89
Ölkənin Aralıq dənizi sahili mövqeyi florasının zənginliyinə
səbəb olmuşdur. Endemik bitki növləri üstünlük təşkil edir. Baharda
yağıntılardan sonra ölkənin landşaftı füsünkar olur. Qaliley ölkənin
tarixi-təbii baxımdan gözəl yeri sayılır. Çünki bu rayonun iqlimi
yumşaq, rütubətli, torpaqları məhsuldardır. Əvvəllər meşələrlə örtülü
olan Qalileydə hazırda təbii landşaftdan nadir izlər qalmışdır. Kənd
təsərrüfatına yararlı sahələrdə və yamaclarda meşələr salınmışdır.
Meşələr ərazinin cəmi 5 faizində yayılmışdır. Neqev səhrasının
həyatsız görünüşü vardır. Onu dik qayalar və dərin dərələr «bəzəyir».
İsrail təbiətinin mühafizəsinə,ekoloji mühitinin sağlamlığına
diqqətlə yanaşan ölkələrdən biridir. Hökumət Ölü dəniz bölgəsini
Milli qoruq elan etmişdir. Amma ərazidə uzun illər aparılan
müharibələr və terrorçuların fəaliyyəti ölkənin həm təbii, həm də an-
tropogen landşaftına böyük ziyan vurmuşdur.
Dostları ilə paylaş: