245
nəqliyyatın bu növü mühüm rol oynayır. 1987-ci ildə dövlətə məxsus
«Türk hava yolları» təyyarə şirkəti həm daxili, həm
də xarici sərnişin
daşımalarında mühüm rol oynayırdısa, hazırda ölkədə bir neçə xüsusi
təyyarə şirkətləri yaradılmışdır ki, bunlar əsasən daxili sərnişin daşı-
maları ilə məşğul olur.
Qərblə həmçinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq
regionu ölkələrinin ticarət-iqtisadi əlaqələrində Türkiyənin vasiticilik
və əlaqələndirici rolu – Türkiyə ərazisindən tranzit daşınmaları, neft
ötürülməsinin artması ilə genişlənir. Bu rol gələcəkdə İran, Qazaxıs-
tan,
Türkmənistan, Azərbaycandan Avropa, Ukrayna və Baltikyanı
ölkələrin yeni neft və qaz kəmərlərinin istifadəyə verilməsi ilə daha
da artacaqdır.
Azərbaycanla Türkiyə arasında magistral Bakı-Tbilisi-Kars
dəmir yolunun tikintisinə 2007-ci il noyabrın 21-də üç respublikanın
(Azərbaycan, Türkiyə, Gürcüstan) prezidentlərinin
görüşündə start
verildi. Bu yol bölgədə təhlükəsizlik, əməkdaşlığın, daşıma
xərclərinin 30 faizədək azalacağına zəmanət verməklə yanaşı, iqtisadi
və siyasi
cəhətdən çox əlverişlidir; həm də Şərq-Qərb dəhlizin açıl-
masıdır.
Dostları ilə paylaş: