru kəmərləri (həm neft, həm qaz)
də mövcud idi. İndi onların bəziləri sıradan çıxmışdır. İraq
hökuməti
bu kəmərlərin fəaliyyətini bərpa etməyə başlamışdır.
Xarici ticarət. Ölkədə neft daşıyan gəmilərin donanması da
yaranmışdı. Bəsrə, Fao, Umm-Qəsr ölkənin neft ixrac edən başlıca
portlarıdır. Bağdad yaxınlığında beynəlxalq dərəcəli aeroport
fəaliyyət göstərir.
Müstəqillik illərində ölkənin xarici ticarətinin strukturunda
dəyişikliklərə baxmayaraq, xarici ticarət bir tərəfli inkişaf edirdi.
2001-ci ildə ölkə ixracatının dəyəri 15,8 mlrd.
dollara bərabər
olmuşdur. Bu da əsas etibarilə dünya bazarlarına çıxarılan neft
satışından əldə olunmuş gəlir idi. Rusiya, Fransa, Çin və Türkiyə İraq
neftinin əsas alıcıları idi. İraq baykot olunana qədər neftlə yanaşı
dünya bazarına xurma, gön-dəri, zərgərlik və xalça məmulatları
çıxarırdı. İraq idxalatının əsasını ərzaq, dərman və əhali tərəfindən
gündəlik işlədilən məmulatlar təşkil edir.
Qoyulmuş qadağa
(embarqo) ölkənin xarici ticarət coğrafiyasının genişləndirilməsinə
86
imkan vermir. Ölkənin milli pul vahidi dinardır, 1 dinar 100 filəmə
bərabərdir.
Dostları ilə paylaş: