Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə139/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   135   136   137   138   139   140   141   142   ...   229
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
2005-ci ilin məlumatlarına  əsasən Oman əhalisinin sayı 3 mln. 
nəfəri ötmüşdür. Bu göstəriciyə görə dünyada 135-ci yeri tutur. 
Oman illik təbii artımı böyük olan ölkələrdən biridir. Ötən əsrin 90-cı 
illərində  əhalinin illik artım tempi 3,7 faizə  bərabər idi. Hazırda bu 
rəqəm 3 faizə enmişdir. Əhalinin təqribən 1/3-i iki şəhərdə – paytaxt 
Məsqət və liman şəhəri Mətrahda məskunlaşıb. XXI yüzilliyin 
əvvəlləri üçün hər 1000 nəfərə anadan olanların sayı 42, ölənlərin 
sayı isə 12 nəfərdir. Körpələr və  uşaqlar arasında ölüm halları 
çoxdur. Gözlənilən uzunömürlülük 75 ildir (kişilər üçün 71, qadınlar 
üçün 73 yaş). Əhalinin təqribən 80 faizi ərəb, qalanları isə Pakistan 
və Hindistandan gələn müsəlmanlardır. Bu yerlərə  gəlib çıxmış 
Yəmən  ərəbləri (yəmənilər) ölkənin  şimalında, Səudiyyə  Ərəbistanı 
məlikliyinin Nəcd  əyalətindən gələn  ərəb tayfaları (nizarilər) isə 
cənubda məskunlaşmışlar. 
Yeddinci yüzilliyin axırlarında omanlılar Şərqi Afrikaya daxil 
olaraq yerli əhalinin formalaşmasına da müəyyən dərəcədə  təsir 
etmişlər. Omanın qul tacirləri uzun əsrlər boyu Ərəbistan 
yarımadasının müxtəlif bölgələrinə Afrikadan gətirdikləri qulları 
satmaqla məşğul olmuşdur. 
Qədim adət və ənənələrinə sadiq qalan Oman əhalisi iki qrupa: 
«ərəb ariba» (yerli ərəblər) və «musta ariba» (qarışıq  ərəblər) 
bölünür. Omanın dəniz sahillərində  məskunlaşan  ərəblərin Afrika 
zənci qulları ilə qarışığından mulatlar törəmişdir. Ona görə 
omanlıların bir qisminin xarici görünüşlərində qara rəngli çalarlar 
üstünlük təşkil edir. Bununla belə ölkənin daxili bölgələrində 
yaşayan tayfalar avropoid irqini qoruyub saxlamışlar. 
Omanlılar arasında tarixdə  məskunlaşmış  şəxsiyyətlər də az 
olmayıb. Dənizçi Sindbadın omanlı olması hamıya məlumdur. 
Məşhur səyyah Vasqo da Qamanın gəmilərinin Hindistana omanlı 
 
188
bosman Əhməd ben Məcid aparıb. XVII yüzillikdə omanlı səyyah və 
dənizçi Əbu Übeydə ben Abdulla ben Qasim yelkənli gəmidə ilk dəfə 
dünya səyahətinə çıxıb. 
Omanda rəsmi dil ərəb dilidir. Şəhərlərdə ingilis dili də çox 
işlədilir. Dövlət dini İslamın təriqətlərindən olan ibadilikdir. Bu 
təriqətin meydana gəlməsi VII yüzilliyin ortalarına təsadüf edir. 
Həmin dövrdə müsəlman siyasi təşkilatları yaranır. Bu təşkilatlar 
VIII yüzilliyin ortalarında Omanda öz imamlığını yaradırlar.  İbadi 
tərəfdarları özlərini «həqiqi müsəlman» və ya «məsləkinə görə canını 
fəda edən» adlandırırlar. Ölkə sultanı ibadilərin başçısı sayılan 
imamdır.  Əhalinin böyük bir hissəsi sünnü, farslar, pakistanlılar və 
hindlilər isə  şiə müsəlmanlardır.  Şiə icması sayca az olsa da 
nüfuzludur. Onlar Əl-Bəttin düzənliyində daha çox məskunlaşmışlar. 
Omanın dövlət dili ərəb dilidir. İngilis, bəluc, urdu və hindi 
dilləri də geniş yayılmışdır. 
Yaşlı  əhalinin 76 faizi savadlıdır. Təhsilin bütün növləri pul-
suzdur. Ali təhsil verən məktəblərdən  ən nüfuzlusu 1985-ci ildə 
Məsqətdə təsis olunan Sultan Kabus Universitetidir. 3 min nəfərdən 
çox tələbə xaricdə təhsil alır. Omanda 1972-ci ildən təhsil pulsuzdur 
və  hər iki cinsdən (kişilər və qadınlar) olanlar üçün eyni şərait 
yaradılmışdır. Son 30 ildə ölkədə 300 ibtidai məktəb açılmışdır. 
Humanitar, tibb, təbiət elmləri, kənd təsərrüfatı, texnika, iqtisadiyyat 
və pedaqoji ixtisaslar üzrə kolleclərdə  tələbə hazırlığı aparılır. 
Şəhərlərdə qadınlar ictimai həyatda kişilərlə bərabər çalışırlar. 
Omanda yaşayanların təqribən 55 faizi şəhərlərdə, qalanları isə 
kənd yerlərində  məskunlaşıb. Məsqət, Mətrah, Nəzva, Səlalə, Sur 
nisbətən böyük şəhərlərdir. 
Paytaxt Məsqətdə 400 min nəfərə yaxın  əhali yaşayır. Körfəz 
sahilində, sıldırım dağ yamaclarında yerləşmiş  Məsqət bütün 
göstəricilərə görə ölkənin ən böyük şəhəridir. XVI yüzillikdə şəhəri 
dənizdən qorumaq məqsədilə portuqaliyalılar onu daş hasarla əhatəyə 
alır (Bakının  İçərişəhəri kimi). Məqsətin köhnə tikililəri də bu 
hissədə qalmışdır. 
Əhalinin sayı artdıqca Məsqət  şimala doğru genişlənmiş  və 
onun 4-5 km-də Mətrah adlanan peyk şəhər salınmışdır. Əslində bu 
şəhərlər artıq birləşmişlər. Yeni şəhərdə müasir üslubda evlər, 
küçələr, yaşıllıqlar salınmışdır. Möhtəşəm görkəmi olan sultan sarayı 
da yeni hissədədir. Məsqətdə məscidlərin sayı məktəblərin sayından 


 
189 
çoxdur. Məsqət eyni zamanda ölkənin  ən böyük nəqliyyat 
mərkəzidir.  Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə 
meydanı  fəaliyyət göstərir. Məsqətdə 40-a yaxın məscid vardır. 
Qahirə  və Bağdaddan fərqli olaraq onların yaranma tarixini müəy-
yənləşdirmək o qədər də asan deyil. Şəhərdə olan məscidlər başqa 
ərəb ölkələrində yerləşən məscidlərdən tamamilə  fərqlənir.  İbadilər 
öz təlimlərində  İslam dinində olan qayda-qanunları sadələşdirirlər. 
Ona görə  də ibadilərin məscidləri minarə  və digər bəzək-düzəyə 
malik deyil. 
  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin