Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Azərbaycan Respublikası ilə münasibətləri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə59/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   55   56   57   58   59   60   61   62   ...   229
Azərbaycan Respublikası ilə münasibətləri. İsrail dövləti ilə 
Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci 
ilin 7 aprelində qurulmuşdur.  İsrail dövlətinin Azərbaycanda 
səfirliyinin açılması  və aktiv fəaliyyət göstərməsi müsbət haldır. 
 
92
Səfirliyin fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına kömək 
edir. Hər iki ölkənin bütün sahələrdə əlaqələrinin genişləndirilməsinə 
imkanlar var. İndiyədək görülən işlər xüsusən iqtisadiyyat və 
mədəniyyət sahəsində  həyata keçirilməsi nəzərdə tutulan layihələr 
əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracaqdır. 
Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, vaxtilə respub-
likamızda yaşamış, sonradan İsrailə köçmüş  yəhudilər Azərbaycanı 
çox böyük məhəbbətlə yad edirlər və dövlətlər arasındakı əlaqələrin 
inkişafına kömək edirlər. 
İsraillə  əməkdaşlığın ölkəmizə xarici sərmayə axınının 
genişləndirilməsinə, Dağlıq Qarabağ münaqişəsinin həllində  yəhudi 
lobbisinin dəstəyindən istifadə edəcəyinə, eyni zamanda İsrailin 
hərbi-sənaye kompleksinin imkanlarından bəhrələnə bilər. ABŞ-da 
yaşayan yəhudi lobbisi Azərbaycan üçün önəmli olan beynəlxalq 
problemlərin həllində Azərbaycanı ardıcıl olaraq dəstəkləyir. 
İsraildən Azərbaycana gətiriləcək yeni texnologiyalar əsasən 
kənd təsərrüfatı sahəsini  əhatə edəcək.  İndiyə  qədər  İsrail tərəfi 
Azərbaycanda bir sıra layihələr həyata keçirib. Bunlar əsasən kadr 
hazırlığı  və kadr mübadiləsi ilə bağlı olub. Ölkəmizdə  fəaliyyət 
göstərən  İsrail  şirkətləri  əsasən səhiyyə  və aqrar sektorla bağlıdır. 
Qeyd edək ki, Azərbaycanın Asiya ölkələrinə ixrac etdiyi 
məhsulların 50 faizindən çoxu İsrailin payına düşür. Bu məhsullar 
sırasında yanacaq 99 faiz təşkil edir. İsraildən isə respublikamıza 
əsasən elektrotexnika (79 faiz), maşınqayırma və metal emalı sənaye 
məhsulları (17 faiz) gətirilir. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin